18 Sentyabr 2025 10:23
407
İQTİSADİYYAT
A- A+
Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub  

Azərbaycanın enerji strategiyası Berlində keçirilən ənənəvi qaz konfransında diqqət mərkəzində olub  


Almaniyanın nüfuzlu “Handelsblatt” qəzetinin təşkilatçılığı ilə keçirilən “Qaz 2025: Körpü, yoxsa əyləc? Qaz sektoru enerji keçidi və dünya siyasəti arasında” mövzusunda ənənəvi illik konfransda Azərbaycanın enerji strategiyası və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri diqqət mərkəzində olub. “Handelsblatt” nəşrinin hər il təşkil etdiyi və sənaye liderlərini, hökumət nümayəndələrini və enerji sahəsində nüfuzlu ekspertləri bir araya gətirən ənənəvi tədbir enerji siyasəti, qaz bazarı, karbon emissiyasının azaldılması və enerji keçidi strategiyaları kimi aktual məsələlərin müzakirə edildiyi yüksəksəviyyəli platforma kimi tanınır.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Handelsblatt” qəzetinin dəvəti ilə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “Geosiyasi çağırışlar dövründə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi” mövzusunda təqdimatla çıxış edib.

Diplomat çıxışında Azərbaycanın müstəqilliyin bərpasından sonra “Əsrin müqaviləsi”ni imzalamaqla Xəzər hövzəsində enerji sahəsində yeni dövrün əsasını qoyduğunu, regionu Qərb şirkətləri üçün açdığını və uzunmüddətli strateji tərəfdaşlıqların təməlini atdığını bildirib. Bu kontekstdə Cənub Qaz Dəhlizinin Azərbaycanın iri qaz yataqlarını birbaşa Avropa ilə birləşdirdiyi, həmin infrastruktur vasitəsilə Avropaya nəql olunan qazın həcminin ildən-ilə artdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən il Azərbaycanın qaz ixracı rekord həddə - 25,3 milyard kubmetrə çatıb, bunun 13 milyard kubmetri Avropaya nəql edilib. Vurğulanıb ki, Azərbaycan cəmi iki il ərzində Avropaya qaz ixracını öz resursları hesabına 50 faizdən çox artıraraq, kəskin təchizat böhranı dövründə tərəfdaşlarına mühüm dəstək göstərib.

N.Ağayev bildirib ki, hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir, onlardan 11-i Avropadadır, 9-u isə Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilməsinin göstəricisidir.

Azərbaycanın Almaniya ilə əməkdaşlığının da xüsusi önəm daşıdığını vurğulayan diplomat, “Uniper” və SEFE şirkətlər ilə illik ümumilikdə 3 milyard kubmetr qaz idxalını nəzərdə tutan uzunmüddətli müqavilələrin mövcud olduğunu xatırladıb.

Səfir, həmçinin qlobal geosiyasi risklərə və təchizat zəncirlərinin pozulmasına baxmayaraq, Azərbaycanın heç bir tədarükü dayandırmadığını diqqətə çatdırıb. O, Azərbaycan və Ermənistan liderlərinin ötən ay Vaşinqtonda sülh sazişini paraflamasının və birgə bəyanat imzalamasının regionda sabitlik, yeni nəqliyyat və ticarət marşrutlarının, infrastruktur layihələrinin və sərmayələrin əsasını qoyacağını bildirib.

Azərbaycanın gələcəyə baxışında Cənub Qaz Dəhlizinin mərhələli şəkildə yaşıl hidrogenə uyğunlaşdırılması, bərpaolunan enerji sahəsinə geniş sərmayələrin yatırılması və 10 giqavatdan artıq gücə malik külək və günəş enerjisi layihələri üzrə razılaşmaların imzalandığı qeyd edilib. Qara dənizin dibi ilə çəkiləcək kabel xəttinin Cənubi Qafqazla Avropa İttifaqı arasında yeni elektrik bağlantısı yaradaraq, Avropanın enerji keçidində mühüm rol oynayacağı diqqətə çatdırılıb.

Təqdimatdan sonra səfir moderatorun suallarını cavablandıraraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi, alternativ enerjinin inkişafı, Bakının ev sahibliyi etdiyi COP29-un nəticələri və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!