19 Noyabr 2023 10:35
652
İQTİSADİYYAT
A- A+
"Azərkosmos" BMT-nin "Qlobal Saziş" təşəbbüsündən yararlanacaq

"Azərkosmos" BMT-nin "Qlobal Saziş" təşəbbüsündən yararlanacaq

 

Xəbər verildiyi kimi, "Azərkosmos" Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Ofisi ilə BMT-nin "Qlobal Saziş" təşəbbüsünə qoşulmasına dair əməkdaşlıq sənədi imzalayıb. 
"Azərkosmos" "Qlobal Saziş"ə qoşulmaqla kosmik fəaliyyət sahəsində davamlılığı planlaşdırmaq, həyata keçirmək, daxili imkanlarını gücləndirmək və beynəlxalq miqyasda daha geniş biznes ictimaiyyəti və digər maraqlı tərəflərlə öz təcrübəsini bölüşmək imkanı əldə edəcək. Həmçinin "Azərkosmos" ilə BMT arasında təcrübə mübadiləsinin aparılması, "Azərkosmos"un "Qlobal iqlim dəyişikliklərinin Azərbaycan Respublikasına təsirlərinin qiymətləndirilməsi üzrə hesabatı"na dair müzakirələr nəzərdə tutulur.
Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş "Qlobal Saziş" 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir. O həm də 130 ölkəni əhatə edən 6000 biznes iştirakçısını və digər maraqlı şəxsləri özündə cəmləşdirən geniş korporativ vətəndaş təşəbbüsüdür. 
 "Qlobal Saziş" üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və "Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi"nə uyğunlaşdırmaqdır. Birləşmiş Millətlər Təşkilatının "Qlobal Saziş"i millətlərlə işləməyə, dünya üzrə müəssisələr və özlərinin təşkilatları ilə təcrübələri bölüşməyə, həmkarlar ittifaqları və digər qruplar ilə danışıqlar aparmağa imkan yaradır. O, şirkətlərdən tələb edir ki, uzun müddət beynəlxalq səviyyədə qanuni müqavilə və bəyannamələrdə universal kimi qəbul edilən on prinsipi gündəlik təcrübələrinə daxil etsinlər və öz təsir dairələrində onun təbliğatını həyata keçirsinlər. Birləşmiş Millətlər Təşkilatının "Qlobal Saziş"ini dəstəkləməklə iştirakçılar dörd sahədə (insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiyaya qarşı mübarizə) müəssisə təcrübələrini inkişaf etdirməyə istiqamətlənən şirkətlər şəbəkəsinin bir hissəsi olmağı seçir ki, bu da qloballaşmanın daha ədalətli olmasına kömək edir. 
"Qlobal Saziş"in 4 əmək prinsipi var: assosiasiya və kollektiv danışıqlar hüququnun səmərəli tanınması, məcburi və icbari əməyin bütün formalarının, uşaq əməyinin, məşğulluqda və peşə üzrə hər bir növ diskriminasiyanın aradan qaldırılması. Məhz bu prinsiplər Beynəlxalq Əmək Təşkilatının şirkətlərlə birbaşa işləmək təcrübəsini inkişaf etdirir. 
Birləşmiş Millətlər Təşkilatının "Qlobal Saziş" Şəbəkəsinin əmək prinsipləri Beynəlxalq Əmək Təşkilatının 10 prinsipi arasında olsa da, onların tətbiqi  heç də asan deyil. Bir çox şirkətlər onlardan nə tələb olunduğunu və bu prinsipləri müdafiə etmək üçün daha nələr edə biləcəklərini bilməkdə çətinliklərlə üzləşirlər. Belə ki, əmək təcrübələrində məqsədi olan yanaşmaları tamamlamaq vasitəsi kimi əməkdaşlıq da daxil olmaqla, geniş öyrənmə, dialoq və birgə fəaliyyət sahəsi var. 
Bütün bunların fonunda "Azərkosmos" BMT-nin "Qlobal Saziş"inin iştirakçısı olaraq öz fəaliyyətini 2021-2025-ci illəri əhatə edən "Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi" də daxil olmaqla, ölkənin davamlı inkişaf prioritetlərinə, "yaşıl" inkişaf istiqamətlərinə, siyasətlərinə və öhdəliklərinə uyğunlaşdıracaq. "Azərkosmos", o cümlədən davamlı inkişafla bağlı 17 hədəf üzrə BMT-nin təcrübəsindən yararlanacaq. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!