Tarix İnstitutu son 15 ildə
Cümhuriyyət tarixi
institutun əsas tədqiqat istiqamətlərindən biridir
İnstitutda ayrıca "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi”
şöbəsi fəaliyyət göstərir. Bütün Şərqdə ilk parlamentli respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin tarixinin hərtərəfli və dərindən araşdırılması üçün mühüm işlər
görülmüşdür. Şöbə rəhbəri Nigar Maksvelin tərtib etdiyi "Azərbaycan Xalq Cümhuriyyətinin
tarixi Böyük Britaniyanın arxiv sənədlərində” (Azərbaycan və rus dillərində). Bakı,
2008-2011, sənədlər toplusu, "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli
Arxivinin sənədlərində” sənədlər və materiallar toplusu, şöbə əməkdaşlarının nəşr
etdirdikləri monoqrafik tədqiqatlar ("Qenoüid azerbaydjanskoqo naroda 1918 qoda:
orqanizatorı i palaçi”; R.H.Rüstəmov, Ş.F.Rəhmanzadə, Ə.F.Məmmədov, İ.H.Əliyeva.
"Azərbaycan Xalq Cümhuriyyəti Xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü”
(Azərbaycan, rus və gürcü dillərində); R.Bayramova. "Azərbaycanın Quba bölgəsi tarixin
dönüş mərhələsində (1917-1920-ci illər)” cümhuriyyət tarixinə həsr olunmuş mühüm
əsərlərdir. Ulu öndərin vəsiyyətinə əsasən Prezident İlham Əliyevin nəşr etdirdiyi
ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (baş redaktoru Yaqub Mahmudov)
cümhuriyyət tariximizə çox mühüm töhfədir. 2018-ci ili ölkədə "Cümhuriyyət ili”
elan etmiş ölkə rəhbəri Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasını daim
diqqət mərkəzində saxlayır. 2018-ci il sentyabrın 15-də ölkə başçımızın təşəbbüsü
və qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının Qafqaz
İslam Ordusu və Azərbaycan Milli Ordusu tərəfindən daşnak-bolşevik dəstələrindən
azad olunmasının 100 illiyinin təntənəli hərbi paradla qeyd olunması tarixi keçmişimizin
bugünkü və gələcək nəsillərə olduğu kimi çatdırılması işinə dövlət qayğısının parlaq
nümunəsidir.
İnstitutda cümhuriyyət tarixinin yeni səhifələrinin aşkar
olunması üzərində tədqiqatlar davam etdirilir. Hazırda Britaniya arxivlərində cümhuriyyət
tarixinə dair yeni arxiv sənədlərinin toplanması işi uğurla davam etdirilir.
Xalqın öz tarixinə
sahib çıxması ölkə başçısının böyük uğurudur
Prezident İlham Əliyev dünyada böyük maraq doğuran inkişafın
yeni Azərbaycan modelinin müəllifidir. Bu modelin tərkib hissələrindən biri milli-mənəvi
dirçəliş və xalqın öz tarixinə sahib çıxmasıdır. Bu baxımdan son 15 il ərzində A.A.Bakıxanov
adına Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsərinin və sənəd toplularının nəşri
Prezident İlham Əliyevin Azərbaycan tarix elminə göstərdiyi gündəlik dövlət qayğısının
ən bariz nümunəsidir.
İnstitutda nəşr olunan əsərlər, demək olar ki, tarix elmimizin
bütün dövrlərini və ən mühüm taleyüklü problemlərini əhatə edir. Belə ki, qədim
dövrə aid nəşr olunan əsərlər içərisində S.Qaşqay. "Qədim Azərbaycan tarixi mixi
yazılı mənbələrdə”; S.Qaşqay. "Ön Asiyada miqrasiya proseslərinə dair”; F.K.Aliyeva.
"Kultura antiçnoqo Azerbaydjana - Midiyskoy Atropatenı i Kavkazskoy Albanii (IV
v. do n.g. - III v. n.g.)”; F.Osmanov. "İstoriya i kultura Kavkazskoy Albanii”;
A.N.Əlimirzəyev. "Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi
münasibətlər və yazı tarixi (e.ə. IV-III
minilliklər)”; A.Alekperov. "Turki Azerbaydjana”; R.Məlikov. "Qədim fars kitabələri
(transliterasiya, tərcümə, qlossari)”; "Azərbaycanın qədim tarixi yazılı mənbələrdə”;
Y.M.Mahmudov. "Real tarix və "böyük Ermənistan” uydurması” (Azərbaycan, rus, ingilis,
ispan, ərəb, fransız, gürcü dillərində) kimi qiymətli tədqiqatlar xüsusi yer tutur.
