Azərbaycan təhlükəsizlik orqanlarının peşəkarlığı dünyanın əksər ölkələrinə nümunə sayıla bilər
Azərbaycan təhlükəsizlik orqanlarının peşəkarlığı, ayıq-sayıqlığı dünyanın əksər ölkələrinin xüsusi xidmət orqanlarına nümunə sayıla bilər. Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi unikal əməliyyatlar, ölkəmizə qarşı yönəlmiş xarici təhdidlərin və təxribat-pozuculuq fəaliyyətinin qarşısının vaxtında və qətiyyətlə alınması xüsusi vurğulanmalıdır.
Bu fikirləri Trend BİA-nın baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
O əlavə edib ki, Azərbaycan təhlükəsizlik orqanları qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir: “Azərbaycan dövlətinə qarşı düşmən mövqedə dayanan ölkələr həmişə olub və həmin dairələr bu gün də öz çirkin əməllərini davam etdirməyə çalışırlar. Xüsusuilə də hazırda dünyada baş verən təhlükəli proseslər, bölgəmizdə yaranmış ciddi təhlükələr fonunda vəziyyət daha da mürəkkəbləşib. Belə bir zamanda dövlətimizin təhlükəsizliyinə yönələn təhdidlər də artır. Fəxr və qürur hissi ilə vurğulamalıyıq ki, Dövlət Təhlükəsizliyi Xidməti bu təhlükələri vaxtında aşkar edir, qarşısını qətiyyətlə alır. Təhlükəsizlik orqanları hər bir dövlətin sütunudur. Azərbaycan xüsusi xidmət orqanları da bu baxımdan ölkəmizin müstəqilliyinin, suverenliyinin, xalqımızın təhlükəsizliyinin keşiyində şərəflə və əzmlə dayanıb. Hər bir Azərbaycan vətəndaşı bununla qürur duyur".
S.Kərimli bildirib ki, Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaətlər də qəhrəmanlıq salnaməsidir: “İstər müharibədən əvvəlki dövrdə məxfi məlumatların alınması, istərsə də müharibənin gedişində xüsusi xidmət orqanlarımızın peşəkarlıqla keçirdiyi əməliyyatlar sayəsində düşmənə sarsıdıcı zərbələr vurulub. Hətta müharibədən sonrakı dövrlərdə də Ermənistan xüsusi xidmət orqanlarının təxribat pozuculuq fəaliyyətinin qarşısı son dərəcə ustalıqla alınıb və hazırda da bölgəmizdə vəziyyət bizim nəzarətimiz altındadır. Son aylarda qonşu ölkələrdən gələn təhdidlərin zərərsizləşdirilməsi, cəsus şəbəkələrinin ifşa olunması prosesini də izləyirik və bütün bunlar DTX-nin ayıq-sayıqlığının göstəricisidir. Bir sözlə, dövlətimizin təhlükəsizliyi əmin əllərdədir".
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Məktəblilərin savadlılığı aşağı düşür
07 Dekabr
Füzuli sakini: Uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq
07 Dekabr
Keçmiş məcburi köçkün: Ermənilərin təcavüzü nəticəsində yaralanmışam
07 Dekabr
Füzuliyə köçən sakin: İndiyədək Binə qəsəbəsindəki yataqxanada yaşayırdıq
07 Dekabr
İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib
07 Dekabr
Dünya iqtisadiyyatı üçün qarşıdakı 5 ilin gözləntiləri nikbin deyil
07 Dekabr
Qızılcaya yoluxma təhlükəli həddə çatır
07 Dekabr
AÇG-nin yeni platformasında ilk hasilat quyusunun qazılmasına başlanıb
07 Dekabr
DİN polis əməkdaşlarına zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verib
07 Dekabr
Zəlzələ ilə bağlı Bakı məktəblərindəki son durum açıqlanıb
07 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!