11 Dekabr 2023 22:59
422
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

 

Dekabrın 11-də Baş Prokurorluqda xalqımızın Ümummilli Lideri, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qurumun rəhbərliyi Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini dərin ehtiramla yad edib.

Bundan sonra Ulu Öndər və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Heydər Əliyev irsini öyrənmək, onu təbliğ etmək, bu irsdən faydalanmaq, onu gələcək nəsillərə çatdırmaq bu gün dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu mənada Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə Sərəncam imzalaması Ümummilli Liderimizin əziz xatirəsini əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

Vurğulanıb ki, Ulu Öndərin respublikamıza ilk rəhbərlik etdiyi 1969-1982-ci illərdə onun təşəbbüsü və ciddi səyləri nəticəsində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox ittifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb. Məhz həmin dövrdən Heydər Əliyev öz xalqının öndəri olduğunu konkret siyasi-idarəçilik fəaliyyəti ilə sübuta yetirməklə Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm təməl qoyub.

Qeyd edilib ki, Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdışı tariximizin hərc-mərclik, ağır tənəzzül illərinə, uğursuz müharibə, Azərbaycan torpaqlarının bölüşdürülməsi planlarının reallaşması, torpaqlarımızın düşmənə təslim edilməsi dövrünə təsadüf edib. Məhz bu dövrdə Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas edib, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarıb. Onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamını özünə qaytarıb.

Xüsusilə vurğulanıb ki, məhz tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquq sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanılıb, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Tədbirdə çıxış edən Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mahir Abbasov Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi ilk illərindən başlayaraq Qarabağda sosial infrastruktur qurulmağa başlandığını, bölgənin mənəvi-siyasi həyatının dəyişməsi istiqamətində həyata keçirilmiş islahatlar nəticəsində Azərbaycanın digər əraziləri ilə yanaşı, Qarabağda da sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişaf etdiyini bildirib.

Sonda Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivinin daim Heydər Əliyev ideyalarına sadiq qalmaqla Ulu Öndərin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəklərini bildirib.

Tədbirin sonunda Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Liderin ürəyi” sənədli filmi izlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

19:23
15 Yanvar

Belarusda prezident seçkilərini 40-dan çox ölkədən beynəlxalq müşahidəçilər izləyəcək  

18:20
15 Yanvar

Millimiz ilin ilk hazırlığına başlayıb

18:19
15 Yanvar

Paris-2024: Azərbaycan idmançılarının da Olimpiya medalları bərbad vəziyyətə düşüb  

18:18
15 Yanvar

Səyahət üçün ən maraqlı ölkələr

18:16
15 Yanvar

Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub

18:14
15 Yanvar

Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır

18:13
15 Yanvar

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

18:12
15 Yanvar

Azərbaycanın AQEM-də sədrliyinin prioritet istiqamətləri müzakirə edilib

18:11
15 Yanvar

ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır  

18:10
15 Yanvar

Hər gün yaşıl çay içməklə demensiyada beyin zədələnməsi riskini azaltmaq olar  

18:08
15 Yanvar

DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək

18:05
15 Yanvar

Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib  

18:03
15 Yanvar

Gürcüstan Baş Prokurorluğu parlament seçkiləri ilə əlaqədar istintaqın ilkin nəticələrini açıqlayıb  

18:01
15 Yanvar

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

18:00
15 Yanvar

Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

17:58
15 Yanvar

Xocalıya köçən şəhid anası: Doğma torpaqlara qayıtmağı hər birimiz arzulamışıq  

17:56
15 Yanvar

Almaniya iqtisadiyyatında ardıcıl ikinci il geriləmə qeydə alınıb

17:55
15 Yanvar

Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğandan

17:52
15 Yanvar

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

17:51
15 Yanvar

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

17:50
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!