27 Fevral 2024 09:45
869
İQTİSADİYYAT
A- A+
Azərbaycanda ilk bal meşəsi salınıb

Azərbaycanda ilk bal meşəsi salınıb

 

"Yaşıl ürək". Azərbaycanda ən iri neft, qaz və ixrac layihələrinin operatoru olan bp şirkətinin öz tərəfdaşları ilə birlikdə ölkəmizdə həyata keçirdiyi sosial proqramlardan biri belə adlanır.
"Yaşıl ürək" torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon emissiyalarını azaltmağa yönəlmiş ikiillik ekoloji layihədir. Layihə çərçivəsində görüləcək işlər 251 min yeni ağacın əkilməsini və birinci mərhələdə Samuxda daha əvvəl əkilmiş 110 min ağaca qulluq edilməsini nəzərdə tutur. Bundan əlavə, Qobustan rayonunda seçilmiş bir hektar ərazidə suya qənaət edən avadanlıqdan və qabaqcıl əkin üsulundan istifadə olunmaqla innovativ yaşıllaşdırma sistemi yaradılacaq. Layihə çərçivəsində  indiyə kimi Samux, Şəmkir və  Qobustan  rayonlarında on minlərlə  ağac əkilib.
Əslində, "Yaşıl ürək" bp-nin  digər bir sosial layihəsindən - "Şirin qızıl"dan ayrılmazdır.  Belə ki, bp həmçinin dörd ildən çoxdur iki mərhələdə "Şirin qızıl" adlı layihə həyata keçirib. Nəticədə 6 rayonda 530 ailə öz şəxsi arıçılıq biznesinə başlayıb. Bu layihənin bir növ davamı olaraq arıçılıq təsərrüfatlarına yaxın ərazidə Azərbaycanın ilk "nektar meşəsi" salınıb. 
Keçən ilin payızında bp-nin təşkilatçılığı ilə Samux rayonunda  səfərdə olan jurnalistlər bu meşələri əyani görmək üçün də imkan qazandılar. "Yaşıl ürək" layihəsinin meneceri Vüqar Bəşirov bu barədə də məlumat verərək dedi:
- 2019-cu ilin ikinci yarısından arı ailələrinin saxlandığı ərazilərə yaxın yerlərdə ağaclar əkməyə başladıq. Yem bazası olan bu meşə massivindəki ağacların hamısı nektarverəndir. Akasiya, ağcaqayın, badam, xaricdə "bal ağacı" kimi tanınan evodiya ağacları əkdik. Deyim ki, evodiyanın çiçəkləmə prosesi avqust-sentyabr aylarına qədər davam edir. Bu da arıların qidalanması üçün çox əlverişlidir. 
Təkcə Samuxda 110 min ağac əkilib. Rayonun torpaq və iqlim şəraiti nəzərə alınaraq ağacların suvarılması üçün infrastruktur da yaradılır. Bu məqsədlə istifadəsiz qalmış üç artezian quyusu bərpa edilib. Ümumilikdə isə "Yaşıl ürək" və "Şirin qızıl" layihələri çərçivəsində indiyədək Qobustanda  min  ağac əkilib.  Samuxda və Şəmkirdə  ağacların əkildiyi sahələr isə ümumilikdə 315 hektar  təşkil edir. 
"Şirin qızıl" layihəsi arıçılıq sahəsində ailə biznesləri yaratmaqla və ölkədə ilk dəfə olaraq "bal meşəsi" salmaqla icmalarda dayanıqlı gəlir imkanlarının artırılması məqsədini daşıyır. İki mərhələdə həyata keçirilən layihə 2017-ci ilin martından 2018-ci ilin martınadək (bir il) və 2017-ci ilin dekabrından 2021-ci ilin yanvarınadək (üç il) davam edib. "Şirin qızıl" artıq neçə-neçə ailənin dolanışığını yaxşılaşdırıb və hazırda onlara gəlir gətirməkdədir.
