16 Fevral 2025 16:27
477
CƏMİYYƏT
A- A+
Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib


“Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası sazişin təsdiqinə dair” qanun layihəsi müzakirə edilmək üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyinə daxil edilib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə baxılması Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş tərəfindən təsdiqlənib.

Hökumətlərarası saziş Azərbaycan və Türkiyənin enerji sahəsində qarşılıqlı əlaqələrini dərinləşdirmək məqsədilə 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.

Qanun layihəsi yanvarın 16-da Fuat Oktayın sədrliyi ilə Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsində müzakirə olunduqdan sonra müvafiq hesabat hazırlanıb.

Komitə Türkiyə və Azərbaycan arasında Bakı – Tbilisi – Ərzurum qaz kəməri, Trans – Anadolu boru kəməri və Bakı – Tbilisi – Ceyhan neft kəməri də daxil olmaqla, bir sıra digər uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb.

“Türkiyənin enerji daşıyıcılarının ehtiyaclarının ödənilməsinə Azərbaycan mühüm töhfə verir. Bununla da Ankaranın region ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı rolunun möhkəmləndirilməsinə şərait yaradır”, - deyə TBMM-in komitəsinin hesabatında qeyd olunub. Bildirilib ki, normativ akt Türkiyə və Avropa ölkələrinin enerji təminatı mənbələrinin şaxələndirilməsi, həmçinin Naxçıvan Muxtar Respublikasının qazla təmin edilməsində xüsusi önəm daşıyır.

Sazişdə Bakı ilə Ankara arasında enerji sahəsində birgə sərmayələrlə bağlı əməkdaşlıq da nəzərdə tutulub.

“Türkiyə ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası sazişin təsdiqinə dair” qanun layihəsi ötən il dekabrın 27-də Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyə parlamentinə göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada Çinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb

19:24
04 Mart

Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

19:02
04 Mart

Misirə doğru hərəkət edən Rusiya gəmisi batıb

18:47
04 Mart

Rusiya Ukrayna qatarlarını “ovlayır”: martın əvvəlindən dəmir yoluna 18 zərbə endirilib

18:31
04 Mart

Bakı-Sumqayıt-Bakı qatarlarının martın 9-una olan hərəkət qrafiki açıqlanıb

18:21
04 Mart

Media nümayəndələri 2026-cı il üçün İdman Paytaxtı seçilən Qazaxda

18:11
04 Mart

Firudin Qurbanov: Təhsilin bütün pillələrində gender bərabərliyi məsələsinə balanslaşdırılmış yanaşma tətbiq olunur

18:00
04 Mart

Milli Məclisdə idman sahəsinin bəzi aktual məsələləri ilə bağlı fikirlər səsləndirilib

17:33
04 Mart

İranda həlak olanların sayı 1045 nəfərə çatıb

16:58
04 Mart

İraq, BƏƏ, Qazaxıstan və Oman neft hasilatı planlarını OPEC-ə təqdim ediblər  

16:56
04 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub

16:44
04 Mart

İran raketinə atılan hava hücumundan müdafiə mərmisinin qalıqları Türkiyənin cənubuna düşüb  

16:26
04 Mart

Maliyyə Monitorinqi Xidməti: Azərbaycan beynəlxalq maliyyə sistemində etibarlı tərəfdaş statusunu möhkəmləndirir  

16:25
04 Mart

BAEA: İranda radioaktiv şüalanma riski aşkar edilməyib

16:23
04 Mart

İqtisadiyyat Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş: Mentorluq proqramı nələri vəd edir?  

16:22
04 Mart

Proqnozlar Bürosu növbəti 2 günə gözlənilən hava şəraitini açıqlayıb

15:56
04 Mart

Qlobal bazarları neft şoku qorxusu bürüyüb

15:54
04 Mart

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

15:53
04 Mart

ABŞ Prezidenti İspaniyaya qəzəblənib

15:52
04 Mart

Baş prokuror Kürdəmir rayonunda vətəndaşların müraciətlərini dinləyib  

15:51
04 Mart

İrandakı 253 Rusiya vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib

15:50
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!