15 İyul 2026 16:17
669
İQTİSADİYYAT
A- A+
Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

Bakıda Azərbaycan-Slovakiya biznes-forumu işə başlayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Denisa Sakova ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığın inkişafı, yüksəksəviyyəli təmasların və iqtisadi dialoqun ikitərəfli əməkdaşlığın genişlənməsinə verdiyi töhfə, həmçinin bu istiqamətdə qarşılıqlı təşəbbüslərin önəmi vurğulanıb.

Tərəflər biznes və ticarət əlaqələrinin fəal dəstəklənməsi, enerji tədarükünün şaxələndirilməsi, sənaye, turizm, rəqəmsallaşma sahələrində birgə fəaliyyətin və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər.

Daha sonra Azərbaycan və Slovakiyanın iqtisadiyyat nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Slovakiyanın İnvestisiyalar və Ticarətin İnkişafı Agentliyinin (SARIO) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes-forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmilər və sənaye, əczaçılıq, maliyyə, kənd təsərrüfatı, İKT, turizm, nəqliyyat, logistika, səhiyyə, daşınmaz əmlak və digər sahələri təmsil edən 100-ə yaxın şirkət nümayəndəsi iştirak ediblər.

Biznes-forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində artan rolu, əlverişli işgüzar mühiti, nəqliyyat-logistika imkanları, eləcə də investorlar üçün təqdim edilən güzəştlər işbirliyi üçün yeni imkanlar açır.

Azərbaycanda investorlar üçün yaradılan fürsətlər barədə məlumat verilib. Ticarət, investisiya, sənaye, enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə istehsalın təşviqi və yeni investisiya layihələrinin həyata keçirilməsi üçün geniş potensialın olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Ağdamda Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlinin qoyulması və həmin kənddə "Ağıllı kənd" layihəsinin icrası iki ölkə arasında əməkdaşlığın uğurlu nümunəsidir.

Nazir Qarabağın bərpasına verdiyi töhfəyə görə Slovakiya tərəfinə təşəkkürünü ifadə edib, forumun yeni biznes əlaqələrinin qurulmasına, qarşılıqlı investisiyaların artmasına və iqtisadi işbirliyinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki, iki ölkənin biznes dairələri arasında birbaşa təmasların artırılması, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və prioritet sahələr üzrə səmərəli əməkdaşlığın genişləndirilməsi ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Forumda çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və SARIO-nun xarici ticarət departamentinin rəhbəri Daniel Ondruş iki qurum arasında ixrac və investisiyaların təşviqi, biznes dialoqunun dəstəklənməsi və şirkətlər arasında əlaqələrin qurulması istiqamətində əməkdaşlığın davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, forum hər iki ölkədən müxtəlif sahələri təmsil edən şirkət və qurumları bir araya gətirərək yeni tərəfdaşlıqların formalaşdırılması üçün praktiki platforma rolunu oynayır.

Slovakiyalı həmkarlar bu ilin sentyabrında ölkəmizdə keçirilməsi planlaşdırılan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunublar. Həmçinin Azərbaycan Turizm Bürosu və “Slovakia Travel” milli turizm təşkilatı arasında işbirliyinin inkişafını nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

Forumda Azərbaycan və Slovakiyanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib. Biznes-forum B2B formatda görüşlərlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

16:50
13 Avqust

Naxçıvan regionun vacib geoiqtisadi mərkəzlərindən birinə çevrilməkdədir 

16:45
13 Avqust

Muxtar respublikada 322 milyon manatdan çox sənaye məhsulu istehsal edilib

16:40
13 Avqust

Qarabağ Universiteti ilə İTÜ-nün ikili diplom proqramı üzrə qəbul başlayır

16:35
13 Avqust

Birinci qrupda bəzi ixtisaslar üzrə minimum bal tələbləri fərqlənir

16:30
13 Avqust

Naxçıvanın iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar formalaşır

16:25
13 Avqust

Həyata keçirilən sosial-iqtisadi layihələr Naxçıvanın inkişafında yeni mərhələ formalaşdırıb

16:20
13 Avqust

Ədalət Turan: Diasporumuz “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq, iki qardaş ölkə arasında körpü rolunu oynayır

16:15
13 Avqust

“Şərqin qapısı” bütün dünyanın üzünə açılır

16:10
13 Avqust

Yaponiya XİN-i Rusiyaya sərt etirazını bildirib

16:05
13 Avqust

Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki regionunu deyil, həmçinin Çini Avropa ilə birləşdirəcək

16:00
13 Avqust

Prezidentin Naxçıvan səfəri: Yüksək diqqətin və strateji baxışın təzahürü  

15:55
13 Avqust

Məleykə Abbaszadə I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə keçid balları ilə bağlı gözləntiləri açıqlayıb 

15:50
13 Avqust

Naxçıvan Azərbaycanın gələcəyinin mühüm ünvanlarından biridir 

15:45
13 Avqust

Laçın sakinləri mina və partlamamış hərbi sursat təhlükəsi barədə məlumatlandırılıblar

15:40
13 Avqust

Dahi şair Nizami Gəncəvinin Marneulidəki büstü yenidən bərpa olunub

15:35
13 Avqust

Hörmüz boğazının bağlanmasına görə Almaniyanın nəhəng gəmiçilik şirkəti 600 milyon dollar itirib

15:30
13 Avqust

Zəngəzur dəhlizinin təşəbbüskarı Prezident İlham Əliyevdir

15:25
13 Avqust

Geostrateji yüksəliş və yenilməz hərbi qüdrət

15:20
13 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayır

15:15
13 Avqust

MAQATE rəhbəri BMT strukturunun sadələşdirilməsini təklif edib

15:10
13 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!