27 Fevral 2025 18:37
555
CƏMİYYƏT
A- A+
Bakıda “Qadın iştirakçılığının təbliği” adlı konfrans keçirilib

Bakıda “Qadın iştirakçılığının təbliği” adlı konfrans keçirilib


Fevralın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, “Konstitusiya və suverenlik ili” çərçivəsində təşkil olunan tədbirdə hökumət və dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyəti üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyümüz uğrunda mübarizədə canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan xalqı tarix boyu müstəqil dövlətə sahib olmağı arzulayıb və bu məqsədə çatmaq üçün daim mübarizə aparıb. Bu yolda müharibələrə, təzyiqlərə və təhdidlərə məruz qalsa da, heç zaman öz arzusundan imtina etməyib və müstəqil dövlət quruculuğunda addım-addım irəliləyib.

O qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu danılmaz bir faktdır. Ölkəmiz qısa müddətli müstəqilliyə malik olmasına baxmayaraq, artıq özünün müstəqil siyasi iradəsi, qətiyyətli mövqeyi və hüquq prinsiplərinə əsaslanan fəaliyyəti ilə seçilir. Azərbaycan həm vətəndaşlarının təhlükəsizliyini və hüquqlarının qorunmasını, həm sosial-iqtisadi inkişafını, həm də region və dünya ölkələri ilə əlaqələrini beynəlxalq standartlara uyğun şəkildə qurub.

Bahar Muradova vurğulayıb ki, Azərbaycan müstəqil dövlət kimi özünəməxsusluğu ilə seçilir və dünya ictimaiyyəti bunu ardıcıl şəkildə qeyd edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan tarix boyu mübarizəsi və fəaliyyətləri ilə müstəqilliyini təsdiqləyib. Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyəti quraraq İslam dünyasında bir çox yeniliklərin öncülü olub. Müstəqil İslam ölkəsi kimi Azərbaycan həm milli-mənəvi dəyərlərə, həm də dünyəvilik və müasirlik prinsiplərinə sadiq qalaraq dayanıqlı inkişaf yolunda irəliləyir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan qadınını fərqləndirən amil onun bütövlükdə Şərq və müsəlman dünyasında xüsusi mövqeyə malik olmasıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş İstiqlal Bəyannaməsi ölkədə konstitusionalizmin ilk addımı kimi qiymətləndirilə bilər. Azərbaycanda dünyəvilik ideyasının əsası hələ XX əsrin əvvəllərində qoyulub və həmin dövrdən etibarən qadınların ictimai-siyasi həyatda iştirakına xüsusi önəm verilib.

Ə. Hüseynli, həmçinin qadın iştirakçılığı baxımından mühüm tarixi hadisələrdən bəhs edib. O vurğulayıb ki, Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunması bu sahədə dönüş nöqtəsi olub. Sonrakı dövrdə bu proses davam edib və bu gün hakimiyyət orqanlarının bütün səviyyələrində qadınların fəal iştirakı təmin edilib.

Sonda o bildirib ki, Azərbaycan xalqını digər müsəlman və türkdilli xalqlardan fərqləndirən cəhətlərdən biri də dünyəvilik prinsiplərinə sadiqliyidir. Bu prinsip Azərbaycan Konstitusiyasının əsasını təşkil edir və ölkəmiz illər ərzində bu dəyərləri qoruyaraq inkişaf yolunu davam etdirib. Ə.Hüseynli gələcəkdə də bu istiqamətdə möhkəm addımlar atılacağına əmin olduğunu bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Şərq dünyasında qadınlara səsvermə hüququnun ilk dəfə Azərbaycanda verilməsinin qerurverici olduğunu deyib. Qeyd edib ki, ABŞ, İngiltərə və bəzi Avropa ölkələrində bu hüquq Azərbaycandan sonra tanınıb. Hətta özünü demokratik ölkə kimi təqdim edən Fransada qadınlara səsvermə hüququ yalnız 1944-cü ildə verilib.

O diqqətə çatdırıb ki, müasir Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Qadınların hüquqlarının qorunması, onların ictimai və siyasi fəallığının artırılması Ulu Öndərin daim diqqət mərkəzində olub. Xanımlarımız müstəqilliyimizin möhkəmlənməsində, ərazi bütövlüyümüzün qorunmasında, hüquqi və demokratik dövlət quruculuğunda, eləcə də iqtisadi yüksəlişin təmin edilməsində mühüm rol oynayır.

Sahib Məmmədov vurğulayıb ki, müasir Azərbaycanda qadın hərəkatının lideri, Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm fəaliyyət göstərib. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xeyriyyəçilik, humanitar və mədəniyyət sahələrində genişmiqyaslı layihələr həyata keçirir. Fondun fəaliyyəti Azərbaycan həqiqətlərinin və mədəniyyətinin dünyada tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. Mehriban Əliyevanın gördüyü işlər dövlətə və Vətənə nümunəvi xidmətin, insan hüquqlarının müdafiəsinin, gender bərabərliyinin və sağlam ailə münasibətlərinin təşviqinin ən yaxşı nümunəsidir.

Konfrans çərçivəsində keçirilən "Bərabərlikdə dayanıqlılıq-konstitusiyamızın keçdiyi inkişaf yolunun əsas hədəfi kimi" panel iclasına Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin moderatorluq edib. İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov "Əməyin ödənilməsində bərabərlik hüququ reallıq və perspektivlər", Milli Məclisin deputatı Mübariz Qurbanlı "Rəhbər və qərarverici mövqelərdə bərabər təmsilçilik", Nağıyeva-İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini Arzu Tairquliyeva "Dayanıqlı və yüksək iqtisadi artım:rifah və inkişafda bərabər imkanlar" mövzularında məruzələrlə çıxış ediblər.

"Möhkəm ailə institutu güclü dövlətin və ahəngdar cəmiyyətin sarsılmaz bünövrəsidir" adlı digər panel iclasına isə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru

Vüsal Qasımlı moderatorluq edib. Paneldə Milli Məclisin deputatı Tahir Mirkişilinin "İnsan kapitalının inkişafı məsələləri dövlət və cəmiyyət müstəvisində", Milli Məclisin deputatı Pərvin Kərimzadənin "Vətəndaş həmrəyliyinin gücləndirilməsində ailə institutunun yeri və rolu",

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanovanın “Ailə institutu:cəmiyyət və dövləti birləşdirən harmonik münasibətlər sistemi" adlı məruzələri dinlənilib.

Konfrans müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!