İnstitutun ən mühüm şöbələrindən biri olan Orta əsrlər
tarixi şöbəsində elmi araşdırmalara konseptual baxış əsaslı surətdə dəyişdirilmişdir.
Əvvəllər yasaq olan mövzuların araşdırılması indi diqqət mərkəzində saxlanılır.
Müxtəlif xarici dillərdə nəşr olunmuş ilk mənbələrin, əsərlərin araşdırılması və
təhlil olunması şöbə əməkdaşlarının əsas tədqiqat istiqamətlərindən birinə çevrilmişdir.
Son illərdə nəşr olunmuş əsərlər (R.Ə.Ağayev.
"Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı münasibətləri (XV-XVII əsrlər)”;
F.A. Quseyn. "Osmano - Sefevidskaə voyna 1578-1590”; "Venesiyalılar Şah I Təhmasibin
sarayında”; Y.M.Mahmudov. "Azərbaycan diplomatiyası” (Azərbaycan, rus, ingilis,
italyan və türk dillərində); Y.M.Mahmudov. "Azerbaijan diplomacy in the second half
of the XV - the begenning of the XVII centuries”; Y.M. Mahmudov. "Azerbaijan - Evrope
diplomatic relations”; V.Z.Piriyev. "Zəki Vəlidi Toğan. Azərbaycanın tarixi coğrafiyası”;
Y.M.Mahmudov. "Azərbaycanın Avropa ölkələri ilə əlaqələri”; Y.M.Mahmudov, K.K.Şükürov.
"Naxçıvan: tarixi və abidələri”; Ş.Hacıəli. "Şimal-Qərbi Azərbaycan: ingiloylar”;
Y.M.Mahmudov. "Azərbaycan tarixi (erkən intibah dövrü)” (Azərbaycan, ingilis dillərində);
Y.M.Mahmudov. "Azərbaycanlılar” (Azərbaycan, ingilis və rus dillərində); Y.M.Mahmudov.
"Səyyahlar, kəşflər və Azərbaycan”; Y.M. Mahmudov, Kərim Şükürov. "Azərbaycan beynəlxalq
münasibətlər və diplomatiya tarixi 1639-1828”; Q.Cəbiyev. "Girdiman tarixi”; T.Məmmədov.
"Qafqaz Albaniyası ilk orta əsrlərdə”; Q.Ə. Hacıyev. "Bərdə şəhəri. Coğrafi, siyasi
və mədəni tarixi”; X.S.Qasımov. "Orta əsrlərdə Azərbaycan mədəniyyəti”; Q.Ə.Hacıyev.
"Qarabağın maddi və mənəvi mədəniyyəti” (Azərbaycan, ingilis və fransız dillərində);
G.Latifova. "İlisuyskoe sultanstvo”; Mehmet Saray. "Quzey və Güney Azərbaycan türklərinin
tarixi”; Ş.Məmmədli. "XVII-XVIII əsrlərdə Azərbaycan-Hindistan ticarət əlaqələri”;
Ə.S.Quliyev. "XVI əsrin ortalarında Azərbaycan Səfəvilər dövlətinin ictimai-siyasi
vəziyyəti (Mikel Membrenin "Səyahətnamə”si əsasında)”; Y.Gözəlova. "Orta əsrlərdə
Avrasiyanın ticarət əlaqələri”; T.H.Nəcəfli. "Qaraqoyunlular və Ağqoyunlular” (fars
dilində); T.H.Nəcəfli. "Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri”; T.H.Nəcəfli.
