Azərbaycan-Türkiyə hüquqi əlaqələri genişlənir
Ölkəmizdə səfərdə olan Türkiyənin ədliyyə nazirinin müavini Həsən Yılmaz ilə sentyabrın 18-də ədliyyə naziri Fikrət Məmmədovun görüşü keçirilib.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin bu il 100 illiyini geniş qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipi ilə uğurla inkişaf etdiyini bildirən nazir Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən əlaqələrimizin Şuşa Bəyannaməsi imzalanmaqla müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb, xalqlarımızın daim bir-birinin yanında olduğunu qeyd edib.
Qədim köklərə malik xalqlarımız arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyən H.Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan dövlət başçılarının şəxsi qardaşlıq münasibətləri əməkdaşlığımızın inkişafına güclü təkan verir. Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının əbədi olduğunu deyən nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Zəfər münasibətilə təbrikini ifadə edib, Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərindən heyran qaldığını bildirib.
Görüşdə müttəfiqlik münasibətlərində hüquqi əlaqələrin xüsusi yer tutduğu, Ulu Öndərin Türkiyəyə tarixi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Protokolun qarşılıqlı fəaliyyətin genişlənməsinə təkan verdiyi, müntəzəm qarşılıqlı səfərlərin bu məqsədə xidmət etdiyi vurğulanıb.
Məhkəmə-hüquq və ədliyyə, o cümlədən penitensiar sistemdə müasir çağırışlara uyğun aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparılaraq bu sahədə birgə tədbirlərin və təcrübə mübadiləsinin faydası qeyd edilib, əlaqələrin genişləndirilməsinə maraq göstərilib.
Qonaq Azərbaycanda özünü doğma Vətənindəki kimi hiss etdiyini bildirərək yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, hazırkı səfərin hüquqi sahədə əlaqələrimizin inkişafına xidmət etdiyini vurğulayıb.
Həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrə toxunularaq bu sahədə birgə tədbirlərin, eləcə də Ədliyyə Akademiyalarının təlim şəbəkəsinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsinə əlavə təkan verdiyi bildirilib, nazir F.Məmmədov türk həmkarı Yılmaz Tunça salamlarını çatdırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
İcma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışını tənqid edib
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!