02 Oktyabr 2026 13:35
518
CƏMİYYƏT
A- A+
Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib  

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib  


Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada rəsmi səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində oktyabrın 1-də Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kazan şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib.

İclasda “Ənənəvi ailə dəyərlərinin qorunması və yetkinlik yaşına çatmayanlar arasında qanunazidd məzmunun yayılmasının qarşısının alınması” mövzusunda çıxış edən Kamran Əliyev Azərbaycanda ailə və uşaqların müdafiəsinin möhkəm konstitusion və qanunvericilik əsaslara malik olduğunu bildirib.

Baş prokuror qeyd edib ki, cəmiyyətin əsas özəyi olan ailə dövlətin xüsusi himayəsindədir, uşaqların hüquqlarının, qanuni mənafelərinin və təhlükəsizliyinin təmin olunması isə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Sonra o, uşaq hüquqlarının müdafiəsi, həmçinin azyaşlıların cinayətkar fəaliyyətə cəlb edilməsinin qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.

Habelə tədbir çərçivəsində 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Azərbaycanın prokurorluq orqanlarının əməkdaşları və veteranları rəsmi olaraq təbrik ediliblər.

Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev ilə Tacikistanın Baş prokuroru Həbibullo Vohidzoda arasında ikitərəfli görüş keçirilib.

Görüşdə iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib, hüquqi əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, yeni əməkdaşlıq proqramının hazırlanaraq imzalanması barədə razılıq əldə edilib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyev ilə Qırğız Respublikasının Baş prokuroru Malik Bekturqanov arasında görüş keçirilib.

Tərəflər prokurorluq orqanları arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edərək, ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Qırğız tərəfi prokurorluq orqanlarının fəaliyyətinin elektronlaşdırılması və rəqəmsallaşdırılması, eləcə də kibercinayətlərə qarşı mübarizə sahəsində ölkəmizin təcrübəsini öyrənməkdə maraqlı olduqlarını bildirib.

Bundan əlavə, Baş prokuror Kamran Əliyev ilə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) yeni təyin olunmuş icraçı katibi Aleksandr Gennadyeviç Bajenov arasında da görüş keçirilib. Baş prokuror Aleksandr Bajenovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, prokurorluq orqanlarında qazandığı peşəkar təcrübənin Şuranın fəaliyyətinə əlavə töhfə verəcəyinə əminliyini bildirib. Azərbaycanın BPƏŞ-in fəaliyyətində fəal iştirakı, o cümlədən qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbir müddətində, həmçinin Baş prokuror Belarus, Qazaxıstan, Özbəkistan, Monqolustan, Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələrdən olan həmkarları ilə işçi görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

Səfər çərçivəsində Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Rusiya Prokurorluğunun Universitetinin Kazan hüquq İnstitutunda “Prokurorluğun rəqəmsal transformasiyası və peşəkar məsuliyyət” mövzusunda mühazirə ilə çıxış edərək, Azərbaycan Prokurorluğunun bu sahədə təcrübəsi barədə dinləyicilərə geniş məlumat verib, panel müzakirələrdə iştirak edərək dinləyicilərin suallarını cavablandırıb.

Bununla da, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sülh bəyanatlarla deyil, real addımlarla qurulur

08:30
09 Noyabr

Zəfər parkı - qəhrəmanlığımızın rəmzinə çevrilən ünvan

08:25
09 Noyabr

Tarixdən güc alan ideologiya

08:20
09 Noyabr

Bayraq ucalanda Vətən ucalar

08:15
09 Noyabr

Qələbə rəmzi

08:10
09 Noyabr

"Bayraq mənliyimdir, bayraq kimliyim"

08:05
09 Noyabr

"Yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız"

08:00
09 Noyabr

“Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq səviyyəli gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:19
09 Noyabr

Dövlət orqanlarının və tabeliyi olmayan publik hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxslərin tabeliyində olan dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin rəhbəri və rəhbərinin müavini vəzifələri üçün aylıq əməkhaqqı məbləğinin müəyyən edilməsi haqqında

02:18
09 Noyabr

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində “Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqındа

02:16
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 372 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında 

02:14
09 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 may tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:12
09 Noyabr

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb  

23:50
08 Noyabr

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

23:49
08 Noyabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib  

21:18
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb  

21:16
08 Noyabr

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır 

21:14
08 Noyabr

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib  

21:12
08 Noyabr

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

21:09
08 Noyabr

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər  

21:07
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

21:02
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!