"Səfəvi-Osmanlı münasibətləri”; N.A.Əliyeva. "Əs-Səmaninin "Kitab əl-əriasib” əsəri
Azərbaycan mədəniyyət tarixinin öyrənilməsində mənbə kimi”; D.M.Əzimli. "Azərbaycanın
Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı - XVII
əsrin I yarısı)”; A.Məmmədli. "Azərbaycanın şimal-qərb bölgəsinin tarixi abidələri”;
A.Məmmədli. "Haylada unudulan tariximiz və dambur”; N.A.Əliyeva. "İbn Makula və
Azərbaycan”; N.A.Əliyeva. "Azərbaycan ziyalılarının elmi əlaqələri və tədris fəaliyyəti”;
N.V.Mamedova. "Vzaimootnoşenye Azerbaydjanskoqo qosudarstva Sefevidov s Osmanskoy
imperiey v naçale XVI veka vo fransuzskoy istorioqrafii”; N.F.Axundova. "Azerbaydjanskie
qosudarstva v XV-XVI vekax”; M.Şərifli. "IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan
feodal dövlətləri”; N.F.Axundova. "Ob istorii Azerbaydjanskix qosudarstv Karakoönlu
i Akkoönlu. Vıderjki iz "Kembridjskoy istorii İrana” Turkmenskie dinastii. Perevod
s anqliyskoqo Narqiz Axundovoy”; N.F.Axundova. "Ob istoriçeskix soprikosnoveniəx
Azerbaydjanskoy i Kitayskoy kultur”; S.Rəhimova. "Dərbənd şəhərinin tarixindən”;
Ş.F.Ferzelibeyli. "Azerbaycan ve Osmanlı İmeparatorluğu (XV-XVI. Yüzyıllar)”; R.Ağayev.
"Ərəb Xilafəti dövründə Azərbaycan əhalisi”; N.F.Axundova. "Razvitie sufizma v Azerbaydjane:
Vozvışenie Şeyxa Sefi ad-Dina İsxaka Ardebili v epoxu İlğxanata (na osnove svedeniy
zapadnoy istorioqrafii)”; L.R.Kafar-zade. "Voprosı rannesrednevekovoy istorii Azerbaydjana
v anqloəzıçnoy istorioqrafii”) Azərbaycan orta əsrşünaslığının həm mühüm uğurları, həm də tariximizə müstəqillik
təfəkkürü ilə yanaşmaq nümunəsidir.
XIX yüzilliyin əvvəllərində Azərbaycan iki imperiya arasında
bölüşdürüldükdən və ölkəmizin şimal torpaqlarına - İrəvan-Göyçə, Zəngəzur ellərinə
və Qarabağa ermənilər köçürüldükdən sonra tariximiz daha çox saxtalaşdırmalara və
təhriflərə məruz qalmışdır. Buna görə də
yeni və müasir dövr tariximiz, demək olar ki, yenidən yazılır. Tariximizin bu dövrlərindən
bəhs edən əsərlər institutun ən mühüm uğurlarından sayıla bilər. Bu sıradan "Qarabaq. Körekçayskiy doqovor - 2005”; V.V.Umudlu.
"Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə
mübarizə (1801-1828)”; N.R.Məmmədov. "Azərbaycanın Şuşa qəzası (1900-1917-ci illər)”;
F.Abbasov. "Qarabaqskoe xanstvo”; Z.Hacıyeva. "Qarabağ xanlığı: sosial-iqtisadi
münasibətlər və dövlət quruluşu”; İ.M.Məmmədova. "Lənkəran xanlığı I Rusiya-İran
müharibəsi dövründə”; Q.Dj.Nadjafli. "Azerbaydjan v XVIII-XIX vekax”; E.T.Babayev.
"Gəncə xanlığının tarixindən”; Y.M.Mahmudov və Camal Mustafayev. "Şuşa-Pənahabad”;
T.T.Mustafazadə. "Qarabağ xanlığı”; T.T.Mustafazade. "Karabağ hanlığı”; N.R.Məmmədov.
"Azərbaycan Xankəndi şəhərinin tarixi”; G.C.Nəcəfli. "XVIII əsrdə Azərbaycan ərazisində
erməni dövləti yaradılması cəhdləri”; G.C.Necefli. "XVIII yüzyılda Azerbaycanda
ermeni devleti yaratmaq teşebbüsleri”; "Qubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı”;
"Gubadly: The ancient Azerbaijani land Zangazur's gateway”; "Qubadlı: vorota drevney
Azerbaydjanskoy zemli Zanqezur”; T.T.Mustafazadə. "XVIII əsrin II yarısı - XIX əsrin
əvvəllərində Azərbaycan-Rusiya münasibətləri”; Q.N.Qasanov. "İz istorii severo Azerbaydjanskoy
derevni v konüe XIX - naçale XX vv.”; S.Mustafaeva. "İz istorii vzaimosvyazey narodov
Azerbaydjana i Turkestana v borbe protiv qneta Rossiyskoy imperii”; R.Y.Niftəliyev.
