14 Fevral 2025 20:08
753
İQTİSADİYYAT
A- A+
Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB  

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB  

Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forum iqtisadiyyatın inkişafı ilə maliyyə sektorunun potensialının uzlaşdırılması, maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin gücləndirilməsi, bu sahədəki maneələrin aradan qaldırılması, eləcə də, innovativ texnologiyaların tətbiqi ilə rəqəmsallaşmanın sürətləndirilməsi imkanlarının, maliyyə sektorundakı qanunvericilik və tənzimləmələrin təkmilləşdirilməsinin, bu əsasda ötən dövr ərzində Azərbaycan maliyyə sektorunun əldə etdiyi nailiyyətlər və qarşıda duran çağırışların müzakirə edildiyi platforma olmaq məqsədi daşıyır.

Forumda çıxış edən Mərkəzi Bank sədrinin müavini Toğrul Əliyev bildirib ki, maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötən ildən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb. Bu məqsədlə xüsusi tənzimləmə rejiminin internet resursu yaradılıb, artıq həmin resursda 21 müraciət qeydə alınıb, onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək xüsusi tənzimləmə rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsulların sınaqdan keçirilməsi davam etdirilir.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev qeyd edib ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,6 faiz və ya 3 milyon ədəd artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 19,9 faiz, kredit kartları üzrə 1,8 faiz təşkil edib. Bununla yanaşı, 2024-cü il ərzində ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatların həcmi 78,9 milyard manata yüksəlib ki, bu da 2023-cü illə müqayisədə 61 faiz çoxdur. Ötən il ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 64,2 faizi nağdsız formada həyata keçirilib.

2024-cü ilin nəticələrinə əsasən, dövriyyədə olan ödəniş kartlarının ümumi sayı təxminən 20 milyon ədəd təşkil edir. Bu ödəniş kartları ilə aparılan nağdsız ödəniş dövriyyəsinin ümumi həcmdə payı 64,2 faizə bərabər olub Elektron ticarət dövriyyəsi 2023-cü ilə münasibətdə 1,7 dəfə böyüyərək 66,5 milyard manat təşkil edib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının sədri Cəlal Əliyev deyib: “Ötən ilin nəticələrinə görə, ölkədə 93 bank olmayan kredit təşkilatı (BOKT) fəaliyyət göstərir. Bunlardan 36-sı kredit təşkilatı, 57-si isə bank olmayan kredit təşkilatıdır. Onlardan biri dövlətin iştirak payı olan bank olmayan kredit təşkilatı, 15-i isə xarici investisiyaların iştirakı olan BOKT-dur. Ötən ilin sonuna BOKT-un aktivləri 1 milyard manata çatıb. Bu, 2023-cü illə müqayisədə 24 faiz artım deməkdir. Müştərilərə verilmiş cəmi kreditin həcmi 800 milyonu ötüb”.

Son illərdə sığorta sektorunda rəqəmsallaşmanın yeni imkanlar açdığını deyən Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova diqqətə çatdırıb ki, onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib: “2024-cü ilin nəticələrinə əsasən, sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. Bu rəqəm sektorun maliyyə sistemindəki rolunun əhəmiyyətini göstərir. Biz qarşıda duran yeni imkanlar və çağırışları da diqqətdə saxlamalıyıq. Bu baxımdan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” sığorta sektoru üçün olduqca əhəmiyyətlidir”.

Forum panel iclaslarına işini davam etdirib.

Panel iclaslarda “Maliyyə sektorunun inkişafının ölkənin qlobal rəqabət qabiliyyətinə təsiri”, “Qeyri-neft sektorunun maliyyələşdirilməsi imkanları”, “Maliyyə inklüzivliyinin genişləndirilməsi”, “Kapital bazarında yeni rəqəmsal həllərin tətbiqi”, “BOKT sektoru və requlyativ dəyişikliklər” və digər mövzularda məruzələr dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!