13 Noyabr 2025 16:11
407
CƏMİYYƏT
A- A+
Azərbaycanın və Gürcüstanın ədliyyə nazirləri əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər  

Azərbaycanın və Gürcüstanın ədliyyə nazirləri əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər  


Ədliyyə naziri Fərid Əhmədov gürcüstanlı həmkarı Paata Salia ilə görüş keçirib. Nazir qonağı Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib və vurğulayıb ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan əlaqələr təkcə ikitərəfli səviyyədə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. F.Əhmədov qeyd edib ki, cari ildə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin, eləcə də Baş naziri İrakli Kobaxidzenin vəzifəyə başladıqdan sonra ilk rəsmi səfərlərini məhz Azərbaycana etmələri iki ölkə arasında münasibətlərin səmimi xarakterini və qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə icra, xüsusi icra və probasiya sahələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, bu istiqamətdə Gürcüstanla səmərəli təcrübə mübadiləsinin aparılması, həmçinin 2022-ci ildə Batumidə keçirilən Hüquq Forumu və imzalanmış Əməkdaşlıq Memorandumunun əlaqələrin inkişafına verdiyi töhfə müzakirə olunub. Tərəflər gələcəkdə də birgə tədbirlərin keçirilməsi və əməkdaşlığın yeni istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ədliyyə sahəsində rəqəmsallaşmanın hər iki ölkə üçün prioritet olduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə icra proseslərinin rəqəmsallaşdırılması istiqamətində atılan innovativ addımlar - “Elektron hərrac” platforması, “Mobil icra” tətbiqi, eləcə də sənədlərə və qanunvericilik bazasına çıxışı təmin edən “E-qanun.ai” süni intellekt dəstəkli hüquqi axtarış platforması uğurla fəaliyyət göstərir.

Sonda vurğulanıb ki, bu səfər və keçirilən görüşlər təcrübə və fikir mübadiləsinə, eləcə də Azərbaycan və Gürcüstan arasında hüquqi əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

BMT: Yaxın Şərq müharibəsi bərpaolunan enerji mənbələrinə sürətli keçidin əhəmiyyətini artırır  

16:21
02 Aprel

Kəlbəcərə növbəti köç: Daha 27 ailə doğma yurduna qovuşub YENİLƏNİB 2

16:18
02 Aprel

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

16:17
02 Aprel

İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verəcək  

16:12
02 Aprel

Marsda mümkün həyat izləri ilə bağlı araşdırma aparılıb  

16:11
02 Aprel

“AirPods Max 2” təqdim edilib  

16:01
02 Aprel

Böyük Britaniya Aİ ilə əlaqələri gücləndirəcək

15:56
02 Aprel

Cənubi Koreya enerji böhranına qarşı 17,3 milyard dollar ayırır

15:53
02 Aprel

Qızılın qiyməti müharibə bəyanatlarından sonra azalıb  

15:45
02 Aprel

Bu kiçik şəhər dünyanın ən pis havasına malikdir

15:41
02 Aprel

Hacıqabul Sənaye Parkında yeni investisiya layihəsi: 50 iş yeri yaradılacaq   

15:36
02 Aprel

Türkiyə 224 kilometrlik yolun təmirinə başlayıb 

15:31
02 Aprel

Ay ətrafında səyahətə start verilib  

15:30
02 Aprel

Bakı-Supsa neft kəməri: xərclər və müqavilə şərtləri təsdiqləndi 

15:21
02 Aprel

Almaniyada dizel yanacağının qiyməti rekord həddə çatıb

15:14
02 Aprel

Pasxa bayramı üçün dünya miqyasında yəhudilərə 2,5 milyon dollar ianə edilib  

15:01
02 Aprel

 Ermənistan Atom Elektrik Stansiyası 5 aylıq bağlandı

14:58
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!