"XIX əsrin ikinci yarısında Azərbaycan kəndlilərinin azadlıq hərəkatı”; İ.M.Məmmədova.
"Lənkəran xanlığı I Rusiya-İran müharibəsi dövründə”; H.Nərimanoğlu. "Zəngəzur:
köç, deportasiya, soyqırımı, işğal tarixi”; Q.Raqimli. "Azer-baydjanskie xanstva
v diplomatiçeskix otnoşeniyax Turüii, Rossii i İrana (vo vtoroy polovine XVIII
- naçale XIX veka)” kimi tədqiqat əsərləri xüsusilə diqqəti cəlb edir.
Dövlət başçımız 9 noyabr 2015-ci il tarixdə Akademiyada
çıxış edərkən tarixçilərin əməyinə yenidən yüksək qiymət verdi və müstəqilliyimizin
25-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının tarixinə dair ümumiləşdirilmiş
bir tədqiqat əsərinin yazılması barədə təşəbbüs irəli sürdü. Prezidentin bu çıxışından
sonra institutun elmi kollektivi səfərbərliyə
alındı. Və ölkə başçısının müəyyən etdiyi vaxtda iki cild, beş kitabdan ibarət olan
"Azərbaycan Respublikasının tarixi” işıq üzü gördü. 145 ç.v. və 2316 səhifədən ibarət
olan bu fundamental nəşrin 1-ci cildi ulu öndərin, 2-ci cildi isə Prezident İlham
Əliyevin ölkəmizə başçılıq etdiyi dövrlərə həsr olunmuşdur.
Kadr hazırlığı
İnstitutda tarix elminin gələcəyi nəzərə alınaraq yüksəkixtisaslı
kadrlar hazırlanmasına xüsusi diqqət yetirilir. Dissertasiya şurasının fəaliyyəti
diqqət mərkəzində saxlanılır. Şimali Azərbaycanın sovet dövrü tarixi yenidən yazılır.
İtirilmiş torpaqlarımızın tarixi, qonşu xalqlarla tarixi əlaqələrimiz başlıca tədqiqat
mövzularıdır. Bu baxımdan elmlər doktoru elmi dərəcəsi almaq üçün Güntəkin Nəcəflinin
tədqiq etdiyi "Çar Rusiyasının Şimali Azərbaycanda erməni dövləti yaratmaq siyasəti
(XVIII-XIX əsrin əvvəli)”, Cəbi Bəhramovun "Xəzər dənizinin Azərbaycan sektorunda
neft hasilatı, neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (XX əsrin
II yarısı - XXI əsrin əvvəlləri)”, İradə Əliyevanın "Rusiya imperiyasının Şimali
Azərbaycanda xristianlaşdırma siyasəti (XIX-XX əsrin əvvəlləri)”, İlqar Niftəliyevin "Azərbaycan SSR-də milli məsələ
və kadr siyasəti (XX əsrin 20-30-cu illəri)”, Vaqif Abışovun "Şimali Azərbaycanda
sovet hakimiyyətinin qurulmasının tarixşünaslığı”, Aslan Xəlilovun "Azərbaycan SSR-də
sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illəri”, Firdovsiyyə
Əhmədovanın "Mərkəzi sovet hökumətinin Azərbaycana dair siyasəti (XX əsrin
20-30-cu illəri)”, Kamran İsmayılovun "Cümhuriyyət dövründə Azərbaycan bölgələrində
ictimai-siyasi proseslər (1918-1920-ci illər)”, Ramil Ağayevin "Ərəb Xilafəti dövründə
Azərbaycan əhalisinin etnik və sosial tərkibi (VII-IX əsrlər)”, Vasif Qafarovun
"I Dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti” və digər
mövzuların araşdırılması təqdirəlayiqdir. Alimlərimiz "Şimal-Qərbi Azərbaycan”
(İradə Bağırova, Elvira Lətifova, Arzu Məmmədova, Şamil Rəhmanzadə, Şirinbəy Əliyev),
"Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri” (Şamil Rəhmanzadə), "İngiloylar”
(Şirinbəy Əliyev), "İlisu sultanlığı” (Elvira Lətifova), "Car-Balakən camaatlığı”
(Arzu Məmmədova), "Göynük hərəkatı” (Ənvər Məmmədov), "Dərbənd XIX-XX əsrin əvvəllərində”
(Asəf Hacıyev), "Azərbaycan və Şimali Qafqaz xalqlarının qarşılıqlı əlaqələri”
(Sevinc Əliyeva), "Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi
qırğınları” (Fəxri Valehoğlu), "Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror,
deportasiya, işğal” (Nazim Məmmədov), "Azərbaycan SSR ermənilərin ekspansionist
planlarında” (İlqar Niftəliyev), "Əsrin müqaviləsi: Azərbaycan neft strategiyasının
təməl daşı” (Ərəstun Mehdiyev), "Azərbaycan dövlətçiliyi tarixində gömrük işi”
(Röfət Quliyev), "Azərbaycan Milli Elmlər Akademiyasının yaranması” (Tamella Qocayeva),
"XX əsrdə Azərbaycan xalqına qarşı erməni terroru” (Mehriban Əliyeva), "Qafqazın
Alman əhalisi” (İkram Ağasiyev), "Rusiyada Azərbaycan diasporu: yaranması və inkişaf
meyilləri” (Məryəm Seyidbəyli) kimi qiymətli tədqiqatları ilə tarix elmimizi yeni
faktlar və elmi nəticələrlə zənginləşdirdilər.
