"Azərişıq" ASC Şamaxı rayonu Meysəri kəndinin elektrik təchizatının yaxşılaşdırılması və yeni yaradılan infrastrukturun elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işlərin satın alınması məqsədilə açıq tender elan edir
Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1: "Azərişıq" ASC-nin Şamaxı rayonu, Meysəri kəndinin elektrik təchizatının yaxşılaşdırılması və yeni yaradılan infrastrukturun elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işlərinin satın alınması.
İştirak haqqı: 850 manat
"Azərişıq" ASC
Hesab: AZ83AIIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Namik Heybətov
Əlaqə telefonu (şəhər): 012 440 39 93 (daxili 92-19)
Elektron poçt: [email protected]
Ünvan: Bakı şəhəri, M.Əliyev küçəsi, 130, AZ1009
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişıq" ASC-nin inzibati binasından ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (sənədlərin təsdiqi tender elanı tarixindən sonra Notarial qaydada təsdiq olunması zəruridir.);
-iddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (sənədlərin təsdiqi tender elanı tarixindən sonra Notarial qaydada təsdiq olunması zəruridir.);
-iddiaçının Dövlət Statistika Komitəsindən sahibkarlıq kateqoriyası haqqında arayışı;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki);
-müvafiq lisenziya və icazələr.
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
-iddiaçının fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar;
-iddiaçının analoji işlərdə obyektlərin tikintisi üzrə baş podratçı qismində həyata keçirdiyi və tətbiq etdiyi uğurlu ən azı 3 layihənin bitməsinə dair tövsiyə məktubunun və apardığı layihənin ilk və sonuncu sənədlərinin surəti;
-podrat müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maddi-texniki bazasının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olmasını təsdiq edən sənəd;
-iddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışı;
-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.
Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 13.03.2023-cü il saat 15:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 29.03.2023-cü il saat 15:00-a qədər Bakı şəhəri, Mirzağa Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 30.03.2023-cü il saat 15:00-da Mirzağa Əliyev küçəsi, 130 ünvanında "Azərişıq" ASC-nin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Bank: Bugünkü hərracda tələb 96,3 milyon dollar təşkil edib
28 Mart
BP və ADNOC İsrailin qaz şirkətinin səhmlərinin 50 faizini almaq üçün 4 milyard dollar təklif edib ...
28 Mart
Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər...
28 Mart
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub ...
28 Mart
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib...
28 Mart
Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan 1.8 dəfə yuxarı olub
28 Mart
Azərbaycan Ordusunda kibertəhlükəsizlik təlimi keçirilir
28 Mart
Formula 1 yarışlarında sərbəst yürüşlərin müddəti azaldıla bilər
28 Mart
Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
28 Mart
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
28 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub YE...14 Mart 2023

Hikmət Hacıyev: Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azər...12 Mart 2023

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham ...09 Mart 2023

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB08 Mart 2023
jpg-1678287833.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!