26 Noyabr 2021 00:30
1367
İDMAN
A- A+
Bakıda Batut Gimnastikası üzrə XXVIII Dünya yaş qrupları yarışlarının təntənəli açılış mərasimi olub

Bakıda Batut Gimnastikası üzrə XXVIII Dünya yaş qrupları yarışlarının təntənəli açılış mərasimi olub

 

Noyabrın 25-də Bakıda Batut Gimnastikası üzrə XXVIII Dünya yaş qrupları yarışlarının təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə iştirakçı ölkələrin paradından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra hakim, məşqçi və gimnastların andiçməsi olub. İdmançıların adından Azərbaycan gimnastı Selcan Maqsudova and içib.

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Bakıda Batut Gimnastikası üzrə XXVIII Dünya yaş qrupları yarışlarının yüksək səviyyədə təşkili üçün Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib. 2021-ci ildə gimnastika üzrə sonuncu mötəbər beynəlxalq yarışa Bakının evsahibliyi etməsindən məmnunluğunu bildirən MOK-un vitse-prezident deyib: “Otuz iki ölkədən 650 idmançının qatıldığı yarışların yüksək səviyyədə keçirilməsi, koronavirus pandemiyasının davam etdiyi dövrdə atletlərin, onların məşqçilərinin, KİV nümayəndələrinin təhlükəsiz və rahat fəaliyyəti üçün bütün zəruri tədbirlər görülüb. Uzun illərdir ki, Bakıda gimnastika növləri üzrə müxtəlif mötəbər yarışlar keçirilir. Bu gün açılışında iştirak etdiyimiz yarışlar da Azərbaycana, həmçinin dünyanın ən yaxşı federasiyalarından biri nüfuzunu qazanmış Azərbaycan Gimnastika Federasiyasına göstərilən etimadın təzahürüdür. Bu yarışlar Azərbaycanın mötəbər beynəlxalq turnirlərin mahir təşkilatçısı kimi nüfuzunun artırılması ilə yanaşı, idmanın bu növünün ölkəmizdə daha da populyarlaşmasına töhfə verəcək”.

Bakıda müxtəlif dünya kubokları, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdıran Ç.Hüseynzadə 2015-ci ildə Azərbaycanda ilk Avropa oyunlarının təşkilinin ölkəmizdə idmanın, Olimpiya hərəkatının inkişafının göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, bütün bunlar Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin səyləri nəticəsində mümkün olub.

Qeyd olunub ki, qarşıdakı üç gün ərzində Azərbaycanın paytaxtında batut, tamblinq və ikili minibatut üzrə yarışlarda gənc idmançılar mübarizə aparacaqlar. Fərdi proqramda qaliblərin müəyyənləşəcəyi bu yarışlar gələcəyin batut ulduzlarını müəyyənləşdirməklə yanaşı, gimnastikanın bu növünün inkişafında yeni, daha parlaq mərhələnin başlanğıcı olacaq.

Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Əli Əl-Hitmi Batut Gimnastikası üzrə XXVIII Dünya yaş qrupları yarışlarının iştirakçılarını ali qurum adından salamlayıb. O, bu cür irimiqyaslı yarışların pandemiyaya baxmayaraq, yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan dövlətinə və Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

Əli Əl-Hitmi Bakıda Batut Gimnastikası üzrə XXVIII Dünya yaş qrupları yarışlarını açıq elan edib.

Sonra gimnastika şousu nümayiş etdirilib.

Milli Gimnastika Arenasında dörd gün davam edəcək yarışda ölkəmiz 15 gimnastla təmsil olunur. Oğlanların yarışında İbrahim Mustafazadə, Ammar Baxşəliyev, Mehdi Əliyev, Maqsud Maqsudov, Nicat Mirzəyev, Əli Niftəliyev, Aleksey Karataşov, Elnur Məmmədov, Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyev çıxış edəcəklər. Qızların mübarizəsində isə Səma Cəfərova, Şəfiqə Hümbətova və Selcan Maqsudova medallar uğrunda yarışacaqlar.

Yarışda 32 ölkədən 621 idmançı iştirak edir. Gimnastlar batut, tamblinq, ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda yarışında da qaliblər müəyyənləşəcək.

Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!