Tariximizin ən prinsipial və taleyüklü problemlərinin araşdırılmasında
istiqamətverici rol oynaması və dövlətçilik mövqeyinin əks olunması baxımından akademik
Ramiz Mehdiyevin ayrı-ayrı illərdə nəşr etdirdiyi "Azərbaycanlıların soyqırımı gerçəklikləri”,
"Gorus-2010: absurd teatrı mövsümü”, "Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət
kimi”, "Dağlıq Qarabağ - məxəzlərdən oxunmuş tarix”, "Şah İsmayıl Səfəvi: hökmdar
və döyüşçünün portreti”, "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti
kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” "Tariximizin xanlıqlar dövrünün siyasi
irsi sənədlər işığında” kimi qiymətli əsərləri tarix elmimizin inkişafına mühüm
təkan verdi.
Tarix elmləri doktoru, professor Ə.M.Həsənovun müstəqil
Azərbaycanın xarici siyasət tarixinə həsr olunmuş qiymətli tədqiqatları ("Azərbaycan
Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasəti”, "Müasir Beynəlxalq Münasibətlər
və Azərbaycanın xarici siyasəti”, "Azərbaycanın geosiyasəti” və "Geosiyasət”, "Azərbaycan
Respublikasının Milli İnkişaf və Təhlükəsizlik siyasətinin əsasları”, "Xəzər-Qara
dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti”)
institutda fəaliyyət göstərən "Beynəlxalq münasibətlər tarixi”, "Ümumi tarix”,
"Azərbaycan Respublikasının tarixi” və digər elmi tədqiqat şöbələrində çalışan alimlərin
axtarışlarında istiqamətverici və metodoloji əsas rolunu oynayır, nəşr olunan əsərlərin
keyfiyyətinə müsbət təsir göstərir.
Ölkə başçısının tapşırıqlarını yerinə yetirmək və bununla
Tarix İnstitutunu mühüm Azərbaycançılıq mərkəzinə çevirmək üçün geniş struktur islahatları
həyata keçirilmişdir. Bu islahatlar akademiyada həyata keçirilən geniş islahatlar
proqramı çərçivəsində gerçəkləşdirilir.
Bu gün tarix institutunda aparılan tədqiqatlar ənənəvi
strukturdan əsaslı surətdə fərqlənən yeni struktur çərçivəsində həyata keçirilir.
Bu baxımdan yeni yaradılan "Əliyevşünaslıq”, "Azərbaycan Xalq Cümhuriyyəti tarixi”,
"Beynəlxalq münasibətlər tarixi”, "Azərbaycan-Rusiya əlaqələri tarixi”, "Azərbaycan
xalqına qarşı soyqırımları tarixi”, "Azərbaycanın tarixi demoqrafiyası”, "Sənətkarlıq
tarixi”, "Mədəniyyət tarixi”, "Azərbaycan Respublikası tarixi” elmi tədqiqat şöbələrində
aparılan araşdırmalar tariximizin bütün dövrlərini daha dolğun, daha ərtaflı və
olduğu kimi işıqlandırmaq imkanı yaradır.
