Azərbaycanla Türkiyə ortaq din və dilə mənsub qardaş ölkələrdir
Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən Oqtay Əsədov bildirib ki, "Türk Ocaqları" dərnəyinin 100 illik yubileyinin Novruz bayramı ərəfəsində Azərbaycanda keçirilməsi xoş təəssürat yaradır. Bu cür tədbirlərin keçirilməsi türkdilli ölkələrin birliyini daha da möhkəmləndirir.
Milli Məclisin Sədri türkdilli dövlətlərin tarixinə də toxunub: "Tarixə nəzər saldıqda görərik ki, bizi necə parçalamışlar. Amma indi türk dünyasının geosiyasi mövqeyi dünya üçün çox maraqlıdır. Buna görə də türkdilli ölkələr səylərini birləşdirməli, eyni mövqedən çıxış etməlidirlər. Hesab edirəm ki, "Türk Ocaqları" dərnəyinin məqsədi də bu olmalıdır".
Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağ isə bildirib ki, onların da Azərbaycana səfərində məqsəd türkdilli ocaqların birliyinin daha da möhkəmləndirilməsi, əlaqələrinin dərinləşməsi, mövcud münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsidir.
Bəkir Bozdağ müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin "Bir millət - iki dövlət" müdrik kəlamını xatırladaraq qeyd edib ki, ulu öndərin söylədiyi bu dərinmənalı ifadə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə tam aydınlıq gətirir: "Biz ortaq din və dilə mənsub qardaş ölkələrik. Azərbaycanın uğuru Türkiyənin uğuru, Türkiyənin qələbəsi Azərbaycanın qələbəsi hesab edilir. 20 ildir ki, Azərbaycan müstəqilliyini bərpa edib. Azərbaycanın bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi ilə qazandığı uğur Türkiyənin də uğuru hesab edilir".
Türkiyə nümayəndə heyətinin rəhbəri Bəkir Bozdağ eyni zamanda diqqətə çatdırıb ki, 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş və bəyannamənin imzalanması münasibətləri daha da yaxşılaşdırıb. TürkPA-nın yaradılması da türkdilli ölkələr arasında sıx ələqələrin yaranacağından xəbər verir.
Bəkir Bozdağ Fransa parlamentinin qəbul etdiyi qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilməsində Azərbaycanın Türkiyə ilə birgə addımlar atdığını da diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafinda fikir mübadiləsi aparılıb.
"Azərbaycan"
Foto F.BAĞIROVUNDUR
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!