15 Mart 2023 03:55
948
Səhiyyə
A- A+
Bahar allergiyası

Bahar allergiyası

 

Bu xəstəliyin əsas simptomları burun axması, ardıcıl asqırma və göz qaşınmalarıdır

 

Bahar öz gəlişi ilə birlikdə mövsümi allergiyaları da gətirir. Statistikaya görə, dünyada hər on insandan ikisi bu xəstəlikdən əziyyət çəkir və onların sayı gündən-günə artır.
Mart, aprel və may aylarında rast gəlinən allergiya ağacların çiçəklənmə dövründə tozlanmanın allergik reaksiyası nəticəsində insanlarda asqırma, burun axması, göz qaşınması və qızarması kimi şikayətlərə səbəb olur. Onu əksər hallarda respirator virus infeksiyaları ilə qarışıq salsalar da, mütəxəssislər bildirirlər ki, bu hallar allergik reaksiyanın nəticəsidir.

 

Mövsümi allergiya genetikdir

 

Mərkəzi Neftçilər Xəstəxanasının pulmonoloq-allerqoloqu Validə Vəliyeva deyir ki,  orqanizmin xüsusi bir maddəyə qarşı cavab reaksiyası olan allergiya yalnız xəstəlik yox, həm də immunitet sisteminin zəifliyidir: "Yazda rinit, allergik konyuktivit, atopik bronxial astma və sair mövsümi xəstəliklərin kəskinləşməsi müşahidə edilir. Bu da dəridə qaşınmaya, qızartıya, səpkilərə, dəri quruluğuna, həmçinin burun axmasına səbəb olur. Mövsümi xəstəliklərin ən çox yayılmış növü allergik rinitlərdir. Xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda, ev şəraitində ağırlaşırlar. Belə xəstələrə yalnız yağışlı havalar müsbət təsir göstərir".
Həkim bildirir ki, mövsümi allergiyanı tamamilə müalicə etmək mümkün deyil: "Ancaq uzunmüddətli remisiya əldə etmək olar. Çünki o, genetik xəstəlikdir. Əgər xəstənin valideynlərindən biri allergik xəstədirsə, övladında 20-25 faiz, hər iki valideyndə bu xəstəlik varsa, 50-70 faiz özünü göstərir.  
"Allergiyadan şikayəti olan xəstələr allerqoloqun nəzarəti altında olmalıdırlar. İlk növbədə dəri testləri aparılır. Sınaqlardan sonra xəstənin nəyə qarşı allergiyasının olması müəyyənləşdirilir və spesifik immunoterapiya məsləhət görülür. Daha sonra ona qarşı dərman preparatları ilə müalicələr aparılır. Onu da qeyd edək ki, allergik rinitin müalicəsi mövsüm vaxtı aparılmır. Mövsüm vaxtı heç sınaqlardan da istifadə etmək mümkün olmur. Çünki yaz mövsümündə allergiya daha çox baş qaldırır. Və bütün sınaqlar nəticəsiz olur. Buna görə də allergik rinit xəstələrinin müalicəsi soyuq havada aparılır", - deyə V.Vəliyeva qeyd edir.

 

Hipoallergen pəhrizə riayət edilməlidir

 

V.Vəliyeva qeyd edir ki, mövsümi allergiyalar zamanı mütləq hipoallergen pəhrizə riayət edilməlidir: "Bu zaman sitrus meyvələri, qoz, fındıq, balıq, rəngli tərəvəzlər, müəyyən ədviyyatlar, bal və yağlı şirniyyat məhsullarından istifadə məhdudlaşdırılmalıdır. Hipoallergen pəhrizə çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl başlanılmalıdır. Allergenlər qida rasiondan çıxarıldıqdan sonra şikayətlər də tam aradan qalxır".
Pulmonoloq-allerqoloq deyir ki, simptomlar bənzədiyi üçün mövsümi allergiyaları qriplə qarışdırmaq mümkündür: "Bu, yalnız dəqiq müayinə zamanı bilinir. Kəskin respirator virus infeksiyalarının 5-7 gün müddəti olur, allergiyada isə xəstə allergenlə kontaktda olduqda yenidən eyni halla rastlaşır. Soyuqdəymə preparatları qəbul etsə də, onların təsiri olmur. Hətta xüsusi kimyəvi tərkibli dərman qrupu var ki, xəstə onu qəbul etdiyi təqdirdə səhhəti pisləşir". 

 

Gözün konyuktiva qişasının iltihablı xəstəliyi

 

Daha çox yayılan göz xəstəliyi gözün selikli qişasının iltihablı xəstəliyidir. Nizami Tibb Mərkəzinin həkim-oftalmoloqu Lamiyə Əliyeva deyir ki, mövsümi göz allergiyaları kəskin və xroniki növlərə bölünür: "Konyuktivitə daha çox yaz və payız mövsümündə rast gəlinir. O, mövsümi və daimi xarakterdə olur. İlboyu müşahidə olunan konyuktivitdən fəqli olaraq, mövsümi konyuktivitə əsasən baharda rast gəlinir. Bahar konyuktiviti  daha ağırdır. Gözün ön seqmenti olan buynuz qişa da bu prosesə cəlb olunur".
L.Əliyeva bildirir ki, bu, daha çox oğlan uşaqlarında rast gəlinir: "Təxminən 15 yaşdan sonra xəstəliyin simptomları azalmağa başlayır. Simptomları göz qapaqlarında şişkinlik, qızartı, qaşınma və selikli ifrazatdır. Bu zaman insanlarda tez-tez gözlərini ovmaq istəyi, işığa qarşı həssaslıq yaranır. Xəstələrə gün eynəklərindən, tibbi maskalardan istifadə etmək tövsiyə olunur. Ümumi vəziyyətin yaxşılaşdırılması üçün müəyyən otlar və ya kimyəvi preparatlarla soyuq kompreslər, antihistamin sirop və həblər təyin olunur".
"Konyuktivitə yoluxmuş xəstələrə mümkün qədər gözlərinə toxunmamağı tövsiyə edirik. Hər dəfə gözü ovuşduranda yeni bir infeksiya keçirə bilərlər. Hətta mexaniki travma və astiqmatizm kimi daha ağır fəsadlar da yarana bilər. Gözü hər dəfə ovuşduranda onun ön hissəsində yerləşən buynuz qişa incəlməyə başlayır. Bu da gözün ön seqmentinin deformasiyasına və tədricən astiqmatizm yaranmasına səbəb olur. Buynuz qişanın formasını dəyişərək konusvari şəkil alması kertokonus deyilən ciddi bir  xəstəliyə aparıb çıxara bilər. Xəstələr göz qapaqlarında ani yaranan qaşınma, qızartı və sulanma kimi diskomfort əlamətlərini gördükdə mütləq mütəxəssisə müraciət etməlidirlər", - deyə həkim-oftalmoloq bildirib.

Ülkər XASPOLADOVA,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!