“Bakı Metropoliteni” QSC: Paytaxta 20 yeni vaqon gətirilib
İyun ayının sonuncu iki günü ərzində 2 tərkibdə olmaqla, Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar “Nərimanov” elektrik deposuna gətirilib.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar qurumun sifarişi və texniki şərtlərinə uyğun istehsal edilib. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766. B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq. Sərnişinə xidmət baxımından üstünlükləri qeyd etsək, kondisioner sistemi Bakının iqlim şəraitinə uyğunlaşdırılmaqla mikroiqlim nəzarəti sistemi havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Bununla yanaşı, vaqonda ultrabənövşəyi lampalar da havanın zərərsizləşdirilməsi funksiyasını daha da gücləndirir. Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin rahatlığını və bərabər paylanmasını təmin edir. Eyni zamanda, qatarın tutumu 15 faiz artır. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da fərqli sərnişinə xidmət imkanlarının genişləndirir. Maşinist kabinəsinin sahəsi geniş olmaqla daha rahat şəraitdə idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə ilə yanaşı, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.
Yaxın günlərdə yeni vaqonlarda sazlama və tənzimləmə işləri aparılaraq, normativlərə uyğun yürüş sınaqları keçiriləcək. Xəttə buraxıldıqdan sonra metropolitenin lokomotiv parkındakı yeni qatarların sayı 19-a (95 vaqon) çatdırılacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!