20 Noyabr 2023 22:17
463
İQTİSADİYYAT
A- A+

Bakıda “Gömrük biznes forumu 2023”ün açılış mərasimi keçirilib YENİLƏNİB

 

Bu gün “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Gömrük biznes forumu 2023”ün açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov sərgi ilə tanış olublar.

Tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forum Ulu Öndər Heydər Əliyevin Dövlət Gömrük Komitəsinin 1997-ci il yanvarın 30-da keçirilmiş beşillik yubiley tədbirində söylədiyi proqram xarakterli nitqindən hazırlanmış videoçarxın nümayişi ilə başlayıb.

Forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov çıxış edib. O, qeyd edib ki, Azərbaycan dəyərlərinin qorunması və təbliği baxımından, dövlətçilik baxımından xalqımız tərəfindən sevilən və rəğbətlə anılan Azərbaycan dövlətinin yaradıcısı, XX əsr tariximizin ən qüdrətli siması Heydər Əliyev bütün həyat və yaradıcılığını xalqına xidmətə həsr edib. Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda, onun ömrünün sonuna kimi gördüyü işlər, fəlsəfəni həyata keçirmək məqsədilə ötən 30 ildə müstəqil dövlət kimi inkişaf edən, ərazi bütövlüyünü bərpa edən, dünya birliyində layiqli yer tutan Azərbaycanın uğur yolunun başlanğıcını qoyub. Bütün bu uğurlar Heydər Əliyevin banisi olduğu milli dövlətçilik konsepsiyasına əsaslanır.

Ulu Öndər Heydər Əliyevin ideyalarını ölkədə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, iqtisadi sabitliyin möhkəmlənməsi və iqtisadiyyatın davamlı inkişafı istiqamətində həyata keçirilən islahatların ideoloji bünövrəsini təşkil edir. Ulu Öndər öz çıxışlarında səsləndirdiyi özəl sektorun fəaliyyətinə şəraitin yaradılması, özəl sektora dəstək, qlobal iqtisadiyyata inteqrasiya və şəffaflıq kimi fikirləri bütün zamanlar üçün Heydər Əliyevin iqtisadi inkişaf ideologiyasında öz əksini tapıb. Gömrük sisteminin milli maraqlara uyğun olması, xüsusilə şəffaf və təkmilləşdirilmiş gömrük islahatları bütün dövrlərdə xarici ticarət institutları təşkil edir. Son illərdə Ulu Öndərin əsasını qoyduğu xarici ticarət sistemi, müasir və effektiv gömrük tənzimlənməsi ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün sosial, iqtisadi inkişaf yolunda uğurla addımlayan ölkəmizdə gömrük sistemi, qlobal iqtisadiyyata xarici təsirlərin məhdudlaşdırılması, dövlət gəlirlərinin formalaşması, habelə iqtisadiyyatın tənzimlənməsi prosesində dövlət və sahibkar maraqları arasında balanslı yanaşma, iqtisadiyyatın müxtəlif sahələrinin biznes icması və dövlət qurumlarının təmsil olunması, ölkəmizdə həyata keçirilən gömrük islahatların yaratdığı imkanlar, qlobal dəyər, zəncir, habelə davam edən ticarət rəqabət şəraitində çağırışları müəyyən etmək üçün daha faydalı dialoq platformasının formalaşmasına imkan yaradır.

“Son 3 ildə Azərbaycanın ixrac səbətinə 35 adda yeni məhsul daxil olub. Gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub. 2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb. Eyni zamanda, qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub. 5 700 çeşidli maldan 1 990-nı ixrac edilib, 1 234-ü isə davamlı ixraca göndərilib. Son 3 ildə qeyri-neft məhsullarının ixracında qeyri-üzvi kimya və plastmas məhsullarının payı artıb”, - deyə Şahmar Mövsümov əlavə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, bu cür tədbirlərin keçirilməsi, xüsusən də dövlət və özəl sektor arasında olan dialoqun müxtəlif platformalarda davam etdirilməsi ölkəmizin iqtisadi inkişafında çox mühüm amildi. Bu gün Heydər Əliyevin 100 illik xatirəsi böyük fəxr və ehtiramla yad edilir. Məhz bugünkü müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan bu gün möhtəşəm uğurlar qazanır. Azərbaycanın iqtisadi müstəqilliyi əldə edən ikinci bir ölkə mövcud deyil. Və sizi inandırıram ki, bu gün bizim əldə etdiyimiz bütün uğurların tək səbəbi Heydər Əliyev irsinə Heydər Yoluna sadiq qalmağımız, bu yolla dönmədən davam etməmiz və hər sahədə bunu öz əməlimizlə sübut edir.

