Azərbaycanın xalq rəssamı Fərhad Xəlilov Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülmüşdür
Moskvanın Mərkəzi Rəssamlar Evində xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun fərdi sərgisinin açılışı ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.
Əvvəllər əsərləri Türkiyə, Fransa, Almaniya, İtaliya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş etdirilmiş xalq rəssamı Fərhad Xəlilovun budəfəki sərgisində 20-dən çox əl işi nümayiş olunmuşdur. Eyni zamanda, rəssamın özünün şəxsi əsərlərindən ibarət kitabın və fırça ustasının həyat yoldaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tamilla Axundovanın "Kaplya" ("Damla") şeirlər kitabının təqdimatı keçirilmişdir.
Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rəssamı Rusiyada yaşayan bütün azərbaycanlılar adından təbrik edərək Mərkəzi Rəssamlar Evində Azərbaycanın görkəmli rəssamı Fərhad Xəlilovun sərgisinin təşkil edilməsini çox sevindirici və qürur doğuran hadisə kimi qiymətləndirmişdir. Natiq bu sərginin Fərhad Xəlilovun Moskvada və ümumiyyətlə, dünyanın iri paytaxt şəhərlərində ilk sərgisi olmadığını diqqətə çatdırmışdır.
Tamilla Axundovanın yeni kitabının təqdimatını isə ikiqat mədəni hadisə adlandıran səfir, iki yaradıcı insana bundan sonra da birgə uğurlu həyat yolu arzulamışdır.
Rusiya Rəssamlar Evinin nümayəndəsi Nikolay Broslovskiy Fərhad Xəlilovun əl işlərinə yüksək qiymət vermişdir. O, bu sərginin ziyarətçilərin böyük marağına səbəb olacağına əminliyini vurğulamışdır. Qeyd olunmuşdur ki Mərkəzi Rəssamlar Evi, Rusiyanın Rəssamıq Akademiyasının rəhbərliyi və akademikləri Fərhad Xəlilovu yekdilliklə bu akademiyanın həqiqi üzvü seçməklə yanaşı, onu qızıl medala layiq görmüşlər.
Digər çıxış edənlər də Fərhad Xəlilovun yaradıcılığından söz açmışlar. Vurğulanmışdır ki bu cür əvəzsiz sənət əsərləri fırça ustasının öz sənətinə böyük sevgisindən qaynaqlanır.
Sərgidə əsasən abstrakt rəsmlərdə təbiət, ona olan sevgidən, müxtəlif rəng çalarlarından ibarət bulud və qaranlıqlar əks olunur. Xalq rəssamının fikrincə, hər bir sərgidə nümayiş olunan əsərlər rəssamın həyatını əks etdirir. Budəfəki təqdimat da istisna deyildir.
Təqdimatı keçirilən kitabın müəllifi, Fərhad Xəlilovun həyat yoldaşı Tamilla Axundova isə nəşrdə verilən şeirlərdən danışaraq bildirmişdir ki, ixtisasca həkim-psixiatr olmasına baxmayaraq, kitabda sevgidən də, fəlsəfədən də söhbət açılır.
Sərginin açılış mərasimində tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, Moskvada yaşayan həmvətənlərimiz iştirak etmişlər.
Azərbaycanın xalq rəssamının fərdi sərgisi aprelin
6-dək davam edəcəkdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xususi muxbiri
Moskva
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!