Bakıda Kubanın Havana şəhərinin 500 illiyi ilə bağlı fotosərgi açılıb
Bakı Fotoqrafiya Evində "Havana 500 il” adlı fotosərginin açılışı olub.
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Fotoqrafiya Evi və Kuba Respublikasının ölkəmizdəki səfirliyi tərəfindən keçirilən sərgi bu il 500 yaşını qeyd edən Kubanın paytaxtı Köhnə Havana şəhərinə həsr edilib.
Tədbirdə çıxış edən Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portuondo Havana şəhərinin 500 illiyinin Bakıda, İçərişəhərdə qeyd edilməsinin məmnunluq doğurduğunu bildirib. "Bu gözəl gecədə azərbaycanlı dostlarımızla bir yerdə olmaqdan şadıq”, - deyən səfir vurğulayıb ki, belə tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır və onlar sanki bir-birilərini kəşf edirlər.
İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova deyib: "Bu gün biz çox maraqlı bir sərgi ilə tanış oluruq. Sərgidə təqdim olunan 30 fotoşəkil məşhur kubalı fotoqraf Vladimir Molina Espada tərəfindən çəkilib”. Diqqətə çatdırılıb ki, Vladimir Molina ali təhsilini Matansas Universitetində alıb, "Combate News”, ICRT-də fotomüxbir kimi çalışıb. Hazırda "Prensa Latina”da fotojurnalist kimi çalışan Espada, eyni zamanda, müxtəlif beynəlxalq tədbirləri işıqlandırır.
Sərgi aprelin 23-dək davam edəcək.
AZƏRTAC
Foto A.MƏMMƏDOVUNDUR
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!