16 Dekabr 2021 01:41
3185
ELANLAR
A- A+
“Azercell” Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir

“Azercell” Azərbaycan bazarında fəaliyyətinin 25 illiyini qeyd edir


5 milyondan çox abunəçinin seçimi olan “Azercell Telekom” MMC fəaliyyətinin 25 illiyini qeyd edir. Azercell-in yaradılması müstəqilliyini yenicə qazanmış Azərbaycanda Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı və səmərəli islahatların tərkib hissəsi idi. Ölkədə telekommunikasiya sənayesinin inkişafına dəstək vermiş Ümummilli lider Heydər Əliyev Azercell-in açılış mərasimində iştirak edib. Qürurvericidir ki, GSM texnologiyasını sınaqdan keçirən və Azercell vasitəsilə edilmiş ilk zəngə cavab verən şəxs Ulu Öndər olub. 
25 illik fəaliyyəti ərzində şirkət Azərbaycanın mobil rabitə bazarında lider mövqeyini möhkəmləndirib və abunəçilərinə daima qabaqcıl həllər təqdim edərək keyfiyyətli, innovativ və əlçatan rabitə xidmətləri göstərib. Azercell Azərbaycanda GSM texnologiyası, 24/7 rejimdə çalışan Çağrı Mərkəzi, SimSim (fakturasız) xətt sistemi, M2M xidmətləri, 4G texnologiyası, Azercell Ekspres xidmət mərkəzləri, mobil və onlayn müştəri xidmətlərini təqdim edən, 5G texnologiyasının pilot şəbəkəsini test edən ilk şirkət olub.
Azercell Azərbaycanın qeyri-neft sektorunun ən iri vergi ödəyicisidir. Son 25 il ərzində mobil operator dövlət büdcəsinə 2 milyard manatdan çox vəsait köçürüb, ölkədə telekommunikasiyanın inkişafına 1.7 milyard ABŞ dollarından çox investisiya yatırıb, sosial yönümlü layihələrə isə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən müəyyən edilən 5 Milli Prioritetdən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanıdır. Azercell də bu gün öz şəbəkəsini bütün ölkə ərazisində genişləndirərək yeni rəqəmsal eraya qədəm qoyur. Şirkət müasir rəqəmsal və kiber xidmətlər üzərində çalışır, həmçinin qabaqcıl kommunikasiya həlləri yaradır. Bu yanaşma şirkətin yenilənmiş korporativ strategiyasında da əks olunur. Yeni strategiyaya görə Azercell-in əsas məqsədi həm fərdi, həm də bütün növ iri və kiçik biznes müştərilərinin istək və gözləntilərini qabaqcadan müəyyən edərək onlara cavab verməkdir. 
“Hazırda biz çağırışlarla zəngin dövrdə yaşayırıq. Texnologiya durmadan sürətlənir, müştərilərimiz öz növbələrində texnoloji yeniliklərə daha  açıqdırlar. Bizim yeni məqsədimiz: “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”. Müştərilərimizin artan dinamika ilə inkişaf edən istəklərini qarşılamaq və bir addım öndə olaraq onları öncədən müəyyən etmək üçün  biz daima öyrənməli, inkişaf etməli və qarşımıza yeni hədəflər qoymalıyıq. Fəaliyyətimizlə cəmiyyətə verə biləcəyimiz faydanı rəhbər tutaraq abunəçilərimizin həyatına daha intensiv şəkildə inteqrasiya olmalıyıq. Hazırkı bazar şərtləri və inkişaf dövründə yalnız bu yolla uğur qazanmaq mümkündür!”, - “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova şirkətin yeni məqsədini açıqlayaraq qeyd etdi. 
25 il əlamətdar tarixdir. Bu önəmli gün Azercell-i gələcək fəaliyyətini yenidən düşünməyə,yüksək texnologiyalar dövrünün tələblərini qarşılamaq və proqnozlaşdırmaq məqsədi daşıyan yeni brend platformasını təqdim etməyə sövq edir. Şirkət brendinin yeni şüarını açıqlayır -  “Sənə yaxın gələcək”. Yeni kommunikasiya konsepsiyası bir azərbaycanlı ailənin gündəlik həyat hekayələri əsasında hazırlanaraq, müasir rəqəmsal və kommunikasiya həllərinin müştərilərə daha əlçatan və daha yaxın olduğunu göstərir. Məhz innovativ rəqəmsal həllər insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, təhlükəsizliyi artırmağa daha da böyük töhfə verəcək.
25 illik yubileyini və brendin yenilənməsini qeyd edən Azercell bütün bu illər ərzində onu seçən və ona güvənən bütün abunəçilərinə təşəkkür edir! 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!