"Azərenerji" ASC
110/35/10 kV-luq "Xankəndi 1" Qapalı tipli YS-nin yenidən qurulması işləri,
110/35/10 kV-luq "Xankəndi-2" YS-nin yenidən qurulması işləri,
110/35/10 kV-luq "Həsənriz" YS-nin yenidən qurulması işləri,
Regional Rəqəmsal Elektrik Enerji idarəetmə mərkəzi, Nəqliyyat təmir sahəsi, Mühəndis yataqxanasının tikintisi işləri,
110 kV-luq birdövrəli "Kəlbəcər YS - Həsənriz YS" EVX-nin ikidövrəli yenidən qurulması işlərinin satın alınması üzrə təkliflər sorğusu prosedurunu elan edir
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10-dan (Əlaqələndirici şəxs: İsazadə Həmid, telefon: 598-26-96, 490-09-27) ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyalarının, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması.
- iddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik istehsalı işləri üzrə başqa layihələrin tikintisi, yenidənqurulması, elektrik şəbəkəsində genişlənməsi və elektrik verilişi xətlərinin tikinti-quraşdırılması üzrə ən azı 3 layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər.
- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi-halları).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri, tender təklifi və bank təminatını ikiqat zərfdə 27 noyabr 2023-cü il saat 15:00-a qədər, Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına Ümumi şöbəyə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların tender təklifləri 28 noyabr 2023-cü il saat 15:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.
Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların elektron poçt ünvanlarına müraciət əsasında göndəriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iclasda iştirak edə bilərlər.
Tender komissiyası
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şəkidə “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir
11 Sentyabr
Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib
11 Sentyabr
Mərkəzi Seçki Komissiyasının iclası keçirilir
11 Sentyabr
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB
11 Sentyabr
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
11 Sentyabr
Maks Ferstappen: Bakıdakı trek maraqlıdır
11 Sentyabr
NATO-nun yeni Baş katibi vəzifəsinin icrasına başlayır
11 Sentyabr
ABŞ və Britaniya XİN rəhbərləri Kiyevdə səfərdədir
11 Sentyabr
Agentlik: Bakıda yeni su və kanalizasiya layihələri icra olunur
11 Sentyabr
Yol polisi yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib
11 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!