Azərbaycanın üç sənaye parkı beynəlxalq reytinq siyahısında ilk onluqdadır
Son dövrlər Azərbaycan sürətlə sənayeləşir. Həm də bu proses əsasən qeyri-neft sektorunun inkişafına hədəflənir. 2014-cü ilin ölkədə "Sənaye ili" elan edilməsi də bu həqiqətdən xəbər verirdi. Həmin vaxtdan başlayaraq sənayenin inkişafında sistemli və kompleks yanaşma önə çəkildi. İllər öncə isə Prezident İlham Əliyev sənaye parklarının yaradılması üçün konkret tədbirlər görməyə başladı.
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda yaradılan ilk belə obyektdir. Park qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə yaradılıb. Bu sənaye parkı təkcə qeyri-neft məhsulları istehsal etmir, həm də yeni növ məhsullar istehsal edərək davamlı surətdə ixrac potensialını artırır.
Bundan sonra Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları yaradıldı. Bu parkların yaradılmasında məqsəd innovativ və yüksək texnologiyalar əsasında sənaye istehsalını inkişaf etdirməkdir. Amma bunun üçün yüksək rəqabət olmalı və məqbul şərait yaradılmalıdır. Qeyri-neft sektoru yüksək inkişaf tendensiyası ilə öndə getməlidir ki, əldə etdiyi uğurlar gözdən qaçmasın, daha çox fayda versin. Həmin sənaye parkları da təməlləri qoyulan vaxtdan yüksək reytinqli və perspektivli olduqlarını sübut etdilər. Səkkiz ilə yaxın fəaliyyət göstərən Qaradağ, Mingəçevir, Pirallahı və Balaxanı sənaye parkları artıq xidmət və istehsal infrastrukturları quraraq xeyli təcrübə topladılar.
Onu da qeyd edək ki, sənaye parkları və məhəllələri, eləcə də yüksək texnologiyalar parkları dünya təcrübəsində də uğurla tətbiq olunur. Öz sənayesini inkişaf etdirmək istəyən hər bir ölkə bu təcrübədən istifadə edir. Xarici ölkələrin təcrübəsi göstərir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatında ixrac və idxalı əvəz edən məhsulların istehsalında, məhsulların rəqabət qabiliyyətinin artırılması və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyət daşıyır. Türkiyə, Almaniya, Polşa, Çin və Cənubi Koreya kimi ölkələr sənaye parkları vasitəsilə öz imkanlarını daha da genişləndirir, əsas vəzifələrin yerinə yetirilməsinə diqqəti artırırlar.
Sənaye parklarının üç əsas mülkiyyət forması var: dövlət sənaye parkı və onu idarə edən orqan, özəl sektorun mülkiyyətində və idarəsində olan sənaye parkı, dövlətlə özəl sektor arasında dövlət-özəl tərəfdaşlıqları və müştərək müəssisələr. Sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, nəqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər də önəmlidir. Təcrübə göstərir ki, sənaye parkları mükəmməl rabitə və nəqliyyat infrastrukturuna, elektrik enerjisinə giriş imkanları və işçi qüvvələri ehtiyatı olan ərazilərdə yerləşməli, keyfiyyətli və hərtərəfli infrastruktur imkanlarına malik olmalıdır. Çünki bu amillər investisiya cəlbediciliyini artırır, layihələrin inkişafına təkan verir, eləcə də kiçik və orta biznes müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırır.
Bu gün ölkəmizdə Ağdam Sənaye Parkı və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da daxil olmaqla 7 sənaye parkı və Sabirabad, Masallı, Neftçala, Hacıqabulda yerləşən 4 sənaye məhəlləsi, həmçinin 50-ə yaxın aqropark fəaliyyət göstərir. Çox yaxşı haldır ki, bu sənaye parkları Azərbaycanın neftdən asılılığını azaldır.
