21 Noyabr 2025 14:39
420
SİYASƏT
A- A+
Bakıda D-8 Media Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB

Bakıda D-8 Media Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB


Bakıda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin media sahəsinə məsul qurumlarının və aparıcı media subyektlərinin rəhbərlərinin, digər yüksəkvəzifəli nümayəndələrin və sahə üzrə tanınmış ekspertlərin iştirakı ilə “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumu keçirilir.


AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Tədbirdə çıxış edən D-8 təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam təşkilata üzv ölkələrin əməkdaşlığının təkcə iqtisadiyyatda deyil, həmçinin media və kommunikasiya sahəsində böyük önəm daşıdığını deyib: “Azərbaycan D-8-ə üzv seçilən gündən öz töhfəsini əsirgəməyib, bu təşkilatda qeyri-adi təşəbbüslərlə çıxış edib. Keçən ay keçirilən D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoqunda yol xəritəsi müəyyən olunub".

O, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, ölkəmizə artıq dəfələrlə səfərə gəldiyini və özünü evindəki kimi hiss etdiyini bildirib: “Azərbaycanın bu mötəbər təşkilata qoşulmasından sonra canlanmalar hiss olunur. D-8 Media Forumunun Bakı şəhərində ilk dəfə olaraq keçirilməsindən çox məmnunuq”.

Baş katibin sözlərinə görə D-8 təşkilatı öz mövqeyini, həmçinin medianın nüfuzunu və təsir gücünü artırmalıdır. “Təşkilatımızın tutduğu mövqeyi beynəlxalq səviyyəyə çatdırmalıyıq. Planlarımızda ümumi yayım assosiasiyasını yaratmaq var. Həmçinin təşkilata üzv ölkələrdə jurnalistika məktəblərinin yaradılmasını və təqaüdlərin ayrılmasını təklif etmək istərdik. Bu tədbirin hər il keçirməsi medianın inkişaf etdirilməsinə kömək ola bilər. D-8 ölkələrinin birgə əməkdaşlıq edərək fərqlənmə mərkəzi ərsəyə gətirmələri üçün vəsait ayrılmasını təklif edirik", - deyə İsiaka Abdulqadir vurğulayıb.

Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar Azərbaycanın D-8-in tamhüquqlu üzvü olduqdan sonra bu təşkilata verdiyi dəstəyi dəfələrlə nümayiş etdirdiyini diqqətə çatdırıb. "Təşkilatın inkişafı üçün irəli sürülən təşəbbüsləri doğru istiqamətdə həyata keçirmək mühüm əhəmiyyət kəsb edir və artıq bunun üçün vaxt yetişib. Bu prosesdə əməkdaşlıq əsas amillərdən biridir", - deyə o əlavə edib.

Nazir qeyd edib ki, qlobal informasiya məkanında qeyri-adi transformasiyalar baş verir. Geosiyasi vəziyyətdə yaşanan son hadisələr bu dəyişikliklərə ciddi təsir göstərir. Yeni texnologiyalar ictimai inam və etibarın artırılmasına xidmət etməlidir. Rəqəmsal media ekosistemləri son dövrlərdə xüsusilə önəm qazanıb. Artıq ənənəvi çap mediasından rəqəmsal mediaya keçid sürətlə baş verir və bu sahə dinamik şəkildə inkişaf edir. “Təklif edirəm ki, D-8 təşkilatına üzv dövlətlərin media peşəkarları və media nazirlikləri arasında işçi qrupu yaradılsın. Bu qrup mütəmadi görüşlər keçirərək fikir mübadiləsi aparsın”, - deyən pakistanlı nazir, həmçinin media mühitində dezinformasiyanın qarşısını almaq məqsədilə D-8 üzvləri üçün vahid platformanın yaradılmasını təklif edib.

Banqladeşin Məlumat və Yayım Nazirliyinin baş katibi Noor Md. Mahbubul Haq öz növbəsində deyib: "Bu gün biz ənənəvi elektron mediadan deyil, artıq təkamül etmiş yeni mediadan - sosial şəbəkələrdən danışırıq. Sosial şəbəkələr ənənəvi medianın sərhədlərini aşaraq informasiyanın son dərəcə sürətlə yayılmasına imkan yaradır".

O, Banqladeş də daxil olmaqla, gənc nəsil üzərində informasiyanın təsirinin güclü olduğunu bildirib. "Süni intellekt əsasında yaradılan xəbərlərlə tez-tez rastlaşırıq və insanlar çox zaman onların düzgünlüyünü yoxlamadan qəbul edirlər. Bu gün biz yeni formalaşan texnologiyalarla işləyirik və buna görə də peşə bacarıqları mütəmadi yenilənməlidir. Dezinformasiyanın yayılmasının qarşısını almaq üçün isə sıx əməkdaşlıq vacibdir”, - deyə baş katib əlavə edib.

