Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir
Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 14-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın rəhbərlik etdiyi qrupun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Səməd Seyidov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana səfərindən, Milli Məclisdəki çıxışından, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətindən və qarşıya qoyduğu vəzifələrdən danışıb. Əminliklə bildirib ki, iki qardaş ölkənin birgə inkişafı sayəsində daha böyük uğurlar qazanılacaq. Qardaş ölkələrimizin münasibətlərinin möhkəm təməlinin formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi missiyasını, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri xatırladan komitə sədri vurğulayıb ki, 2016-cı il iyulun 15-də törədilən dövlət çevrilişi cəhdi Türkiyənin dövlət müstəqilliyinə qarşı qəsd idi. Azərbaycan xalqı bu cinayəti törədənləri qətiyyətlə pisləyir. S.Seyidov qeyd edib ki, 44 günlük Vətən savaşı və beş il əvvəl Türkiyədə dövlət çevrilişinin qarşısının alınması eyni ruhun təntənəsi olan qəhrəmanlıq dastanlarıdır.
Azərbaycanlı həmkarlarını səmimiyyətlə salamlayan TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəni Türkiyənin zəfəri kimi dəyərləndirib. Bildirib ki, Türkiyə ictimaiyyəti hər zaman olduğu kimi, müharibə günlərində də qardaşlıq mövqeyini ortaya qoyub.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasındakı tarixi bağları daha da möhkəmləndirdiyini vurğulayan Ş.Ayrım bildirib ki, parlamentlərimiz, eləcə də hakim Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələrin genişlənməsi mühüm əhəmiyyət daşıyır.
Görüşdə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin regionda yaratdığı yeni vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyənin artan gücünün bölgədə sülh və sabitliyə töhfəsi təhlil olunub. Vurğulanıb ki, qazanılmış Qələbə bizi arxayınlaşdıra bilməz. Bundan sonra daha sıx əməkdaşlıq etməli, birgə mübarizə aparmalı, xüsusilə təhlükə və təhdidləri birlikdə dəf etməliyik.
Qeyd edək ki, Milli Məclisin deputatları Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri iyulun 16-da başa çatacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!