16 Sentyabr 2024 15:31
88
COP29
A- A+
Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişininə sertifikat təqdim olunub

Bakı-Xocalı-Xankəndi-Şuşa reysinin ilk sərnişininə sertifikat təqdim olunub


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysinin ilk sərnişinlərinin yolasalma mərasimi keçirilib.

AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 07:30-da yola düşən avtobusa bilet əldə edən şəxs Aqşin Nəhmətə tarixi reysin ilk sərnişini kimi sertifikat təqdim olunub. Qarabağ Universitetində təhsil almaq üçün Xankəndiyə yola düşən tələbəyə uğurlar arzulanıb.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

Hər gün Bakıdan Şuşaya saat 07:30-da yola düşən avtobuslar əks istiqamətə saat 15:30-da, aralıq məntəqələri Xankəndidən saat 16:00-da, Xocalıdan isə 16:30-da hərəkət edir.

Xatırladaq ki, biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb istifadəyə verilib

18:41
17 Sentyabr

Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini qəbul edib

18:39
17 Sentyabr

Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub

17:56
17 Sentyabr

Baş nazir İrakli Kobaxidze: Qərb bizi şantaj edir

17:44
17 Sentyabr

EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub

17:43
17 Sentyabr

İkiqat olimpiya çempionu 92 yaşında dünyasını dəyişib   

17:41
17 Sentyabr

Eliz Stefanik: Uca Tanrı ikinci dəfə Trampı xilas edib  

17:37
17 Sentyabr

"Tesla"nın elektrikli qatarı təqdim ediləcək

17:35
17 Sentyabr

Almaniyanın yeni kansleri kim olacaq?

17:32
17 Sentyabr

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edib

17:31
17 Sentyabr

XİN rəsmisi: Fransanın Ermənistanı silahlandırması bölgədə destruktiv fəaliyyətə xidmət edəcək

17:07
17 Sentyabr

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

17:07
17 Sentyabr

Heydər Əliyev Fondundan İmişlinin Aranlı kənd şagirdlərinə yeni dərs ili hədiyyəsi 

17:04
17 Sentyabr

Azərbaycan İraqa qızıl ixracını artıra bilər

17:00
17 Sentyabr

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

16:52
17 Sentyabr

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

16:49
17 Sentyabr

Rayonlarda qeyri-sabit hava şəraiti sentyabrın 21-dək davam edəcək

16:48
17 Sentyabr

Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq

16:45
17 Sentyabr

XİN Azərbaycan vətəndaşlarının Şengen vizası ilə bağlı üzləşdikləri çətinlikləri Aİ ölkələri ilə müzakirə edir

16:41
17 Sentyabr

S.H.Hətəmovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
17 Sentyabr

R.G.Xəlilovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:34
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!