14 Noyabr 2023 01:27
3046
ELANLAR
A- A+
"Azərenerji" ASC

"Azərenerji" ASC

 

* 110 kV-luq ikidövrəli "Şuşa YS - Xankəndi 1 YS" EVX-nin giriş-çıxış sxemi ilə "Xankəndi 2" YS-na qoşulması işlərinin satın alınması üzrə təkliflər sorğusu prosedurunu elan edir

 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10-dan (Əlaqələndirici şəxs: İsazadə Həmid, telefon: 598-26-96, 490-09-27) ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 50 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı. Tender təklifinin qüvvədə olduğu müddətdən ən azı 30 bank günü artıq olmalıdır;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-  iddiaçının ən azı 3 il müasir texnologiyalardan istifadə etməklə analoji işlərə uyğun elektrik stansiyalarının, yarımstansiyaların və elektrik verilişi xətlərinin tikintisi işlərinin təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər. Eləcə də, yuxarıda sadalanan layihələr və tikinti işləri üzrə müqavilələrin ümumi dəyərinin minimum olaraq 15 000 000 (on beş milyon manat) AZN-dən yuxarı olmasına dair təsdiqedici sənədlərin (təsdiqlənmiş müqavilə, Forma 2, Forma 3) təqdim olunması; 
- iddiaçı şirkətin elektrik stansiyalarının, yarımstansiyaların, elektrik istehsalı işləri üzrə başqa layihələrin tikintisi, yenidənqurulması, elektrik şəbəkəsində genişlənməsi və elektrik verilişi xətlərinin tikinti-quraşdırılması üzrə ən azı 3 layihədə baş podratçı qismində iştirak təcrübəsinə malik olmasına dair təsdiqedici sənədlər; 
- iddiaçı şirkətin çox təcrübəli, yüksək peşəkar mütəxəssislərinin olmasını təsdiq edən sənədlər (tərcümeyi-halları).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri, tender təklifi və bank təminatını ikiqat zərfdə 27 noyabr  2023-cü il saat 16:00-a qədər, Bakı şəhəri, Ə.Əlizadə küçəsi 10 ünvanına Ümumi şöbəyə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların tender təklifləri 28 noyabr 2023-cü il saat 16:00-da yuxarıda göstərilən ünvanda (onlayn qaydada) açılacaqdır.
Onlayn iclasın linki əlaqələndirici şəxs tərəfindən iştirak edəcək iddiaçıların elektron poçt ünvanlarına müraciət əsasında göndəriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri onlayn qaydada iclasda iştirak edə bilərlər.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub  

21:59
09 Fevral

Türkiyənin dəniz limanlarında yük dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb  

21:53
09 Fevral

Azərbaycanın karateçiləri Avropa çempionatından 3 medalla dönürlər  

21:19
09 Fevral

“Qalatasaray”ın oyunu mübahisəli penalti qərarına görə yarımçıq dayandırılıb  

21:15
09 Fevral

Misli Premyer Liqası: “Sabah” “Turan Tovuz”u məğlub edib  

20:57
09 Fevral

Zelenski: Müharibənin bu il başa çatması mümkündür  

20:21
09 Fevral

Ukrayna ordusu ayda 200 min dronla təmin olunur  

20:00
09 Fevral

Yeniyetmə boksçular arasında ölkə birinciliyi başa çatıb  

19:04
09 Fevral

Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sumqayıt”a qalib gəlib

18:57
09 Fevral

Egey bölgəsindəki seysmik aktivlik Türkiyəyə təsir edə bilər

18:53
09 Fevral

Elçin Xələfov: 207 hakimliyə namizəd yazılı imtahanda iştirak edib

18:03
09 Fevral

Milyarder Klaus-Mixael Kühne Hamburqda opera binasının inşası üçün 330 milyon avro ayırıb  

17:51
09 Fevral

Sabah qar yağacaq, külək əsəcək - Proqnoz 

16:42
09 Fevral

Kreml Putin və Tramp arasında danışığın baş tutmasını nə təsdiq, nə də təkzib etdi

16:14
09 Fevral

Qərbi Azərbaycan İcması: Bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır  

15:20
09 Fevral

“Azərbaycan Atabəyləri” filmi Laçında nümayiş olunub

14:32
09 Fevral

Azərbaycan boksçularından Serbiyada 6 medal

13:08
09 Fevral

Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub

12:09
09 Fevral

Parisdə Azərbaycan bəstəkarlarının musiqisindən ibarət konsert olub

11:26
09 Fevral

Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

11:23
09 Fevral

Donald Tramp Şahzadə Harrini deport etməyəcəyini açıqlayıb

11:13
09 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!