11 Dekabr 2025 09:32
295
SİYASƏT
A- A+
Azərbaycan və İraq arasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub  

Azərbaycan və İraq arasında viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub  

Bağdad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İraq nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Falah Abdulhassan rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub.

Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, zəruri konsulluq yardımının göstərilməsi, bu istiqamətdə müvafiq ikitərəfli müqavilə bazasının təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, daxili işlər, ədliyyə, o cümlədən hüquqi yardım və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan münaqişələrdə humanitar məsuliyyətini öndə saxlayır  

18:46
07 Yanvar

DSX: Ötən il dövlət sərhədini pozduqlarına görə 516 nəfər saxlanılıb  

18:43
07 Yanvar

Volodimir Zelenski: Ukrayna tərəfdaşlarla təhlükəsizlik zəmanətlərini müzakirə edir

18:29
07 Yanvar

Misirli ekspert: 907-ci düzəlişin ləğvi regionda davamlı sülhə töhfə verə bilər  

18:07
07 Yanvar

Dörd ölkə neft hasilatı planını OPEC-ə təqdim edib  

17:53
07 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilib SƏRƏNCAM  

17:41
07 Yanvar

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib SƏRƏNCAM  

17:36
07 Yanvar

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

17:17
07 Yanvar

Azərbaycanla Koreya arasında gənclər və idman sahələrində əməkdaşlıq genişləndirilir  

17:10
07 Yanvar

Baş Prokurorluq: Dövlət Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsi barəsində istintaq olunan cinayət işi məhkəməyə göndərilib  

17:08
07 Yanvar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib  

17:07
07 Yanvar

Zelenski Parisdə keçiriləcək danışıqların mövzularını açıqlayıb  

17:06
07 Yanvar

“SOCAR PETROLEUM” Qazaxın Xanlıqlar kəndində yanacaq daşıyan avtomobildə baş verən yanğınla bağlı məlumat yayıb

17:05
07 Yanvar

Mütəxəssis: Tez-tez xəstələnmə, infeksiyaların ağır keçməsi immun sisteminin kifayət qədər güclü olmadığını göstərə bilər  

17:03
07 Yanvar

Rumıniyalı ekspert: Azərbaycan Cənubi Qafqazda formalaşdırıcı gücdür  

17:02
07 Yanvar

“ACWA Power” şirkəti ilə elektrik enerjisinin ötürülməsi istiqamətində əməkdaşlıq perspektivləri dəyərləndirilib  

16:29
07 Yanvar

İtaliya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən bəhs edən məqalə yayımlayıb

16:18
07 Yanvar

Azərbaycan-Çin əlaqələri 2025-ci ildə tarixi yüksək səviyyəyə qalxıb  

16:12
07 Yanvar

Ötən il Zaqataladan bir sıra Avropa və ərəb ölkələrinə gül yağı ixrac edilib

15:57
07 Yanvar

Ağ Ev: Tramp Qrenlandiyanı almaq üçün müxtəlif variantları nəzərdən keçirir  

15:18
07 Yanvar

Rumıniya nəşri: 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır  

15:16
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!