18 Sentyabr 2026 12:20
195
CƏMİYYƏT
A- A+
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər  

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər  


Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclası giriş nitqi ilə açan Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçilik konsepsiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlar və çağırışlar nəzərə alınmaqla ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib. Qeyd olunub ki, ölkənin siyasi, iqtisadi və institusional potensialının gücləndirilməsi, milli maraqların və dövlət suverenliyinin etibarlı müdafiəsi, qanunun aliliyinin və insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət hüquq sisteminin qarşısında da yeni vəzifələr müəyyənləşdirir.

Baş prokuror Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra davamlı sülhün və regional sabitliyin möhkəmləndirilməsi, azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin və Böyük Qayıdış prosesinin davam etdirilməsi, habelə cinayətkarlıqla mübarizənin səmərəliliyinin artırılmasının əsas prioritetlər sırasında olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, Azərbaycanın beynəlxalq tərəfdaşlıq gündəliyinin genişlənməsi, o cümlədən dünyanın aparıcı dövlətləri ilə, habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsi diqqətə çatdırılıb.

Baş prokuror, həmçinin, dövlət səviyyəsində rəqəmsal inkişafın və innovasiyaların prioritet istiqamət kimi müəyyənləşdirildiyini qeyd edərək, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılmasının və 2026–2028-ci illər üçün rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının təsdiq edilməsinin bu sahədə vahid dövlət siyasətinin institusional əsaslarını gücləndirdiyini bildirib.

Qeyd olunub ki, müasir dövrdə ictimai münasibətlərin, texnologiyanın inkişafı və hüquqi mühitdə baş verən dəyişikliklər qanunvericiliyin və hüquq tətbiqetmə təcrübəsinin daim təkmilləşdirilməsini, yeni hüquqi məsələlərin elmi və praktiki baxımdan araşdırılmasını zəruri edir. Bu baxımdan Elmi-Məsləhət Şurası aktual hüquqi məsələlərin müzakirəsi və müvafiq təkliflərin hazırlanması istiqamətində mühüm platforma kimi fəaliyyət göstərir.

İclasın gündəliyinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Natiq Eyvazov cinayət qanunvericiliyində gəlir anlayışının və cinayət nəticəsində əldə edilmiş gəlirin hesablanması meyarlarının müəyyən edilməsi, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi Teymur Qarayev məhkəmə ekspertizası sahəsində mövcud problemlər və onların həlli yolları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elşən Albəndov məhkəmə ekspertizası fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi, ekspertiza tədqiqatlarının keyfiyyətinin və obyektivliyinin artırılması, Baş Prokurorluğun idarə rəisi Erkin Əlixanov vergi yoxlaması nəticəsində qəbul edilmiş inzibati qərarın qüvvəyə minməsi və həmin qərarlardan şikayət verilməsi ilə bağlı prosessual müddətlərin hüquqi tənzimlənməsi, Baş Prokurorluğun idarə prokuroru Qədir Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinə dövlətin konstitusiya quruluşuna, milli-mənəvi dəyərlərinə və ərazi bütövlüyünə qarşı yönəlmiş əməllərlə bağlı müddəaların əlavə edilməsi, Baş Prokurorluğun idarə prokuroru Emin Cəlilov xüsusi müsadirənin icrası prosesində mövcud problemlər və prokurorluğun bu sahədə iştirakı ilə bağlı məruzələrlə çıxış ediblər.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə rəisinin müavini Tural Vəlibəyov “Antikorrupsiya komplayens (uyğunluq) funksiyası”, Baş Prokurorluğun idarə prokuroru Elmar Bayramov “Cinayət işlərinin ibtidai istintaqında rəqəmsal kriminalistikanın tətbiqi imkanları”, Baş Prokurorluğun idarə prokuroru Qoşqar Əhmədov isə “2024–2025-ci illərdə baş vermiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması hadisələri üzrə daxili işlər orqanlarında istintaq edilmiş cinayət faktlarının təhlilinə dair” metodiki vəsaitləri təqdim ediblər.

Müzakirələr zamanı gündəlikdəki məsələlər üzrə hüquq tətbiqetmə təcrübəsində meydana çıxan məsələlər nəzərdən keçirilib. Eyni zamanda, rəqəmsal kriminalistikanın imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Gündəlikdə yer alan məsələlərin müzakirəsində Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri Tahir Kazımov, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Beynəlxalq Hüquqi Təhqiqatlar Təşkilatının prezidenti, “Hüquqi elmlər və təhsil” jurnalının baş redaktoru Cavanşir Süleymanov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və digərləri çıxış edərək, hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və elmi tədqiqatların nəticələrinin qanunvericilik və hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi ilə bağlı fikir və təkliflərini bildiriblər.

İclasa yekun vuran Baş prokuror müzakirə olunan məsələlərin aktuallığını və praktiki əhəmiyyətini vurğulayaraq, Şura üzvləri tərəfindən irəli sürülmüş təkliflərin nəzərə alınmaqla hüquq tətbiqetmə təcrübəsinin, zəruri hallarda qanunvericiliyin təkmilləşdirilməsi və elmi-praktiki nəticələrin müvafiq fəaliyyət istiqamətlərində tətbiqi üzrə tədbirlərin görülməsinin vacibliyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib  

13:08
18 Sentyabr

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

12:22
18 Sentyabr

Hörmüz boğazında gəmi vurulub

12:21
18 Sentyabr

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər  

12:20
18 Sentyabr

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb  

12:12
18 Sentyabr

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib 

12:05
18 Sentyabr

Azərbaycan dövlətçiliyinin zəfər salnaməsində yeni mərhələ

12:02
18 Sentyabr

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib  

12:02
18 Sentyabr

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb  

11:52
18 Sentyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

11:50
18 Sentyabr

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:40
18 Sentyabr

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

11:18
18 Sentyabr

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

11:16
18 Sentyabr

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir  

11:14
18 Sentyabr

Qızıl və gümüş bahalaşıb 

11:12
18 Sentyabr

Birjalarda neft ucuzlaşıb 

11:11
18 Sentyabr

Xarici diplomatların Azərbaycanın suveren ərazisinə səfərini hədəfə almaq qəbuledilməzdir  

11:07
18 Sentyabr

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var

11:02
18 Sentyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb  

10:59
18 Sentyabr

Azərbaycan nefti 121 dollara satılır

10:23
18 Sentyabr

Tariximizlə müasirliyin musiqi vəhdəti

10:10
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!