Azərbaycan-Türkiyə sənədləri imzalanmışdır
Oktyabrın 25-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasından sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasının Protokolu"nu Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında meteorologiya sahəsinə dair Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən isə Meteorologiya Baş İdarəsi baş direktorunun müavini Əli Karataş imzaladılar.
"Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Türkiyənin Anadolu Agentliyi (AA) arasında Əməkdaşlıq Sazişi"ni Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən isə Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında meşə təsərrüfatı sahəsinə dair Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən meşəçilik idarəsinin baş direktoru Mustafa Kurtulmuşlu imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq Protokolu"nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin baş direktoru Murat Karakaya imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında Protokol"u Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Polis Akademiyasının rəisi Zühtü Arslan imzaladılar.
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"nin ratifikasiya fərmanlarının mübadiləsi haqqında Protokol"u Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu imzaladılar.
"Azərbaycan Diplomatik Akademiyası və Türkiyə Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu"nu Azərbaycan tərəfdən sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə tərəfdən enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi"ni Azərbaycan tərəfdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfdən "BOTAŞ" şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi"ni Azərbaycan tərəfdən "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir, Türkiyə tərəfdən "BOTAŞ" şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Çərçivə Anlaşması Sazişi"ni Azərbaycan tərəfdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir, Türkiyə tərəfdən "BOTAŞ" şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyə tərəfdən iqtisadiyyat naziri Zəfər Çağlayan imzaladılar.
"Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında ailə və sosial siyasət sahəsində Əməkdaşlıq Protokolu"nu Azərbaycan tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Türkiyə tərəfdən ailə və sosial siyasət naziri Fatma Şahin imzaladılar.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!