Bakı Forumunda “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda müzakirələr aparılıb
Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 2-də işini sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd?” mövzusunda keçirilən panel sessiyaya ADA Universitetinin Kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva moderatorluq edib.
Panel sessiyada çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət departamentinin rəhbəri Luçin Razoui deyib ki, texnologiyalar, sosial media sürətlə inkişaf edir. Fərqli din, dil, irq və mədəniyyətlərə sahib olan insanlar medianın yaratdığı virtual məkanlarda bir araya gəlirlər.
O qeyd edib ki, sosial media platformalarında kütlələrin ziddiyyətli və bənzər fikirlər paylaşması bəzən təhlükəli vəziyyət yarada bilər. “Müəyyən bir kütlə öz fikirlərinin digərlərindən daha dəyərli və düzgün olduğunu düşünür. Bu isə olduqca təhlükəli anlayışdır. Sosial medianın əsas məqsədi mədəniyyətlər və düşüncələr arasında çaxnaşma yaratmaq deyil. Burada məqsəd hər kəsin öz düşüncəsini, ideyasını açıq şəkildə qeyd edə bildiyi platforma yaratmaq idi. Artıq fərqli mövqe bildirmək digər insanları təəccübləndirir. Çünki qütbləşmiş baxış yaranıb, insanlar qarşılıqlı ünsiyyət qurmağı unudub. Bu vəziyyət hətta mənfi və yanlış fikirlərin təbliğinə gətirib çıxarır”, - deyə o əlavə edib.
Sosial medianın müsbət tərəflərindən də danışıb Luçin Razoui qeyd edib: “Biz mənfilərdən danışa bilərik, ancaq sosial medianın, həmçinin həyatımızı asanlaşdırdığını unutmaq olmaz. Biz bütün məlumatları asanlıqla əldə edə, yeni ideyalarımızı burada nümayiş etdirə bilirik. Sosial media insanların intellektual potensialını artırıb. İnsanlar öz mədəni təcrübələrini, ənənələrini paylaşırlar. Sosial media həm də fərqli mədəniyyətlərlə tanışlıq, mədəniyyətlərarası dialoqun formalaşmasına xidmət edir. Media platformaları insanların öz tələblərini açıq şəkildə ifadə etmələrinə kömək göstərir.
Düşünürəm ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sosial mediada yaranan mənfi halların aradan qaldırılmasına öz töhfəsini verəcək. Eyni zamanda, qonaqpərvərliyə, dünyada yaranan problemlərin həlli istiqamətində gördüyü tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Amerika Dövlətləri Təşkilatının komissarı Fernando Lottenberg diqqətə çatdırıb ki, Rəqəmsal erada mənbə müxtəlifliyi var və burada yanlış informasiyalar asanlıqla yayıla bilir. Sosial media, əslində, insanların birləşmələri, biliklərini paylaşmaları üçün platforma olub. Hazırkı zamanda isə burada nifrət hissləri görünməmiş şəkildə geniş yayıla bilər.
O bildirib ki, sosial media etik şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün müxtəlif tərəflərin tənqidi yanaşması olmalıdır.
“Yanlış, zərərverici informasiyalar sosial mediada nəzarətsiz şəkildə yayılır. Məhz bu zərərverici kontentlər bizim cəmiyyətimizi laxlada, eyni zamanda, ekstremizmə güc verə bilər. Araşdırmalar göstərir ki, nifrət nitqinin yayılmasında sosial şəbəkələr məsuliyyət daşıyır. Biz məlumatların keyfiyyətinə nəzarət edə biləcəyimiz bir cəmiyyət qurmalıyıq. “İfadə azadlığı” anlayışı da nifrət nitqinin yayılmasına şərait yara bilər. Bütün bunlarla mübarizə üçün bəzi hüquqi sənədlərin, konvensiyaların hazırlanmasının zamanı artıq gəlib çatıb”, - deyə Fernando Lottenberg əlavə edib.
