11 Sentyabr 2024 17:24
389
CƏMİYYƏT
A- A+
Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb

Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb

 

Çinin Şandon əyalətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Rəqəmsallaşma vasitəsilə qadınların iqtisadi hüquqları və imkanlarının artırılması" mövzusunda Qadınlar Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, ŞƏT-in, Ümumçin Qadınlar Federasiyasının və Şandon əyaləti hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Forumda ŞƏT-in üzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin nümayəndələri, ümumilikdə 26 dövlətin təmsilçiləri, o cümlədən rəhbər şəxsləri iştirak edirlər. Nüfuzlu tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Tədbirdə əvvəlcə Çin Xalq Respublikasının Sədri Si Cinpinin Forum iştirakçılarına müraciəti oxunub.

Forumun açılış mərasimində çıxış edən Çinin dövlət müşaviri, Ümumçin Qadınlar Federasiyasının sədri Şen İçin, Özbəkistan Baş nazirinin müavini Zülayxo Maxkamova, Çinin Avrasiya məsələləri üzrə nümayəndəsi Liu Huey, ŞƏT-in Baş katibi Can Min və başqaları qadınların ictimai-siyasi, mədəni həyatda olduğu kimi, iqtisadi sahədə də fəallığının əhəmiyyətindən danışıb, iqtisadiyyatda, eləcə də sosial sferada rəqəmsallaşmanın qadınların da hüquq və imkanlarını artırdığını bildiriblər.

Forumun panel iclasında çıxış edən Bahar Muradova dəyişən dünyamızın çağırışlarına birgə cavab üçün bir çox sahələr üzrə əməkdaşlıq münasibətlərini intensivləşdirməyə ehtiyac yarandığını vurğulayıb, rəqəmsallaşma sahəsində ən yüksək standartları hədəfləyən islahatlar və yeni texnologiyaların tətbiqi nəticəsində ölkəmizdə qadınların iqtisadi fəallığının artırılması üçün geniş imkanların yaradıldığını bildirib. O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı vasitəsilə qadınlar rəqəmsal iqtisadiyyatda iştirakçılığı artırmağa müvəffəq olur, ictimai həyatda daha fəal iştirak etməklə güclü və inklüziv cəmiyyət quruculuğuna əvəzsiz töhfələr verirlər. Komitə sədri rəqəmsal xidmətlərin tətbiqi sahəsində “ASAN Xidmət” modelinin Azərbaycan brendi kimi böyük nüfuz qazandığını, bir neçə ölkədə onun tətbiqinə marağın artdığını deyib.

B.Muradova Azərbaycanın dost və yaxın ölkələrdə də bu sahədəki çətinliklərin aradan qaldırılmasına, inkişafa və vətəndaş rifahına əsaslanan cəmiyyət quruculuğuna rəqəmsal xidmətlər vasitəsilə töhfə verməyə, həmçinin əməkdaşlığa hazır olduğunu bildirib. O, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinə şərait yaradan belə təşəbbüslərin təqdirəlayiq hal olduğunu deyib.

Komitə sədri Azərbaycanın əlverişli coğrafi mövqeyi və nəqliyyat-logistika potensialı sayəsində Şərq-Qərb, Şimal-Cənub dəhlizləri üzərində geostrateji rola malik olduğunu diqqətə çatdırıb. B.Muradova Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələr üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə də məlumat verib. Bildirib ki, COP29-un Təşkilat Komitəsində, icraçı qurumunda, eləcə də bütün səviyyələrdə işçi və könüllü heyətində qadınların yüksək təmsilçiliyinə nail olunub.

Forum işini sentyabrın 12-də davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:33
13 Mart

"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı

00:32
13 Mart

“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

00:30
13 Mart

“Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

00:28
13 Mart

“Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və Qaydaları”nın təsdiq edilməsi haqqında

00:27
13 Mart

“Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRAR

00:26
13 Mart

“Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları”nın təsdiq edilməsi haqqında

00:24
13 Mart

Komitə sədri: Biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır  

22:13
12 Mart

Bakıda “Dünyada İtalyan Dizaynı Günü” tədbiri keçirilib

22:12
12 Mart

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib

22:10
12 Mart

Lüksemburqla sərhəddə olan fransız komunaları həyəcan təbili çalır

22:09
12 Mart

Albaniya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

22:08
12 Mart

Bakıda Türkiyədən olan tələbələrin, şəhid və qazi ailələrinin iştirakı ilə iftar süfrəsi açılıb

22:06
12 Mart

TDT-nin yenilənmiş bayrağı rəsmi mərasimlə qaldırılıb

22:04
12 Mart

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə keçirilib

22:02
12 Mart

Zelenski: Ukrayna işğal olunan əraziləri Rusiyanın bir hissəsi kimi tanımayacaq

22:01
12 Mart

Azərbaycanlı qadın rəssamların “Avropanın rəngləri” adlı rəsm sərgisinin açılışı olub

19:46
12 Mart

Sahibə Qafarova: Azərbaycan ilə Çin parlamentləri arasında səmərəli əməkdaşlıq mövcuddur

19:44
12 Mart

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib YENİLƏNİB

19:43
12 Mart

Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə ediblər

19:41
12 Mart

Dövlət Komitəsinin nümayəndə heyəti Qarsda bir sıra görüşlər keçirib

19:39
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!