“Azəri” yenə də neft verir və gəlir gətirir
Bu yataqdan hasilata 14 il əvvəl başlanıb
14 il əvvəl Xəzərin Azərbaycan sektorundakı "Azəri” yatağından ilk neft hasil olundu. "Azəri”nin işlənməsi "Əsrin müqaviləsi” adını almış "Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin mühüm mərhələsidir.
Odur ki, bu yataqdan neftin alınması "Əsrin müqaviləsi”nin kulminasiya nöqtəsi sayılır. "Azəri” təkcə Xəzərdə deyil, bütün dünyada istismar edilməkdə olan ən böyük neft yataqlarından biridir.
Belə deməyə onun ərazisinin böyüklüyü, karbohidrogen ehtiyatlarının zənginliyi, tikinti zamanı işə cəlb edilmiş insanların sayı və indiyədək gətirdiyi gəlirlər əsas verir.
Əslində, "Azəri” öz qoynunda üç yatağı birləşdirən kompleksdir. Onun mərkəzi, qərbi və şərqi hissələrinin hərəsi ayrıca bir yataqdır. Odur ki, AÇG-nin ehtiyatlarının xeyli hissəsi "Azəri”də yerləşir. Onu AÇG-nin şah damarı da adlandırırlar.
"Azəri”nin əhəmiyyəti həm də ondadır ki, ilk dəfə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə məhz oradan çıxarılan neft vurulub. Ümumiyyətlə, "Azəri”dən ilk neftin alınması tarixi əhəmiyyət daşıyırdı.
2005-ci il fevralın 18-də "Mərkəzi Azəri” platformasında ilk neftin əldə olunması münasibətilə keçirilən təntənəli tədbirdə Prezident İlham Əliyev çıxış edərək demişdir: "Bu gün "Azəri” yatağından ilk neftin çıxarılması bir daha onu göstərir ki, qarşıya qoyulmuş bütün vəzifələr, planlar həyata keçirilir. Bütün çətinliklərə, maneələrə baxmayaraq, çətin geosiyasi vəziyyətdə Azərbaycan Xəzər dənizinin özünə məxsus olan sektorunda uğurla işləyibdir, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapıbdır”.
Xatırladaq ki, AÇG layihəsində əməliyyatçı olan BP (Böyük Britaniya),
SOCAR (Azərbaycan), "Şevron” (ABŞ), "İnpeks” (Yaponiya), "Ekvinor” (Norveç), "EksonMobil” (ABŞ), TPAO (Türkiyə), "İtoçu” (Yaponiya), OVL (Hindistan) şirkətləri iştirak edirlər. AÇG çərçivəsində ilk neft 1997-ci ilin noyabrında "Çıraq” platformasından alınıb. Bundan sonra neft verən ikinci platforma "Mərkəzi Azəri” olub. "Qərbi Azəri”də neft hasilatına 2006-cı ilin əvvəlində, "Şərqi Azəri”də isə həmin ilin sonunda başlanıb. 2008-ci ilin aprel ayında "Dərinsulu Günəşli” və 2014-cü ilin əvvəlində "Qərbi Çıraq” platformaları da neft verib. Beləliklə, indi AÇG müqavilə sahəsində 8 platforma istismar olunur ki, bunların da 6-sı hasilat platformasıdır.
AÇG-nin bütün platformaları kimi, "Azəri”nin qurğuları da ölkə daxilində inşa edilib. Yataqdakı hasilat platformaları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib. "Mərkəzi Azəri”dəki Kompressor və Suvurma Platformasının (KvəSP) göyərtəsi Bakının Bibiheybət ərazisindəki ATA ("AMEK-Tekfen-Azfen”) tikinti-quraşdırma sahəsində inşa edilib. KvəSP "Azəri”nin qərb və şərq hissələrinə də qaz və suvurma əməliyyatları, elektrik təchizatı ilə bağlı xidmətlər göstərir.
"Azəri”nin neftini və səmt qazını Səngəçal terminalına çatdırmaq üçün dənizdə ümumi uzunluğu 600 kilometrdən çox olan sualtı borular çəkilib. Terminalda həmin karbohidrogenləri ilkin emal edib müvafiq kəmərlərə vurmaq üçün geniş infrastruktur yaradılıb.
"Azəri”dən çıxarılan neft Səngəçala 30 düymlük sualtı borularla çatdırılır. Yataqda hasil olunan qazın bir hissəsi laylardakı təzyiqi saxlamaq üçün və yanacaq kimi platformalarda istifadə olunur. Qalan hissəsi 28 düymlük sualtı xətlərlə terminaldakı texnoloji emal qurğularına nəql edilir və buradan ölkənin daxili istifadəsi üçün "Azəriqaz” şəbəkəsinə ötürülür.
Azərbaycanın həyata keçirdiyi digər neft-qaz layihələri kimi "Azəri” də ölkənin böyük həcmdə valyuta ehtiyatları əldə etməsinə imkan verdi. Dövlət bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəltdi. Beləliklə, Azərbaycanın iqtisadi inkişafı təmin edildi. İnsanların rifah halı yüksəldi. Eyni zamanda, çoxsaylı infrastruktur layihələri icra edildi, sosial məsələlər öz həllini tapdı. Bunlara xərclənən vəsaitlərin xeyli hissəsi məhz "Azəri”nin 14 il əvvəl hasil olunmağa başlayan neftindən əldə edilən gəlirlərdən yaranmışdır.
2017-ci ilin sentyabrında AÇG üzrə yeni müqavilənin imzalanması "Azəri”nin də "ömrünü uzadıb”. Bu isə yeni neft həcmləri və yeni gəlirlər deməkdir.
Flora SADIQLI,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!