Azərbaycanla Aİ arasında müxtəlif sahələrdə əməkdaşlıq gündəliyi müzakirə edildi
Dekabrın 7-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında müxtəlif istiqamətlər, xüsusilə iqtisadi, enerji, investisiya, nəqliyyat və digər sahələrdə mövcud əməkdaşlıq gündəliyi, həmçinin regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Aİ ilə əsas əməkdaşlıq istiqamətlərindən biri olan enerji təhlükəsizliyi sahəsindən bəhs edərək, bu sahədə Azərbaycan ilə Avropa İttifaqı arasında 2022-ci il iyulun 18-də Anlaşma Memorandumunun imzalanmasının Aİ-yə qaz ixracının artırılması ilə yanaşı, alternativ enerji mənbələrinin inkişafı məqsədilə əməkdaşlıq baxımından vacibliyini vurğulayıb. Nəqliyyat dəhlizləri sahəsində səylərin artırılması istiqamətində fəaliyyətimizin nəticəsi kimi Azərbaycandan keçən yüklərin həcmində artımın müşahidə edilməsinin müsbət hal olduğu bildirilib. İnvestisiyaların təşviqinə əhəmiyyət verən ölkələrdən biri kimi Azərbaycanın xüsusilə “nou-hau” fəaliyyətində sərmayə qoyuluşunu təşviq etdiyi bildirilib. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə yatırımların edilməsi ilə bağlı Aİ-nin maraq göstərməsi məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın görülən işlərə hədə törədən təxribatları, habelə mina təhlükəsi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməməsinin regionda sülh, təhlükəsizlik və inkişafa əsas təhdid olduğu diqqətə çatdırılıb.
Lourens Meredit yuxarıda adı çəkilən Anlaşma Memorandumunun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafında görülən işlərin nəticəsi kimi mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Orta Dəhlizin həyata keçirilməsində irəli sürdüyü təşəbbüs və göstərdiyi fəallığın Azərbaycanı nəqliyyat və tranzit sahəsində mühüm tərəfdaşlardan birinə çevirdiyi qeyd olunub. Lourens Meredit, həmçinin bölgələrdə iqtisadi inkişaf, orta və kiçik sahibkarlıq, alternativ enerji, nəqliyyat və rəqəmsal inkişaf sahələrinə sərmayə qoyuluşunun Aİ üçün prioritet olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın sözügedən sahələrdə yenilik və innovasiyaları dəstəkləyən baxışının təqdirəlayiq olduğu bildirilib. Lourens Meredit ciddi hədə törədən mina təhlükəsinin aradan qaldırılması üçün əməkdaşlıq və həmrəyliyin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qaxda qar örtüyünün hündürlüyü 45 santimetrə çatıb
08 Fevral
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Nümayəndələr Palatasının sədri ilə ...
08 Fevral
Hərbi hissələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb VİDEO
08 Fevral
Kioto Universiteti yaponların qanından alınan kök hüceyrələri satmağa başlayır
08 Fevral
Vaşinqton HIMARS sistemlərini Varşavaya 10 milyard dollara satmağı planlaşdırır
08 Fevral
Azərbaycan XİN Ararat Mirzoyana cavab verib
08 Fevral
BMT Türkiyə və Suriyaya 25 milyon dollar yardım ayırıb
08 Fevral
Cozef Bayden respublikaçılar və demokratlar arasında əməkdaşlığın vacibliyindən danışacaq ...
08 Fevral
59-cu gün: Ekoaksiya havanın qarlı olmasına baxmayaraq böyük coşqu ilə davam edir
08 Fevral
Azərbaycanın hərbi tibb personalı Kahramanmaraşdadır
08 Fevral
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!