25 Avqust 2025 14:44
458
İQTİSADİYYAT
A- A+
Azərbaycanda elektron satınalmaların həcmi 12 faizdən çox artıb  

Azərbaycanda elektron satınalmaların həcmi 12 faizdən çox artıb  


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi dövlət satınalmalarının rəqabətlilik və əlçatanlıq prinsipləri əsasında təşkili, satınalma proseslərində qanunvericiliyə riayət olunmasına nəzarət və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin I yarımilində elektron satınalmaların həcmi 1 milyard 632,7 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü (1 milyard 455,7 milyon manat) ilə müqayisədə 12,2 faiz artım qeydə alınıb. Müsbət dinamika dövlət satınalmalarının “E-tender.gov.az” vahid internet portalında funksionallığın genişləndirilməsi, prosedurların sadələşdirilməsi, təchizatçıların prosesə daha rahat qoşulması və rəqabət imkanlarının artması ilə bağlıdır.

Hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğ ötən ilin müvafiq dövrünə nəzərən 38,6 faiz artaraq 329,2 milyon manat təşkil edib. Əldə olunan nəticələr dövlət vəsaitlərinin məqsədyönlü istifadəsi ilə əlavə xərclərin minimallaşdırılması və maliyyə intizamının gücləndirilməsi hesabına təmin edilib.

Cari ilin 6 ayı ərzində açılışı baş tutmuş satınalmalar üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 4,3, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,7 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə açılışı baş tutmuş satınalmalarda orta iştirakçı sayı ümumilikdə 2,8 faiz artıb, o cümlədən açıq tender metodu üzrə 7,5 faiz artım qeydə alınıb, kotirovka sorğusu metodu üzrə isə bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynilik (3,4) təşkil edib. Çoxiştirakçılığın təmin edilməsi satınalma proseslərində sahibkarların bərabər imkanlarla iştirakına və bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradır. Bu isə sahibkarlıq mühitinin inkişafına və iqtisadi fəallığın artmasına töhfə verir.

Bundan əlavə, dövlət satınalmalarında şəffaflığın təmin edilməsi və ədalətli rəqabət mühitinin qorunması, o cümlədən müraciətlərin çevik emalı istiqamətində müntəzəm tədbirlər görülüb. Satınalan təşkilatlar tərəfindən müxtəlif maneələrin yaradılması ilə əlaqədar agentliyə daxil olan 789, digər məsələlərlə əlaqədar isə 239 müraciətə baxılıb. Müsabiqə zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 501 yekun protokol ləğv edilib.

Təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması və sənədləşmə prosesinin sürətləndirilməsi məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin “E-tender.gov.az” portalı vasitəsilə real vaxt rejimində əldə olunması üçün agentlik tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.

Bundan əlavə, portalda satınalma komissiyası tərəfindən şərtlər toplusunun elektron şəkildə qanunvericiliyin bütün tələbləri nəzərə alınmaqla yaradılması, uzadılmış satınalmalarda verilmiş təkliflərin avtomatik olaraq yeni versiyaya köçürülməsi, yenidən yaradılmış satınalmaların əvvəlki ləğv edilmiş versiyalarla sistem daxilində əlaqələndirilməsi və portal istifadəçiləri üçün keçid imkanının təmin edilməsi və s. kimi yeni funksionallıqlar əlavə edilməklə təkmilləşdirmələr aparılıb.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!