27 Noyabr 2025 08:07
294
SİYASƏT
A- A+
Azərbaycanın məqsədi sülhü təmin etməkdir

Azərbaycanın məqsədi sülhü təmin etməkdir


Noyabrın 8-də Bakıda keçirilən Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş parad Azərbaycanın hərbi qüdrətinin növbəti nümayişi oldu. Bir daha göründü ki, ordumuzun arsenalı müasir silah və texnika, o cümlədən ən qabaqcıl hərbi texnologiyalarla zənginləşdirilir. Eyni zamanda hərbi parad belə bir reallığı təsdiq etdi ki, Azərbaycan Ordusu 5 il əvvəllə müqayisədə döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırıb. 


Regionun hərbi gücü


Bütövlükdə Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığından başlamış bütün göstəricilərinə qədər regionun ən böyük və qüdrətli hərbi gücü hesab olunur. Silahlı Qüvvələrimizin bütün seqmentlərinin döyüş imkanları peşəkar kadrlar, ən müasir hərbi texnologiyalar əsasında formalaşıb.  Paradda nümayiş etdirilən bir sıra silah və texnikalar isə dünyada çox az sayda dövlətlərin silahlanmasında yer alır və bu faktor Azərbaycanın mükəmməl hərbi tərəfdaşlığından xəbər verir.

155 millimetrlik uzaqmənzilli NORA, 155 millimetrlik uzaqmənzilli DİTA özüyeriyən artilleriya sistemi, PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, PULS üzərində 370 millimetrlik yüksəkdəqiqlikli "Predator Hawk" (HOUK) əməliyyat taktiki raket kompleksi, beşinci nəsil İCEBREAKER (Aysbreker) qanadlı raket kompleksi, C-27J yük təyyarələri, JF-17 çoxməqsədli qırıcı təyyarələr silahlanmaya qəbul edilmiş yeni silahlar və hərbi texnikalar kimi hər kəsə qürur yaşatdı.

Azərbaycan müdafiə qabiliyyətinin və ordunun döyüş imkanlarının artırılması işində yalnız dostları və ya strateji tərəfdaşları ilə əməkdaşlıq etmir. Respublikamızın getdikcə daha da güclənən hərbi sənayesi hərbi və müdafiə imkanlarımızın böyüməsində böyük rol oynayır. Təsadüfi deyil ki, paradda nümayiş etdirilən və silahlanmaya yeni qəbul edilmiş hərbi texnikanın bir hissəsi Azərbaycanın müdafiə sənayesinin istehsalı idi. 


Hərbi üstünlük regionda sülhün qorunmasında respublikamızın rolunu daha da möhkəmləndirir


Onu da qeyd etməliyik ki, hərbi gücümüz hər hansı dövlətə qarşı yönəlməyib. Azərbaycan üçün müharibə bitib. Torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Qarabağ savaşı artıq keçmişdə qalıb. Azərbaycanın hərbi gücü yalnız sülhə xidmət edir. Malik olduğumuz üstün hərbi imkanlar regionda sülhün qorunmasında və təmin edilməsində respublikamızın rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyev avqust ayında Kəlbəcər şəhər sakinləri ilə görüşdə bildirdi ki, biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Lakin dövlətimizin başçısının qeyd etdiyi kimi, əgər bizə qarşı hər hansı bir təhlükə yaranarsa, onda yenə də "dəmir yumruğ"umuzu hər kəs görəcək.  

Bəli, respublikamızın artan hərbi gücü hansısa tərəfə qarşı yönəlməyib. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində son proseslər ondan xəbər verir ki, rəsmi Bakının əsas məqsədlərindən biri regionda dayanıqlı sülhün təmin edilməsidir. Hələ Vətən müharibəsindən sonra Ermənistanla sülh danışıqlarının başlanmasının təşəbbüskarı rəsmi Bakıdır. Sülhlə bağlı prinsipləri də Bakı müəyyən edib. Avqust ayında Vaşinqtonda paraflanan sülh sazişi layihəsinin mətnini də Azərbaycan tərəfi hazırlayıb. Bütün bunlar ölkəmizin niyyətinin məhz sülh olduğunu təsdiq edən çoxsaylı faktlardır. Bu baxımdan Azərbaycanın sülhə qarşı olmasını düşünmək absurddur. 

Dünənə qədər Ermənistanın işğal siyasətinə dəstək verən bir sıra Qərb siyasi mərkəzlərinin də mövqelərində fərqlilik görünməkdədir. Onlar da artıq Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməkdən başqa yollarının olmadığı qənaətindədirlər. Məsələn, avqust ayında Vaşinqtonda sülh sazişinin paraflanmasını alqışlayanlandan biri də Fransa idi.


Azərbaycan öz yolu ilə inamla gedən dövlətdir


Sülhə qarşı çıxanlar hazırda Ermənistandakı revanşist kəsimdir. Revanşistlərə bağlı olan media orqanlarında davamlı şəkildə sülh prosesinə kölgə salınmasına, erməni ictimai rəyində yanlış təəssüratların formalaşdırılmasına cəhd edilir.  O cümlədən Ermənistanda hökumət-kilsə qarşıdurmasında hakimiyyət orqanları hədəfə götürülür. Çünki Ermənistanda revanşizmi körükləyən əsas qüvvə məhz kilsədir. Revanşistlərə xidmət edən media Ermənistanda həmçinin yeni konstitusiyanın da qəbuluna qarşı çıxır. Bu cür KİV-də Azərbaycan daim hədəfdədir. Ona görə respublikamızın müdafiə qabiliyyətini gücləndirməsi Ermənistana qarşı təhdid kimi qiymətləndirilir. Amma revanşistlərin Bakıdakı hərbi paradla bağlı yazdıqlarında yalnız qərəz deyil, həm də qorxu və həyəcan görünməkdədir. Lakin qeyd etdiyimiz kimi, Azərbaycan üçün savaş bitib və Bakının məqsədi yalnız etibarlı və dayanıqlı sülhə nail olmaqdır.

Əlbəttə, Ermənistan mediasında dərc olunan yazıların və ya sapı özümüzdən olan baltaların Azərbaycanın hərbi imkanları və hərbi sənayesi barədə nə demələrinin heç bir əhəmiyyəti yoxdur. Hələ Vətən müharibəsinə qədər Avropanın bir sıra siyasi mərkəzləri və qurumları Azərbaycanı özünün haqlı yolundan dayandırmaq, işğalı əbədi etmək üçün dayanmadan dövlətimizin uğurlarına və inkişafına kölgə salmağa çalışır, Avropa Parlamentində mütəmadi olaraq sənədlər qəbul edirdilər. Lakin bütün niyyətləri puça çıxdı və nəticə  etibarilə Azərbaycan dövləti 44 günlük müharibədə torpaqlarının işğaldan azad edilməsinə nail oldu. 2023-cü ilin sentyabrında isə erməni separatizminə son qoydu. 

Qeyd olunan bu məsələlər göstərir ki, Azərbaycan məqsədlərinə çatan dövlətdir. Ona görə ordumuzun döyüş imkanlarının artırılması ölkəmiz üçün bundan sonra da prioritet vəzifə olacaq. O cümlədən sülh sazişinin imzalanması üçün Ermənistanın ev tapşırıqlarını yerinə yetirməsi təmin olunacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!