Tender 1 (bir) LOT üzrə keçirilir:
LOT-1
Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6 kV-luq
2x10 MVA gücündə "Karxana" yarımstansiyasının 110/35/6 kV-luq 2x40 MVA gücündə yenidənqurulması və 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinin satın alınması - 1500 manat
Azərişıq ASC
Hesab No: AZ83AIIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab No: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIIBAZ2X
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Əliyev küçəsi, 130 ünvanında yerləşən "Azərişıq" ASC-nin inzibati binasından ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs - Namik Heybətov (telefon: 440-39-93 daxili
(92-19)) [email protected]
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə;
4. İddiaçının VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış;
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının yüklülük haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayış;
8. İddiaçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı sənəd;
9. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
10. İddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi böyük cari işlər və müqavilələr barədə məlumatlar, analoji işlərdə təcrübəsi haqqında məlumat;
11. İddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat;
12. Müvafiq işlər üzrə lisenziya və sertifikatları;
13. İddiaçı şirkətin rəhbərinin, habelə işlərini idarə edənlərin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində məhkum olunmaması haqqında arayış;
14. Rəhbər şəxs və ya şəxslərin təyin olunması haqqında sənəd (Əmr)
15. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
16. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təklifin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsli və 1 ədəd surəti) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır). Arayışların verilmə tarixi cari ay və il üçün qoyulması məcburidir. Hüquqi və digər sənədlərin yalnız əsli, əsli olmadığı halda surəti notarial qaydada təsdiq olunmalıdır.Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (https://etender.gov.az/). İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06 iyul 2023-cü il saat 12:00-a qədər, ixtisas uyğunluğu prosedurunu keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 14 iyul 2023-cü il saat 12-00-a qədər Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi, 130 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 17 iyul 2023-cü il tarixdə saat 12-00-da Mirzəağa Əliyev küçəsi, 130 ünvanında "Azərişıq" ASC-nin inzibati binasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştitrak edə bilərlər.
Tender komissiyası