İslamabad Strateji Araşdırmalar İnstitutunun direktoru Sahil Məhəmməd bəzi ölkələrdə sosial medianın müsbət siyasi amil rolu oynadığına diqqət çəkib. Vurğulayıb ki, bəzən sosial media əsassız məlumatların, kütləvi nifrətin yaranmasına səbəb olur. Gənclər arasında islamofobiyanın yayılması, terrorizm kimi qlobal problemlərin inkişaf etməsi sosial media ilə birbaşa bağlıdır. Bu kimi halların qarşısını almaq üçün sosial media platformalarına nəzarət etmək lazımdır. Çünki yarana biləcək potensial təhlükə olduqca böyükdür. Sosial media şirkətləri ilə əməkdaşlıq etmək məsələnin həlli istiqamətində ilk addım ola bilər. Şirkətlər öz platformalarına yeni kontent əlavə edərkən ölkələrin mədəniyyətini və dini görüşlərini nəzərə almalıdır. Eyni zamanda, nifrət dolu çıxışlar, saxta xəbərlər dərhal müəyyən edilməli, həmin platformalardan qaldırılmalı, düzgün mexanizmlər yaradılmalıdır. Bir sözlə, sosial media vətəndaşla dövlət arasında körpü olmalıdır”.
Argentinanın müdafiə nazirinin müşaviri, jurnalist Brayan Mayer isə qeyd edib: “Biz elə bir dünyada yaşayırıq ki, bu, sosial mediaya da birbaşa təsir göstərir. Yaxşı niyyətlə istifadə olunsa, sosial media bizim köməyimizə çata bilər. Mənim sosial şəbəkə hesabımda xeyli izləyicim var. Sosial media vasitəsilə bir çox jurnalist birləşə bilib, biz bir növ ailə olmuşuq. Bu və ya digər hadisələrlə bağlı məlumatları sosial mediada bir-birimizlə paylaşırıq. Minlərlə kilometr uzaqda olan insanlar bir-biri ilə ünsiyyət qura bilirlər. Sosial media bir çox məlumatlara çıxış üçün yaxşı imkan yaradır. Bizim üzərimizə düşən əsas iş isə XXI əsrin bizə verdiyi bu imkanları sülh və tolerantlıq üçün istifadə etməkdir.
Analitik Xəbər Bülleteninin baş analitiki Orxan Amaşov çıxışında sosial media düzgün istifadə edildiyi təqdirdə müsbət platforma olduğunu deyib. Bildirib ki, hətta Azərbaycan və Ermənistan jurnalistləri arasında qarşılıqlı ünsiyyət qurmaq məhz sosial media platformasında mümkün olur.
O bildirib ki, bəzi şəxslər sosial medianı özlərinin mənfi əməlləri üçün istifadə edirlər. “Azərbaycan ilə Ermənistan arasında müharibə bitdikdən sonra Ermənistan tərəfinin yaratdığı vəziyyəti sosial medianın mənfi kontekstə istifadəsinə nümunə göstərmək olar. Ermənistan tərəfi Qarabağda hər iki millətin sülh içərisində yaşamasını istəmirdi və bu fikirlər sosial mediada paylaşılırdı. Ancaq Ermənistan sakinləri Laçın dəhlizi vasitəsilə Qarabağı tərk edərkən azərbaycanlı jurnalistlər onlarla ünsiyyət qura bilirdilər. Bu göstərdi ki, ünsiyyət qurmaq mümkündür. Eyni zamanda, Gürcüstanda azərbaycanlılar və ermənilər bir yerdə yaşayıb işləyirlər”.
Panel sessiya sual-cavab formatında davam edib.
Qeyd edək ki, Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkədən 700 mötəbər qonaq iştirak edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bəzi beynəlxalq təşkilatlar qərəz yuvasına çevriliblər
17 May
Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında
17 May
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilmə...
17 May
Milli Məclisin Sədri Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-...
17 May
"Anadolu Ankası - 2024" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
17 May
Moskvada "Qelikon-opera"nın səhnəsində "Azərbaycan və Rusiya: dostluğun tərənnümü" adlı konsert olub...
17 May
Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham Adaları Birliyinin xarici işlər...
17 May
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti DND-nin inzibati binası üçün MDF qapıl...
17 May
İranda daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər itkin düşüb
16 May
Bədii gimnastlarımız Avropa çempionatında iştirak edəcək
16 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!