19 Sentyabr 2025 13:01
537
İQTİSADİYYAT
A- A+
Azərbaycan Ümumdünya Poçt İttifaqının Administrativ və Poçt Əməliyyatları şuralarına üzv seçilib  

Azərbaycan Ümumdünya Poçt İttifaqının Administrativ və Poçt Əməliyyatları şuralarına üzv seçilib  


Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan tarixdə ilk dəfə eyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.

Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artan nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası əməkdaşlıqların nəticəsidir. Azərbaycan bundan sonra ÜPİ-nin idarəçiliyində birbaşa iştirak edəcək, təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dair qərarların qəbulunda söz sahibi olacaq. Bu, ölkəmizə qlobal poçt sisteminin formalaşmasında və idarə edilməsində aktiv rol oynamaq imkanı verir.

Ölkəmiz beynəlxalq poçt xidmətlərinin hüquqi və texniki əsaslarını müəyyən edən "ÜPİ Konvensiyası" və digər normativ sənədlərin hazırlanması və dəyişdirilməsi prosesində də iştirak edəcək. Bu da poçt xidmətlərinin standartları, təhlükəsizlik qaydaları və yeni rəqəmsal xidmətlərin formalaşmasında Azərbaycanın mövqeyini ifadə etməyə şərait yaradacaq. Eyni zamanda Azərbaycan ÜPİ-nin büdcəsinin təsdiq olunması və icrasına nəzarətdə iştirak edəcək.

Azərbaycan beynəlxalq poçt və logistika sisteminə təsir göstərən nüfuzlu bir oyunçu kimi tanınacaq, bu isə ölkəmizin digər beynəlxalq danışıqlarda da mövqelərinin güclənməsinə töhfə verəcək.

Bundan əlavə, ölkəmiz ÜPİ çərçivəsində öz təşəbbüslərini irəli sürmək imkanına malik olacaq.

Azərbaycanın bu orqanlarda iştirakı 2025 – 2029-cu illəri əhatə edən dördillik dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiz təşkilat daxilində qəbul olunan bütün əsas qərarların müzakirəsində və səsverməsində iştirak edəcək.

Beləliklə, bu üzvlük sadəcə nüfuzlu bir status deyil, Azərbaycanın qlobal poçt sisteminin idarəçiliyində aktiv iştirakını təmin edən mühüm bir platformadır. Bu həm də ölkənin logistika və e-ticarət sahəsindəki milli maraqlarının beynəlxalq səviyyədə müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan bundan əvvəl də ÜPİ-nin ali orqanlarında təmsil olunub. İlk dəfə 2004-cü ildə Buxarestdə keçirilən 23-cü Konqresdə Administrativ Şuraya, daha sonra 2008-ci ildə Cenevrədə keçirilən 24-cü Konqresdə isə təşkilatın hər iki ali orqanına – Administrativ və Poçt Əməliyyatları şuralarına üzv seçilib. 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresdə isə Azərbaycan yenidən Poçt Əməliyyatları Şurasına üzv olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!