Misir Ərəb Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Tənzimlənməsi üzrə Ali Şurasının sədr müavini Essam Alamir İsmayıl Xəlil D-8 təşkilatına üzv dövlətlər arasında dialoqun, əməkdaşlığın və koordinasiyanın gücləndirilməsi naminə sıx əməkdaşlığa böyük ehtiyac olduğunu qeyd edib. O bildirib ki, D-8 təşkilatı çoxşaxəli və nümunəvi əməkdaşlıq modeli yaradaraq beynəlxalq sistemdə ədalət və bərabərliyi möhkəmləndirmək üçün unikal imkanlara malikdir. Bu təşkilat böyük insan resursu, iqtisadi potensialı və zəngin mədəni müxtəlifliyi ilə təkcə regional platforma deyil, həm də qlobal təsir gücünə malik birlik kimi çıxış edə bilər.

İndoneziyanın Xarici İşlər Nazirliyinin çoxtərəfli məsələlər üzrə baş siyasi məsləhətçisi Agustaviano Sofjan D-8 Media Forumunun ilk dəfə Azərbaycanda keçirildiyi üçün məmnunluğunu ifadə edərək deyib: “Rəqəmsal platformaların inkişaf etdiyi dövrdə biz bu sahəyə ciddi şəkildə nəzarət yetirməliyik və öz töhfələrimizi verməliyik”.

Onun sözlərinə görə, etik və müstəqil jurnalistika ictimaiyyətdə düzgün fikrin formalaşmasında mühüm rol oynayır. O, faktların yoxlanılmasının və dezinformasiyanın qarşısının alınmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

İranın Xarici İşlər Nazirliyinin xarici media üzrə baş direktoru və sözçünün müavini Alireza Miryusefi Aval D-8 təşkilatının, ilk növbədə, iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə yaradığını diqqətə çatdırıb: "Lakin bu gün biz hamımız yaxşı anlayırıq ki, üzərimizdə yalnız iqtisadi sahə ilə məhdudlaşmayan, daha geniş ölçülü məsuliyyət mövcuddur. Bu məsuliyyət, ilk növbədə, informasiya məkanında aydınlıq, şəffaflıq və etibarlılığın təmin edilməsindən ibarətdir. Bu isə hər bir ölkənin ictimai rifahına, regional sabitliyə və qlobal təhlükəsizliyə xidmət edən strateji hədəfdir".

Malayziya Milli Xəbər Agentliyinin (BERNAMA) Baş direktoru Nur-ul Afida Kamaludin tədbirin dinamik inkişaf edən tarixi Bakı şəhərində keçirildiyini vurğulayaraq bu gün mədəniyyət, tarix və digər məsələlərdən danışarkən, əlaqələrimizin möhkəmlənməsində medianın ortaq dəyərlərimizi birləşdirən mühüm vasitə olduğunu söyləyib: "Medianın inkişafı həm birlik, həm də əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Bizim üçün etik davranış olduqca vacibdir və bu, medianı formalaşdıran amillərdən biridir”.

Nigeriya Mətbuat Şurasının Baş direktoru Dili Ezughah Azərbaycana ilk səfəri olduğunu və hava limanından tədbir məkanına qədər gördüyü mənzərənin onda böyük təəssürat yaratdığını deyib: "Bakı şəhərində inkişafın, modernləşmənin və tərəqqinin sürətli templə irəlilədiyini görmək çox sevindiricidir. Bu dinamizmi digər ölkələrdə də görməyi arzu edirəm".

O qeyd edib ki, D-8 Media Forumu olduqca böyük əhəmiyyət kəsb edən bir platformadır. Forum ölkələrimiz arasında mövcud olan dostluğun, əməkdaşlığın və qarşılıqlı etimadın bariz təzahürüdür. Dayanıqlı həllər isə hər bir ölkənin öz reallıqlarından irəli gəlir. Məhz buna görə də, medianın inkişafı sahəsində əməkdaşlıq bizim üçün strateji önəm daşıyır.

Türkiyə Prezidentinin Rabitə, Strateji Rabitə və Böhran İdarəetmə İdarəsinin rəisi Bora Bayraktar bu gün ölkələrin hibrid təhdidlərlə üzləşdiyini söyləyib: “Süni intellektlə hazırlanan xəbərlərin sürətlə yayılması cəmiyyətin dövlət təsisatlarına inamına zərbə vura bilər”.

Kommunikasiya sahəsində yeniliklərin olduğunu diqqətə çatdıran Bora Bayraktar mürəkkəb qlobal çağırışlar baxımından ölkələrin qarşısında yeni məsələlərin durduğunu bildirib.

Forum panel sessiyalarla davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!