02 May 2024 08:45
188
SİYASƏT
A- A+

Azərbaycanın yaratdığı reallıqlar qlobal müstəvidə qəbul olunur

 

"Aprelin 28-də Prezident İlham Əliyevə zəng edən ABŞ Dövlət katibi Entoni Blinkenin sözlərindən aydın oldu ki, Amerika Azərbaycanı Cənubi Qafqazda özünə tərəfdaş hesab edir. ABŞ Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya istiqamətində atılan addımları da yüksək qiymətləndirir. Bu, bir daha sübuta yetirir ki, ABŞ Azərbaycanın yaratdığı reallıqları qəbul edir".
Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat qeyd edib ki, ABŞ bir çox hallarda Ermənistanın tərəfini tutsa da, görünür, Azərbaycanın yenilməz gücü və qətiyyəti qarşısında bir söz deyə bilmir. Bu, Azərbaycanın öz haqq yolunda əmin addımlarla irəlilədiyini təsdiq edir. ABŞ-nin ölkəmizi bu cür diqqətdə saxlaması həm də Prezident İlham Əliyevin dünyada artan nüfuzu ilə birbaşa bağlıdır.
Arzu Nağıyevin sözlərinə görə, ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilib ki, Entoni Blinken İlham Əliyevə zəng etməmişdən öncə Ermənistanın baş naziri Nikol Paşinyanla da danışıb, Bakı və İrəvan arasında olan razılığı təqdirəlayiq adlandırıb. Bundan başqa, Azərbaycanla Ermənistan arasında gələcəkdə imzalanacaq sülh müqaviləsinin Amerika Birləşmiş Ştatları tərəfindən yüksək qiymətləndirildiyi ifadə edilib. Eyni zamanda Blinken vasitəçilik missiyasını həyata keçirmək üçün təkliflər səsləndirib. Telefon danışığı zamanı Azərbaycanla ABŞ arasında ekologiya, energetika, nəqliyyat və kommunikasiyaların birgə istifadəsi ilə bağlı çox mühüm əlaqələrin olduğu da vurğulanıb. ABŞ rəsmisi həmçinin  ölkəmizə COP29-a evsahibliyi ilə bağlı uğurlar arzulayıb. 
"Prezident İlham Əliyev də öz növbəsində Ermənistan və Azərbaycan arasındakı demarkasiya işlərini sülh müqaviləsinin imzalanması istiqamətində atılan müsbət addım kimi dəyərləndirib və hər iki dövlətin delimitasiya üzrə komissiyalarının işini müsbət qiymətləndirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan tərəfi birmənalı şəkildə sülhün bərqərar olması üçün hər cür addımlar atacaq", - deyə müsahibimiz əlavə edib.
Deputat vurğulayıb ki, baş verən hadisələrdən də aydın olur ki, Azərbaycan regional əməkdaşlığın ən effektiv modelini bütün dünyaya nümayiş etdirə biləcək gücdədir: "Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, region dövlətləri siyasi, iqtisadi, hərbi və digər prosesləri beynəlxalq hüquq normalarına uyğun olaraq öz müstəqil siyasətləri ilə yerinə yetirə bilsinlər. Bunların reallaşması üçün isə regiona kənar ölkələrin müdaxiləsi, terror və cinayət planlarının tətbiqi yolverilməzdir. Azərbaycanın söz sahibi olduğu regiona təhdidlə gəlmək mümkün deyil".
Arzu Nağıyev deyib ki, bu gün Azərbaycanın ard-arda qazanılmış uğurlarından, söz sahibliyindən, etibarlı tərəfdaş olmasından bəhs edərkən hər bir vətəndaşımız qürurlanır: "Azərbaycanın yaratdığı yeni reallıqların qlobal müstəvidə qəbul edilməsi hər keçən gün bir daha təsdiqini tapır.  Bütün bu uğurların təməlində isə, əlbəttə ki, düşünülmüş siyasət dayanır. Bu, Azərbaycanı zirvələrə ucaldan Prezident İlham Əliyevin böyük əməyinin nəticəsidir".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video