Layihə birinci mərhələdə Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında 100-dən çox ailəni əhatə edib. Növbəti mərhələdə bu rayonların sırasına Tovuz və Ağstafa da qoşulub. Bu mərhələdə adıçəkilən 6 rayonda daha 400-dən çox ailə arıçılıqla məşğul olmağa başlayıb.
Beləliklə, 2017-2020-ci illər ərzində Yevlax, Goranboy, Samux, Şəmkir, Ağstafa və Tovuz rayonlarından seçilmiş 530 ailənin öz şəxsi arıçılıq biznesinə başlaması və onu idarə etməsi üçün lazımi resurslar verilib. 
Arıçılar öz uğur hekayələrini həvəslə danışdılar. Samux rayonunun Nəbiağalı kəndinin sakini Bəhram Xəlilov işə 10 arı pətəyi ilə başlayıb. Əvvəllər kənd məktəbinin müəllimi olan ağsaqqal bp-nin layihəsinə qoşulanda artıq pensiyaya çıxmışdı. Odur ki, şirkətin bu kəndə də gətirdiyi layihə ürəyindən xəbər verdi. İndiyədək arıçılıqla heç bir əlaqəsi olmasa da, başladığı iş uğurlu alındı. Hazırda 18 pətəyi var.
- Süzdüyüm balı satmaq üçün bazara çıxmıram, - deyir. - Yaxşı məhsulun alıcısı özü onun dalınca gələr. Odur ki, mən də "Şirin qızıl"ımı elə həyətimdəcə satıram. 
Bəhram kişi həm də ondan məmnundur ki, bu sahəyə bağlanandan bəri səhhəti xeyli yaxşılaşıb, iş-güc, təmiz havada olmaq onun sağlamlıq durumundakı problemləri aradan qaldırıb. 
Layihənin hər iki mərhələsində kəndlilərə ümumilikdə 6 mindən çox arı qutusu verilib. Arılardan keyfiyyətli bal almaq üçün isə bu yerlərin təbiəti bol imkanlar yaradır. Sözügedən ərazilərin bir yanında pambıq tarlaları və yonca sahələri, yazda çiçəkləyən, payızda ləziz bar verən ağaclar, gül-çiçəkli düzlər və yamaclar, Tuqay meşələri... Üstəlik də bu layihəyə   dəstək olaraq salınan meşə - Azərbaycanın  ilk "bal ormanı"… 
Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və bp-nin rəhbər işçiləri dəfələrlə birlikdə "Yaşıl ürək" meşə sahələrində olub, əraziyə baxış keçirib, eləcə də burada yeni ağaclar əkiblər. Məsələn, keçən ilin may ayında  ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz "Yaşıl ürək" meşəsinə səfər ediblər. Onlar birlikdə Samux rayonunun Çobanabdallı kəndində yerləşən meşəyə baxış keçirib, layihənin gedişi ilə ətraflı tanış olub və sahədə 100 pavloniya ağacı əkiblər.
bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihə haqqında belə deyib: "Biz fəaliyyət göstərdiyimiz bölgələrdəki icmalarda insanlara dayanıqlı mənfəət və faydalar gətirməyimizlə fəxr edirik. "Şirin qızıl" layihəsində qarşıya qoyduğumuz məqsədlər tam həyata keçirilib - kənd icmalarında insanlar üçün gəlir imkanları açılıb və yeni bacarıqlar yaradılıb. Həmçinin çox məmnunuq ki, bu layihə ölkədə ağacəkmə və yeni meşələrsalma hərəkatına əhəmiyyətli töhfə verib. İnanırıq ki, layihə çərçivəsində yaradılmış "bal meşəsi" həm arıçılıq üçün bir nektar mənbəyi olaraq, həm də yaşıl təbiət və təmiz ekologiyaya dəyərli dəstək kimi uzun illər boyu yerli icmalara xidmət edəcək".

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!