O da sirr deyil ki, regionlarda becərilməyən torpaqlar hələ də ciddi problem olaraq qalır. Bu isə həm də büdcəni xeyli gəlirdən məhrum edir. Yaradılan sənaye parkları artıq bu problemi də aradan qaldırmaq yönündə işlər görürlər. Fermer təsərrüfatlarında torpaqların becərilməsində və bol məhsul əldə edilməsində də parkların rolu var. Bu gün fermerlər özlərinin tədarük etdikləri kənd təsərrüfatı məhsullarını parklara təhvil verib gəlir götürürlər. Bol pambıq, üzüm, kartof və s. kimi ənənəvi kənd təsərrüfatı məhsulları əldə etmək aqrar sahənin dinamik inklişafı və ərzaq təhlükəsiziyi deməkdir. Təbii ki, bu irəliləyişə nail olmaqda sənaye parklarının rolu böyükdür. Hələ onu demirik ki, sənaye parkları vasitəsilə "Made in Azerbaijan" brendi təbliğ edilir və müxtəlif çeşidli məhsullar xarici bazarlara çıxarılır.
Ən son fəaliyyətə başlayan Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında qeydiyyata alınmış 24 layihə üzrə 138 milyon manatdan çox investisiyanın qoyulması nəzərdə tutulur. Hazırda sənaye parklarında 18 rezident, 6 qeyri-rezident qeydiyyata alınıb. Bu rezidentlər tərəfindən ümumilikdə Ağdam Sənaye Parkına 117 milyon, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına 21 milyon manat investisiya qoyulacaq ki, onun da sayəsində 1300-ə yaxın iş yerinin yaradılması planlaşdırılır.
Bu yaxınlarda "BIK Ratings" reytinq agentliyinin hazırladığı sənaye parklarının reytinq siyahısı açıqlanıb. İlk onluğa Azərbaycandan İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar. Əlbəttə, cəmi on ilə yaxın fəaliyyət göstərən sənaye parklarının reytinq cədvəlindəki yerləri ürəkaçandır. Sadəcə bəzi amillər var ki, aradan qaldırılsa, daha böyük uğurlar qazanmaq mümkündür. Bu, infrastruktur təminatı, enerji resurslarına çıxış, tətbiq edilən güzəştlər, sənaye parkına giriş-çıxış kimi imkanlardır. Təbii ki, sənaye parkının ixtisaslaşması, tətbiq edilən qabaqcıl texnologiya və təcrübəni də danmaq olmaz. Bütün bunlar bir kompleks əmələ gətirəndə nəticələr uğur gətirir, reytinq daha yüksək olur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qəbələdə Vüqar Həşimov adına 9-cu Şahmat Memorialı başa çatıb
11 Dekabr
Danimarka səfiri Rusiya XİN-ə çağırılıb
11 Dekabr
Polşada hökumət dəyişikliyi baş verib
11 Dekabr
Azərbaycan və Yunanıstan XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
11 Dekabr
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib
11 Dekabr
SOCAR-ın prezidenti “Mizuho” Maliyyə Qrupunun nümayəndə heyəti ilə görüşüb
11 Dekabr
Azərbaycan ilə Slovakiya arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib...
11 Dekabr
“Facebook Messenger”də yeni funksiyalar
11 Dekabr
“X”ın süni intellekt proqramı istifadəyə verilir
11 Dekabr
“Qarabağ”ın “Hekken”lə oyun ərəfəsində son məşqinin vaxtı açıqlanıb
11 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümummilli etimad ünvanı10 Dekabr 2023

Prezident seçkilərinin nəticəsini Şuşada və Xankəndidə dalğalanan Azərbaycan bayrağı müəyyənləşdirib...09 Dekabr 2023
Zəfər mandatı08 Dekabr 2023

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iş...07 Dekabr 2023

Qafqazda təhlükəsizliyi və sülhü Azərbaycan təmin edəcək06 Dekabr 2023

Ağ Evin Azərbaycan qərəzi və rəzaləti05 Dekabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!