24 Noyabr 2022 18:31
357
İDMAN
A- A+
Azərbaycanın görkəmli ictimai xadimi Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

Azərbaycanın görkəmli ictimai xadimi Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib

 

Noyabrın 24-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli Ağacan Abiyevin 85 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, MOK-un baş katibi Azər Əliyev iştirak etdiyi mərasimdə həyatının böyük hissəsini Azərbaycanda idmanın, təhsilin və elmin inkişafına həsr edərək bu sahələrə böyük töhfələr vermiş Əməkdar bədən tərbiyəsi və idman xadimi Ağacan Abiyevin həyat və yaradıcılığına dair videoçarx göstərilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin müavini Adil Əliyev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək 85 illik ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr etmiş fədakar elm xadimi və idman ustasının həyat yolundan və çoxşaxəli fəaliyyətindən söhbət açıb, yubiley münasibətilə təbrik ediblər.

Bildirilib ki, Azərbaycan elminin və idmanının inkişafında xüsusi xidmətləri olan A.Abiyev həm də idmanın müxtəlif problemlərinə dair bir sıra sanballı əsərləri və tədqiqatları ilə tanınır. Yubilyar 85 illik həyatında idman, elm, təhsil, jurnalistika, televiziya və s. sahələrdə böyük uğurlara imza atıb. ADBTİA-da gənc mütəxəssislərin yetişməsində, onların idmana marağının artırılmasında A.Abiyevin böyük xidmətləri olduğu vurğulanıb. Onun Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkili işində də əvəzsiz xidmətləri olduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, professor Ağacan Abiyev yüksək idman nailiyyətlərinə görə SSRİ-nin fəxri idman ustası, beynəlxalq dərəcəli hakim və Əməkdar idman xadimi fəxri adlarına layiq görülüb. O, Avropa Boks İttifaqının vitse-prezidenti, Hakimlər Komitəsinin sədri, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin və Hakimlər Komissiyasının üzvü kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Qeyd edilib ki, Ağacan Abiyevin 85 illik şərəfli ömür yolu gənc nəsil üçün əsl həyat məktəbi və nümunədir. O, 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru işlədiyi dövrdə ölkəmizdə idman mütəxəssislərinin, eləcə də dünya şöhrətli idmançıların yetişməsinə mühüm töhfələr verib. A.Abiyevin 100-dən çox elmi məqalənin, monoqrafiyanın, tədris vəsaitlərinin, ixtiraların müəllifi, elektron hakimlik sisteminin ilk yaradıcılarından olduğu vurğulanıb. İdman sahəsində qazandığı uğurlarla dünyanın bir çox ölkələrində tanınan və müstəqil Azərbaycanda peşəkar idman yarışlarının təşkilatçısı olan A.Abiyev Azərbaycanda Olimpiya hərəkatının təbliğində və inkişafında mühüm rol oynayıb.

Azərbaycan elminin və idmanının inkişafında böyük xidmətləri olan professor A.Abiyevin ictimai-siyasi fəaliyyətinin bir sıra məqamlarına tədbirdə toxunulub.

Yüksək diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirən A.Abiyev onun əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib, xalqımıza və dövlətimizə bundan sonra da şərəf və ləyaqətlə xidmət edəcəyini söyləyib.

Sonda yubilyara xatirə hədiyyələri verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!