23 Noyabr 2023 16:18
1451
Elm və texnika
A- A+
Azərbaycan-Tatarıstan elmi əlaqələri genişlənir  

Azərbaycan-Tatarıstan elmi əlaqələri genişlənir  

 

AMEA-nın Rəyasət Heyətində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Tatarıstanla əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıb, XIX əsrin ortaları – XX əsrin əvvəllərində bir çox Azərbaycan ziyalılarının həyat və fəaliyyətinin Kazan Universiteti ilə bağlı olduğunu qeyd edib.

Müstəqillik illərində Azərbaycan-Tatarıstan əlaqələrinin genişləndiyini deyən İsa Həbibbəyli bu əlaqələrin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Bildirib ki, əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrilə yanaşı, iqtisadiyyat sahəsini də əhatə edir, hazırda müştərək layihələr Qarabağ bölgəsində də həyata keçirilir.

İ.Həbibbəyli AMEA ilə Tatarıstan Respublikasının Elmlər Akademiyası arasında sıx əlaqələrin qurulduğunu və gələcək əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Görkəmli tatar şairi və nasiri, tənqidçisi və tərcüməçisi Qabdulla Tukayın irsinin Azərbaycanda geniş tədqiq olunduğunu bildirən akademik İsa Həbibbəyli şairin yaradıcılığına həsr olunan tədbirlər, həmçinin arxiv materialları əsasında hazırlanmış Qabdulla Tukayın həyat və fəaliyyətini əks etdirən monoqrafiya haqqında məlumat verib.

“XIX əsrdə yaşayıb yaratmış Azərbaycanın görkəmli şərqşünas alimi Mirzə Kazımbəy Kazan Universitetini bitirib. Alimi “Rusiya şərqşünaslığının atası” adlandırıblar. Bir neçə il əvvəl professor İdris Abbasov Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” əsərini tərcümə edərək geniş şərhlərlə monoqrafiya şəklində nəşr etdirib. Akademiyanın Tarix, Dilçilik, Ədəbiyyat, Memarlıq və İncəsənət, Arxeologiya, Etnoqrafiya və Antropologiya, Şərqşünaslıq və digər institutları ikitərəfli əlaqələrin genişlənməsinə böyük önəm verirlər. Həmçinin “Azərbaycan-tatar lüğəti” hazırlanır”, – deyə AMEA rəhbəri qeyd edib.

Sonra Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullin çıxış edərək Azərbaycana gəlişindən məmnunluğunu bildirib və görüşün təşkilinə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib. Tatarıstanın böyük nümayəndə heyətinin respublikamıza səfərini elm və təhsil sahəsində müasir əlaqələrin yeni mərhələsinin başlanğıcı adlandıran nazir sovet və postsovet dövründə ikitərəfli əməkdaşlığın inkişafı, ümumi tədqiqat mövzuları, keçirilən birgə tədbirlər və müştərək layihələr, iki xalqın elmi potensialının zənginləşdirilməsi haqqında danışıb.

Nazir hazırda Tatarıstanın 46 ali təhsil müəssisəsində 24 minədək xarici tələbənin təhsil aldığını qeyd edərək respublikalarımız arasında tələbə mübadiləsinin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

İlsur Xadiullin dil və ədəbiyyat, tarix, arxeologiya və digər sahələrdə Azərbaycan-Tatarıstan əlaqələrindən, birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətindən danışıb: “2024-cü il respublikamızda “Elmi-texnoloji inkişaf ili” elan edilib. Bu, bir daha respublika rəhbərliyinin elmə, elmi potensiala, ümumilikdə elm dünyasına, elm xadimlərinə xüsusi yanaşmasının göstəricisidir. Rusiyada isə cari il “Müəllimlər və təlimçilər ili” elan olunub. Müəllim və təlimçi, elm xadimi, ictimai xadim, elm dünyasının insanları – hamımız eyni ailənin üzvləriyik”.

Professorlar Kərim Şükurov, Nadir Məmmədli, dosent Fərhad Quliyev çıxış edərək rəhbərlik etdikləri müəssisələrin yaranma və inkişaf tarixi, ikitərəfli elmi əlaqələrin perspektivləri haqqında danışıblar.

Kazan Federal Universitetinin Filologiya və mədəniyyətlərarası kommunikasiya İnstitutunun direktoru Radif Zamaletdinov və həmin institutun Ümumi dilçilik və türkologiya kafedrasının professor Alfiya Yusupova müəssisənin tədqiqat istiqamətləri, həyata keçirilən layihələr və nəşr edilən elmi jurnallar haqqında məlumat veriblər.

Sonra akademik İsa Həbibbəyli, professor Güllü Yoloğlu və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlıya Tatarıstan Respublikası Təhsil və Elm Nazirliyinin “Təşəkkür məktubu” təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!