24 Yanvar 2024 09:10
824
İQTİSADİYYAT
A- A+
Azərbaycanın təbii qaz potensialı hələ uzun illər xalqımıza və dövlətimizə xidmət edəcək

Azərbaycanın təbii qaz potensialı hələ uzun illər xalqımıza və dövlətimizə xidmət edəcək

 

Bu şaxtalı-sazaqlı, qarlı-buzlu qış günlərində neçə-neçə ölkədəki istehlakçıların mənzilləri və iş otaqları Azərbaycanın mavi yanacağı ilə isinir. Dünyada cərəyan edən hadisələr bir çox yerdə Azərbaycan qazına tələbatı artırıb. Yaranmış vəziyyətdə Avropa ölkəmizdən daha çox qaz gözləyir. Bu ehtiyacı qarşılamaq üçün bir sıra vacib şərtlər var ki, onlardan da biri hasilatdır.  
Azərbaycanın böyük qaz ehtiyatlarına malik olması artıq hamıya məlumdur. Bu potensial hələ bir əsr bundan sonra bizi mavi yanacaqla təmin edə, eləcə də bir sıra digər ölkələrin qaz təminatına mühüm dəstək verə bilər. Belə ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. 
Azərbaycan qazından söhbət düşəndə təbii ki, ilk növbədə "Şahdəniz"in adı çəkilir. Bu, son onilliklərdə dünyada kəşf olunmuş ən nəhəng karbohidrogen yataqlarından biridir. İlkin hesablamalara görə, bu yatağın 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı var. "Şahdəniz"in sayəsində Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi tanınıb. "Cənub qaz dəhlizi" kimi bir meqalayihənin ehtiyat mənbəyi də məhz bu yataqdır. 
2006-cı ilin sonlarından Gürcüstanın, növbəti ilin ortalarından Türkiyənin və artıq üç ildən çoxdur Avropanın ölkəmizdən aldığı qaz "Şahdəniz"dən hasil olunur. Hazırda Azərbaycandan Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan və Serbiya qaz alır. Bu ölkələrin sayı getdikcə artır. 
Dünyaya səs salan "Şahdəniz"imizə 2023-cü ildə hasilata başlayan"Abşeron" da qoşuldu. "Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanması Azərbaycan qazına tələbatın artdığı, bizdən mavi yanacaq idxal etmək istəyən ölkələrin sayının getdikcə çoxaldığı bir zamanda xüsusi əhəmiyyət daşıyır.
"Abşeron" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir. Dənizdə, suyun 500 metr dərinliyində yerləşən yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 
Yatağın işlənməsinin İHS mərhələsi sualtı hasilat quyusunu "Neft Daşları"ndakı mövcud qurğularla əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur. Xəzər dənizinin ilk məsafədən idarə olunan platforması olan "Abşeron" İHS layihəsinin qəbul platformasının idarəetməsi "Neft Daşları"nda yerləşən Mərkəzi İdarəetmə Otağından həyata keçirilir.
Yataqda illik hasilatı 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək artırmaq planlaşdırılır. 
Təbiət xalqımıza elə zəngin bir sərvət bəxş edib ki, neft yataqlarından eyni zamanda səmt qazı, qaz yataqlarından isə yüksəkkeyfiyyətli neftə bərabər olan kondensat da çıxarılır. Məşhur "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarını götürək. Bu nəhəng neft yataqları blokundan həmçinin səmt qazı əldə olunur. İndiyədək AÇG-dən milyonlarla kubmetr mavi yanacaq hasil edilib ki, onun da böyük hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilib.
Lakin "Azəri-Çıraq-Günəşli"nin mavi yanacaq ehtiyatı bununla bitmir. Blokun dərin qazının olduğu ehtimalı da var. Odur ki, buradakı dərin qaz laylarında qiymətləndirmə işlərinə başlanıb. Strukturda istismarda olan neft yataqlarının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni bir qiymətləndirmə quyusu qazılıb. Hazırda dərin qaz laylarının potensialını öyrənmək üçün quyudan əldə olunmuş məlumatın təhlili aparılır.  
"Şahdəniz" yatağında isə yeni kəşfiyyat quyusu qazılır. "Heydər Əliyev" adına yarımdalma qazma qurğusu bu quyunun "Şahdəniz" yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib. Quyunun ümumi dərinliyinin təxminən 7000 metr olacağı nəzərdə tutulur. İşlərin uğurlu olacağı təqdirdə bu quyu şərq cinahda hazırda istismar edilən məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq. 
Azərbaycan qazına böyük tələbatın yarandığı, ixracın artmasının və şaxələndirilməsinin gündəmə gəldiyi bir zamanda AÇG və "Şahdəniz"də gedən bu işlər də mühüm əhəmiyyət kəsb edir. 
Xəzərin Azərbaycan sektorunda perspektivli yataqlar çoxdur. "Şəfəq", "Asiman", "Ümid", "Babək", "Naxçıvan", "Qarabağ" kimi strukturlarda hazırda müxtəlif mərhələlərdə işlər aparılır. Azərbaycan dövləti perspektivli yataqlardan alınacaq qazı həm daxili tələbatın ödənilməsinə, həm də ixraca yönəltməyi nəzərdə tutur. 

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!