02 Sentyabr 2025 19:17
528
İQTİSADİYYAT
A- A+
“Azexport” portalının rəhbəri: Azərbaycan regionun siyasi-iqtisadi lokomotivi rolunda…

“Azexport” portalının rəhbəri: Azərbaycan regionun siyasi-iqtisadi lokomotivi rolunda…


Azərbaycanın Çinlə əlaqələrinin sürətlə inkişafı ölkəmizi yalnız Avropa ilə Asiya arasında strateji qovşaq halına gətirmir, eyni zamanda, türk dövlətləri və Qafqaz ölkələrinin iqtisadi dirçəlişinə də mühüm dəstək verir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov dövlətimizin başçısının son bir ildə Çinə bir neçə dəfə səfər etməsinin Azərbaycanın regionda artan nüfuzunun və qlobal miqyasda siyasi-iqtisadi proseslərdə fəal iştirakının bariz göstəricisi olduğunu qeyd edib. Bildirib ki, xüsusilə 2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ölkəmizi Asiyada etibarlı tərəfdaş kimi tanıtdı. Ardınca 2025-ci ilin aprelində dövlət səfəri çərçivəsində rəqəmsal iqtisadiyyat, yaşıl enerji, kosmik tədqiqatlar, əqli mülkiyyət kimi strateji sahələri əhatə edən sənədlərin imzalanması gələcək onilliklər üçün güclü təməl yaratdı.

Portal rəhbəri qeyd edib ki, bu səfərlərin təkcə diplomatik deyil, həm də simvolik məna daşıması diqqətçəkəndir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tiencindən Pekinə qatarla səfəri, Çin xalqının İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümündə yüksək səviyyədə iştirakı Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, tarixi yaddaşla müasir geosiyasət arasında körpü funksiyasını nümayiş etdirdi. Bu, Azərbaycanın sülh, təhlükəsizlik və beynəlxalq həmrəyliyə verdiyi töhfənin simvolik ifadəsi oldu.

Azərbaycanın Çinə ixracının son illərdə sürətli artımı yalnız rəqəmlərdə deyil, həm də struktur dəyişikliklərində özünü göstərir. Əgər bir neçə il öncə ixrac əsasən xammalyönümlü idisə, bu gün Çin bazarına çıxarılan məhsulların çeşidində emal olunmuş və əlavə dəyər yaradan mallar da yer alır. Belə ki, hazırda Çinə göndərilən məhsullar arasında ətir və əczaçılıq sənayesində istifadə olunan bitkilər, pambıq tiftiyi və tibbi təyinatlı tekstil materialları, çörək-bulka və unlu qənnadı məmulatları, müxtəlif meyvə cemləri, mürəbbələr, şirələr və üzüm şərabları diqqət çəkir. Bununla yanaşı, polietilen və plastik məmulatlar, gön-dəri və ondan hazırlanan məhsullar da ixracda mühüm paya malikdir. Trikotaj geyimlər, kompressiyaedici corablar və qadın geyim dəstləri kimi tekstil məhsullarının Çin bazarına çıxarılması isə göstərir ki, Azərbaycan artıq emal sənayesinin məhsullarını da uğurla ixrac etməyə başlayıb. Statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 26,78 faiz artaraq 2,5 milyard dolları ötüb. Təqribən 528,5 milyon dollarlıq artım onu sübut edir ki, Azərbaycan artıq ticarət əlaqələrində stabillik mərhələsindən genişlənmə mərhələsinə keçib. Ən diqqətçəkən məqamlardan biri isə ixrac göstəricisidir. Belə ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın Çinə ixracı 53,2 milyon dollara çataraq 4,6 dəfə artıb. Həcm hələlik böyük olmasa da, artımın tempi son dərəcə əhəmiyyətlidir və Azərbaycanın Çin bazarında möhkəmlənməkdə olduğunu göstərir. Burada xüsusilə kənd təsərrüfatı məhsulları, ərzaq və emal olunmuş mallar əsas istiqamət kimi önə çıxır. Bundan əlavə, Çin ilə ticarətin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 8,68 faizə yüksəlib ki, bu da bir ildə 1,34 faiz artım deməkdir. Bu tendensiya göstərir ki, Çin qısa müddət ərzində Azərbaycanın ən iri ticarət tərəfdaşlarından birinə çevrilməkdədir.

Ayxan Qədəşov vurğulayıb ki, nəqliyyat və logistika sahəsində Orta Dəhliz artıq əsas gündəm mövzularından birinə çevrilib. Azərbaycan ərazisindən keçən bu marşrut üzrə yükdaşımaların həcmi son ildə 80 faizdən çox artıb. Bu göstərici ölkəmizin coğrafi üstünlüyünü strateji layihələrlə möhkəmləndirdiyini və Avropa ilə Asiya arasında ən etibarlı tranzit mərkəzinə çevrildiyini təsdiqləyir.

Məsələ təkcə iqtisadi fayda ilə yekunlaşmır. Azərbaycan bu gün regionda yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır. Həm Türk dünyası, həm də Qafqaz ölkələri üçün siyasi və iqtisadi körpü funksiyasını yerinə yetirən ölkəmiz Avropa və Asiya ilə inteqrasiyada mühüm təşəbbüskar kimi çıxış edir.

Beləliklə, Prezident İlham Əliyevin Çinə ardıcıl səfərləri təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycan diplomatiyasının uğurlu modelinə işıq salır. Bu siyasət gələcəkdə sağlam tərəfdaşlıqların möhkəmlənməsinə, regionun inteqrasiyasına və bütövlükdə inkişafın təmin edilməsinə xidmət edir. Azərbaycan artıq bütün regionun tərəqqisinə yön verən, siyasi və iqtisadi lokomotiv rolunu qətiyyətlə öz üzərinə götürüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!