15 İyul 2026 08:20
457
SİYASƏT
A- A+
Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma


Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Azərbaycanın xarici siyasətinin cari prioritetlərini və ölkəmizin beynəlxalq sistemdə özünü necə mövqeləndirdiyini əks etdirən strateji bir hadisə idi. Çıxışın ümumi məzmunu göstərir ki, Azərbaycan artıq yalnız regional proseslərdə iştirak edən dövlət deyil, eyni zamanda beynəlxalq gündəliyin formalaşmasına töhfə verən, müxtəlif platformalarda dialoqu təşviq edən və qlobal çağırışlara münasibət bildirən fəal aktor kimi söz sahibidir.

Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın "orta güc dövləti" kimi artan roluna dair yanaşması idi. Dövlət başçısı bu anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla məhdudlaşdırmadı. Əksinə, vurğuladı ki, müasir beynəlxalq münasibətlərdə orta güc dövləti milli maraqlarını müstəqil şəkildə qorumağı, regional proseslərə təsir göstərməyi, tərəfdaşları bir araya gətirməyi və beynəlxalq məsuliyyət daşımağı bacaran ölkədir. "Çıxışda Qarabağ mövzusu da yeni prizmadan təqdim olundu. Əgər əvvəlki illərdə beynəlxalq auditoriya qarşısında əsas diqqət işğalın nəticələrinə yönəlirdisə, bu dəfə Prezident İlham Əliyev daha çox bərpa və quruculuq prosesinə diqqət çəkdi. Ölkə rəhbəri qeyd etdi ki, forum iştirakçıları əvvəlki səfərlərində xarabalıqları görürdülərsə, bu gün artıq yeni şəhərlərin salınmasının, yaşayış məntəqələrinin tikilməsinin və insanların doğma yurdlarına ləyaqətli qayıdışının şahidi olurlar. Bununla Azərbaycan postmünaqişə dövrünün əsas gündəliyinin təhlükəsizlik deyil, inkişaf, reinteqrasiya və dayanıqlı quruculuq olduğunu nümayiş etdirməyə çalışır", - deyə o əlavə edib.

Deputat xatırladıb ki, Azərbaycan Prezidentinin çıxışında nəqliyyat və bağlantı məsələləri də xüsusi yer tutdu. Dövlət başçısı bildirdi ki, son onillikdə yaradılmış infrastruktur və həyata keçirilən layihələr Azərbaycanın Avrasiya məkanında mühüm logistika mərkəzinə çevrilməsinə imkan verib. Qlobal geosiyasi gərginliklər və ənənəvi ticarət marşrutlarında yaranan risklər fonunda Orta dəhlizin əhəmiyyəti daha da artır. Bu kontekstdə Azərbaycanın yalnız coğrafi mövqeyindən deyil, uzunmüddətli strateji planlaşdırmadan faydalanaraq regional tranzit və ticarət əlaqələrinin əsas iştirakçılarından birinə çevrildiyi mesajı verildi. 

Enerji təhlükəsizliyinin çıxışın əsas istiqamətlərindən biri olduğunu bildirərək P.Vəliyeva buna da diqqət çəkdi ki, dövlət başçısı Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin daha da gücləndiyini, qaz ixracının coğrafiyasının genişləndiyini və bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdiyini deyib: "Bununla yanaşı, dövlət başçısı enerji əməkdaşlığının uzunmüddətli müqavilələr və qarşılıqlı etimad üzərində qurulmasının vacibliyini vurğulayaraq enerji təhlükəsizliyinin artıq təkcə iqtisadi deyil, həm də geosiyasi məsələ olduğunu diqqətə çatdırdı. Çıxışın digər mühüm istiqaməti Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu ilə bağlı idi. Prezident İlham Əliyev Türkiyə ilə müttəfiqlik münasibətlərindən, ABŞ ilə strateji tərəfdaşlığın genişlənməsindən, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin dərinləşməsindən və islam dünyasında həmrəyliyin vacibliyindən bəhs etdi. Bu yanaşma göstərir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfli əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan siyasəti prioritet hesab edir".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev həmçinin rəqəmsal transformasiya və süni intellekti ölkənin gələcək inkişaf strategiyasının mühüm istiqaməti kimi təqdim edib. Süni intellekt sahəsində milli strategiyanın qəbul edilməsi və bu istiqamətdə institusional mexanizmlərin yaradılması Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və innovasiya əsaslı inkişaf modelinə keçid niyyətini göstərən mühüm mesajlardan biri idi. Bu da, təbii ki, Azərbaycanın gələcəyini yalnız enerji resursları üzərində deyil, bilik, texnologiya və innovasiya üzərində qurmaq istəyini diqqətə çatdırdı. "Çıxış boyunca diqqətçəkən digər əsas xətt isə sülh gündəliyi oldu. Dövlətimizin başçısı həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə gedən proseslərə toxunaraq vurğuladı ki, davamlı inkişafın əsas şərti beynəlxalq hüquqa əsaslanan ədalətli və dayanıqlı sülhdür. Bu yanaşma forumun əsas mövzusu - "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" ilə də tam uzlaşır. Bu gün Azərbaycan təkcə regional təhlükəsizlik məsələlərinin iştirakçısı deyil, həm də dialoqu və qarşılıqlı etimadı təşviq edən ölkə kimi qiymətləndirilir", - deyə o bildirib.

P.Vəliyeva qeyd edib ki, ümumilikdə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətində yeni mərhələnin konturlarını nümayiş etdirdi. Əsas mesaj ondan ibarət idi ki, ölkəmiz postmünaqişə dövrünü yeni inkişaf mərhələsinə çevirib, regional sabitlik, enerji və nəqliyyat təhlükəsizliyi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq sahələrində daha fəal rol oynamağa hazırdır. Bu baxımdan Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin görüşü deyil, həm də Azərbaycanın beynəlxalq mövqeyini, prioritetlərini və gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən mühüm platforma kimi çıxış edir.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tovuzlu fermer dövlət dəstəyindən razıdır

09:59
18 Avqust

Qusarda aqrar biznes və I intensiv meyvə bağları festivalı keçirilib

09:52
18 Avqust

Prezidentin Naxçıvan səfəri, yeni layihələr, genişlənən əməkdaşlıq əlaqələri

09:45
18 Avqust

Azərbaycan qlobal tranzit ölkə statusunu genişləndirir

09:38
18 Avqust

Naxçıvan həqiqətən "nəqşi cahan"a çevriləcək

09:31
18 Avqust

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

09:28
18 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

09:26
18 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

09:25
18 Avqust

Rəqəmsal platforma insan nəzarətindən çıxmamalıdır

09:24
18 Avqust

Süni intellekt və milli mədəniyyət

09:17
18 Avqust

Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı

09:10
18 Avqust

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

Tarixi əhəmiyyətə malik səfər

08:50
18 Avqust

Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir

08:40
18 Avqust

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

08:30
18 Avqust

Qlobal nüfuzun təzahürü 

08:20
18 Avqust

“Azərbaycan sərhədçisi qalib dövlətin sərhədlərini qorumağın şərəfini və məsuliyyətini daşıyır"

08:10
18 Avqust

NİDADAN SONRA VERGÜL QOYULMUR 

08:00
18 Avqust

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:52
18 Avqust

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib  

21:50
17 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  

21:45
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!