“1995-2021-ci illər ərzində ÜDM-də özəl sektorun payı 2,8 dəfə artıb. Özəl bölmənin ümumi daxili məhsulda (ÜDM) payı 86,5 faiz, məşğulluqda payı isə 78 faizdən çoxdur. Son doqquz ay ərzində Azərbaycanda açılan yeni iş yerlərinin 93 faizdən çoxu özəl sektor tərəfindən yaradılıb. İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir”, - deyə T.Mirkişili əlavə edib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. “Ölkəmizin investisiya mühitinin cəlbediciliyinin artırılması üçün fiskal alətlərdən aktiv istifadə etməsi ümumi prosesə təkan verir. Bu il yerli istehsalatda istifadə olunan 300-dək aralıq mal idxal rüsumundan azad edilib. Bu addım yerli istehsalın maya dəyərinin azaldılmasında, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayıb. Hazırda bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müddətlərinin uzadılması istiqamətində qanunvericilik layihələri hazırlanıb və hazırda aidiyyəti dövlət orqanları ilə müzakirə olunur”, - deyə nazir müavini qeyd edib.

E.Əliyev diqqətə çatdırıb ki, iqtisadiyyatımız qarşısında duran əsas məqsədlərdən biri Azərbaycanın ixrac potensialının artırılmasıdır. 2023-cü ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çox - 500 mln. dollardan çox məhsul daxildə emal gömrük proseduru altında yerləşdirilib. Beləliklə, bu göstərici sözügedən mexanizmin emal və xidmət sektorunun inkişafı, xüsusilə də ixrac fəaliyyətinin genişləndirilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir. Gömrük prosedurlarının sadələşdirilməsi kimi amillər ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin sürətlə artmasına səbəb olub. Neft və qazın dünya bazarı qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır. Belə ki, cari ilin 10 ayında ixrac 29 mlrd. dolları ötüb, ticarət balansının profisiti 15 mlrd. dollardan çox olub. Qeyri-neft-qaz sektorunun ixracı isə 11 faiz dən çox artaraq 2,7 mlrd. dolları ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft-qaz ixracında payı 68 faizə çatmaqdadır. Cari ilin 9 ayında sənaye zonalarının qeyri-neft-qaz ixracında payı isə 23 faizə çatıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov qeyd edib ki, hazırda Azərbaycan gömrük xidmətinin çevik peşəkar və modern dövlət qulluğuna çevrilməsi qarşıda duran əsas məsələdir. Gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi və sahibkarlıq subyektləri ilə vətəndaşların məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, həmçinin gömrük ödənişlərinin dayanıqlılığının təmin edilməsi, daha güclü müasir tədbirlərin həyata keçirilməsi strateji fəaliyyətlər kimi müəyyən edilib. Xarici ticarət və biznesin idarə edilməsində mühüm rol oynayan bir neçə alət tərəfimizdən istifadəyə verilib. Bunlardan elektron hesab səhifəsinin tətbiqi, gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşkil edilməsi və digər bu kimi vacib alətlər artıq istifadədədir. Forumda əsas məqsəd yeni alətlər olan “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi”, “Səlahiyyətli iqtisadi operator proqramı”, yeni Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) və “Smart-Bot” mobil tətbiqi kimi konseptual layihələri sahibkarlara təqdim etməkdir.

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi “Gömrük İnkişaf Modeli”, “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi”, “Səlahiyyətli iqtisadi operator proqramı” və “Smart-Bot” mobil tətbiqi layihələrinin təqdimatı olub.

Tədbir çərçivəsində gömrük işinin təşkili sahəsində işgüzar və səmərəli fəaliyyət göstərən şirkətlərə “Dəstək” və “Əməkdaşlıq” nominasiyaları üzrə təşəkkürnamələr təqdim edilib.

Sonda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi layihələrə dair panel müzakirələr keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video