26 Iyun 2024 15:57
379
SİYASƏT
A- A+

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb

 

İyunun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyində təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini xüsusi vurğulayıb. Ölkəmizin əlamətdar bayramı - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə yanımızda olduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib.

Müdafiə naziri Q.Krosettonu sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Ölkəmizə hər səfərindən məmnun qaldığını və səmimi münasibət gördüyünü qeyd edən İtaliya Respublikasının müdafiə naziri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video