12 Aprel 2024 11:46
581
İQTİSADİYYAT
A- A+

“Azərişıq”: Kəlbəcərdə 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə aparılır

 

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, coğrafi relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcərdə də yenidənqurma işlərini davam etdirir. Yaz aylarında belə qarın ərimədiyi yüksəkliklərdə elektrik təsərrüfatı yenidən qurulur.

“Azərişıq”dan AZƏRTAC-a bildirilib ki, hazırda Kəlbəcər rayonu ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə aparılır. İstisu, Zod, Zar, Zəylik və Yellicə istiqamətində yenidənqurma işləri başa çatıb. Ağqaya, Qamışlı və Mərcimək istiqamətində isə elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Qeyd edilən kəndlərdə yeni metal dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir.

Yenidənqurma işləri çərçivəsində Kəlbəcər rayonu İstisu qəsəbəsində yerləşən 110/35 kV-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Həmçinin Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikinti işləri başa çatıb. Ümumilikdə görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.

Qeyd edək ki, “Azərişıq” ASC işğaldan azad edilən ərazilərlə yanaşı, ölkənin bütün regionlarında, bəzi kənd və qəsəbələrdə elektrik şəbəkələrinin yenilənməsi prosesini paralel şəkildə davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video