07 Oktyabr 2023 09:40
499
SİYASƏT
A- A+
Azərbaycanın Qranada görüşündən imtinası doğru qərar idi

Azərbaycanın Qranada görüşündən imtinası doğru qərar idi

 

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən dördtərəfli görüşdə Azərbaycan-Ermənistan məsələləri müzakirə edilib. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən görüşdə Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb. 
Milli Məclisin deputatı Fazil Mustafa qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın İspaniyada keçirilən beştərəfli görüşdən imtina etməsi doğru qərar idi. Orada müzakirə olunan mövzulara gəlincə isə xatırlatmaq lazımdır ki,  ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən sənəd onsuz da mövcud olduğuna görə, məzmunundan asılı olmayaraq başqa bəyanat və bəyannamələr heç nəyi dəyişmir. 
"Avropa Siyasi Birliyinin Qranada görüşü çərçivəsində mətbuat konfransı zamanı Fransa Prezidenti Emmanuel Makron Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Fransanın çoxsaylı etnik xalqların sülh şəraitində yaşadığı, multikultural və multietnik dəyərləri ilə dünya ölkələrinə nümunə olan Azərbaycana azlıqların hüquqları barədə dərs keçmək cəhdi qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, Fransa özünün soyqırımı siyasəti ilə dünyada məşhurdur və Avropa İttifaqına üzv ölkələr arasında Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına qoşulmayan yeganə ölkədir", - deyə deputat bildirib.
Müsahibimiz əlavə edib ki, ümumiyyətlə, 30 il müddətində Azərbaycan ərazilərinin 20 faizə yaxın hissəsinin Ermənistan tərəfindən işğalına, hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına göz yumanların özlərini vasitəçi kimi təqdim edib əsassız ittihamlar irəli sürməyə haqları yoxdur. 
Fazil Mustafa bəyanatda Ermənistanın (29 min 800 kvadratkilometr) və Azərbaycanın (86 min 600 kvadratkilometr) suverenliyinin, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönələn səylərin dəstəkləndiyini də xatırladıb. Onu da bildirib ki, Şarl Mişel cari ilin 14 may və 15 iyul tarixli bəyanatlarında da bu faktları qeyd edib".
Deputat əlavə edib ki, BMT və digər böyük təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Yəni bu məsələ onsuz da şübhə altına salına bilməz. Biz 44 günlük Vətən müharibəsində  ərazi bütövlüyümüzü artıq bərpa etmişik və torpaqlarımızın neçə kvadratmetr olması hər kəsə bəllidir. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün BƏƏ 9 ballistik raketin və 50 PUA-nın hücumuna məruz qalıb

15:58
05 Aprel

Nazir Kəmaləddin Heydərov Badamdar yamacında sürüşmə sahəsində yaranmış vəziyyətlə əlaqədar ərazidə olub

14:57
05 Aprel

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:51
05 Aprel

İDMAN Azərbaycan gimnastı qızıl medal qazanıb

14:19
05 Aprel

Gəncədə cüdo üzrə Avropa Kuboku turniri yüksək səviyyədə təşkil olunub

13:31
05 Aprel

Volodimir Zelenski: Bu gün Ukraynanın prioritet olmadığını etiraf etməliyik

13:07
05 Aprel

Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş Zori Balayan ölüb

11:45
05 Aprel

Milli Hidrometeorologiya Xidməti: Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib

11:29
05 Aprel

Media: ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü də xilas edib

09:09
05 Aprel

İranda neft-kimya kompleksinə hava hücumu nəticəsində 5 nəfər ölüb  

09:03
05 Aprel

SEPAH: İran səmasında daha bir pilotsuz təyyarə vurulub

06:41
05 Aprel

Azərbaycanın gənclər və idman nazirinin Türkiyəyə səfəri başa çatıb

23:47
04 Aprel

Buşehr Atom Elektrik Stansiyası yaxınlığına mərmi düşüb, bir nəfər ölüb

21:43
04 Aprel

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

Rəsmi Kiyev sülh danışıqlarında fasiləni şərh edib

20:45
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!