22 May 2026 12:06
128
CƏMİYYƏT
A- A+
Bahar Muradova: Mənzil təhlükəsizliyi gender bərabərliyindən ayrı təmin oluna bilməz

Bahar Muradova: Mənzil təhlükəsizliyi gender bərabərliyindən ayrı təmin oluna bilməz


Bugünkü əsas çağırışlardan biri də mənzil siyasətinin daha inteqrasiya olunmuş şəkildə nəzərdən keçirilməsidir. Çünki mənzil təhlükəsizliyi iqlim dayanıqlılığı, sosial müdafiə, iqtisadi iştirak və gender bərabərliyi məsələlərindən ayrı şəkildə təmin oluna bilməz.

AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada səsləndirib.

O bildirib ki, by baxımdan çoxtərəfli tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. Dövlət institutları, beynəlxalq təşkilatlar, yerli hakimiyyət orqanları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gender həssas və dayanıqlı mənzil sistemlərinin formalaşdırılması üçün mühüm platforma yaradır.

“Qadın hüquqları təşkilatlarının, vətəndaş cəmiyyətinin və yerli icmaların iştirakı belə risklərin azaldılması və uyğunlaşma strategiyalarının hazırlanmasında mühüm rol oynayır. Xüsusilə iqlim dəyişiklikləri, münaqişə və məcburi köçkünlük şəraitində qadınların ehtiyac və təcrübələrinin qərarvermə proseslərində nəzərə alınması daha dayanıqlı və effektiv nəticələrin əldə edilməsinə imkan verir”,- deyə Bahar Muradova bildirib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, aparılan müzakirələrdə qadınların torpaq və mənzil hüquqlarını qoruyan hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsinə, gender həssas urban siyasətlərin təşviqinə xüsusi diqqət yetirilməli və müsbət təcrübələrin tətbiqinə çalışmalıdır.

“Qadınların şəhərsalma və iqlim siyasətində iştirak imkanlarının genişləndirilməsi, eləcə də gender əsaslı məlumat bazalarının və sübuta əsaslanan siyasət mexanizmlərinin gücləndirilməsini xüsusi diqqət altında saxlamaq lazımdır. İnanıram ki, qadınların ehtiyac və təcrübələrini nəzərə alan mənzil sistemləri daha dayanıqlı şəhərlərin, daha güclü icmaların və daha inklüziv cəmiyyətlərin formalaşmasına mühüm töhfə verə bilər”, - deyə Bahar Muradova qeyd edib.

O bildirib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin və çoxtərəfli siyasət dialoqunun gücləndirilməsinə bundan sonra da dəstək verməyə hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qvatemala nümayəndəsi: Yerli qadınların vəziyyəti və şəraiti irqçilik və patriarxiya çərçivəsində formalaşıb və davam edir  

12:37
22 May

13 işəgötürən, 70 vakansiya  

12:24
22 May

WUF13-də Namibiya və Ukraynada rəqəmsal şəhər həllərinin tətbiqi müzakirə olunub

12:23
22 May

Kolumbiyalı nümayəndə: Mənzil siyasəti məşğulluq, nəqliyyat və qayğı xidmətlərindən ayrı planlaşdırıla bilməz

12:21
22 May

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

12:10
22 May

Xocavənd şəhərinə növbəti köç yola salınıb

12:10
22 May

Rodriqo Labardini: Minalar iqtisadi bərpa və yenidənqurma qarşısında ciddi maneələr yaradır

12:09
22 May

WUF13 çərçivəsində özəl sektorun davamlı şəhərlərin qurulmasındakı roluna dair müzakirələr aparılıb YENİLƏNİB

12:08
22 May

Baş nazir Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb

12:07
22 May

Bahar Muradova: Mənzil təhlükəsizliyi gender bərabərliyindən ayrı təmin oluna bilməz

12:06
22 May

Əksər yerlərdə yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

12:06
22 May

WUF13 panel sessiya - Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə

12:05
22 May

Proqnoz: 2026-cı ildə dünyada elektromobillərin satış payı 30 faizə çatacaq

12:04
22 May

Namibiya 2027-ci ilə qədər “ağıllı şəhər” modelinə keçəcək

12:02
22 May

Anaklaudia Rossbax: Mənzil böhranı qadınlara daha güclü təsir göstərir

12:02
22 May

“Politico”: Mark Rütte ABŞ-ni NATO-da saxlamağa çalışır

12:01
22 May

Nazir müavini: Orta Dəhliz Azərbaycan-Tacikistan əlaqələrinin daha da inkişaf etməsinə əlavə imkanlar yaradır

12:00
22 May

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlıq edib

11:58
22 May

Anqolalı memar: Dayanıqlı şəhərlər üçün yanaşmalar dəyişməlidir

11:58
22 May

Rusiya Ermənistana tədarük etdiyi qazın qiymətini qaldıracaqmı?

11:57
22 May

Rəvan Həsənov: Urbanizasiya insanların kimliyinin, dini və mədəni irsinin qorunması ilə paralel aparılmalıdır

11:56
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!