İnstitutda 2004-cü ilədək ulu öndərin dövlətçilik fəaliyyəti
elmi tədqiqat planlarından kənarda qalsa da yeni yaradılmış "Əliyevşünaslıq” şöbəsi
xətti ilə son illər ərzində nəşr olunmuş ikicildlik "Heydər Əliyev” fundamental
araşdırması, ikicildlik "Heydər Əliyev Azərbaycan elminin keşiyində” sənədlər toplusu,
Yaqub Mahmudov. "Heydər Əliyev ideyalarının zəfər yürüşü”, Əkub Maxmudov. "Peremojniyxıv idey Qeydara
Alieva”; Ədalət Qasımov. "Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar
Respublikası”; Ədalət Qasımov. "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının
inkişaf tarixi”; Leyla Hüseynova. "Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”
monoqrafiyaları təkcə Tarix İnstitutunun deyil, bütövlükdə akademiyanın, Azərbaycan
elminin böyük uğuru sayıla bilər.
Bizim təşəbbüsümüz ilə Azərbaycan Televiziyasının "Azərbaycan Telefilm” yaradıcılıq birliyində
ulu öndərə həsr olunmuş "Dahi Azərbaycanlı”, Prezident İlham Əliyevə həsr olunmuş
"Tariximizin keşiyində”, "Şuşa-Pənahabad”, "İrəvan xanlığı”, "Sürgün” tarixi-sənədli
televiziya filmləri, həmçinin Azərbaycan, rus və ingilis dillərində "İrəvan: gizlədilmiş
həqiqətlər”, "Zəngəzur”, "Qarabağ: əcdadlarımızın mirası” sənədli filmləri Gənclər
və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları
Mərkəzinin və AMEA Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlmişdir.
Tarix İnstitutunda son illərdə "Tarixi şəxsiyyətlərimizə
sahib çıxaq” layihəsi uğurla həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Bakı
şəhərinin müxtəlif lisey və orta məktəblərində və Şəki şəhərində "Heydər Əliyev”,
"Həsən Padşah”, "Şah İsmayıl Səfəvi”, "Şah Təhmasib Səfəvi”, "Şah Abbas Səfəvi”,
"Nadir şah Əfşar”, "Ağa Məhəmməd şah Qacar”, "Vətən qeyrətli qadın hökmdarımız
- Tomris”, "Hacı Çələbi xan” mövzularında elmi-praktik konfranslar keçirilmişdir.
Bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzsizdir.
2014-cü il iyul ayının 6-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Azərbaycan diplomatları qarşısında çıxışı zamanı demişdir:
"Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi
əsər yaratmışlar. Bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox faktoloji
və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq
üçün kiçikhəcmli broşürlər də buraxılmalıdır”. Ölkə başçısının həmin çağırışına
cavab olaraq Tarix İnstitutu aşağıdakı yeni broşürləri nəşr etdirmişdir: Akademik
Yaqub Mahmudovun elmi redaktorluğu ilə G.C.Nəcəfli.
"İrəvan qalası - qəhrəmanlıq qalası” (Azərbaycan, ingilis, rus, erməni və fars dillərində);
G.C.Nəcəfli. "Cuxursəd hakimləri və İrəvan xanları” (Azərbaycan, ingilis, rus, erməni
və fars dillərində); N.Mustafa. "Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”
(Azərbaycan, ingilis, rus, erməni və fars dillərində); N.Mustafa. "Erməni vandallarının
yox etdiyi Xan sarayı” (Azərbaycan, ingilis, rus, erməni və fars dillərində); G.C.Nəcəfli.
"İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri” (Azərbaycan və rus dillərində); G.C.Nəcəfli.
"Erməni vandallarının yox etdiyi İrəvan qalaları” (Azərbaycan və rus dillərində);
G.C.Nəcəfli. "İrəvan xanlığının mahalları” (Azərbaycan və rus dillərində); İ.M.Məmmədova.
"İrəvan xanlığının əhalisi” (Azərbaycan və rus dillərində).
Prezident İlham Əliyev 9 noyabr 2015-ci ildə AMEA-nın
70 illik yubileyi ilə bağlı tədbirdə çıxışı zamanı son illərdə Tarix İnstitutunda
aparılan elmi tədqiqatları yüksək qiymətləndirmişdir: "Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan
ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında
daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər
ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır.
Yəni Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından
istifadə edərək bəzi hallarda buna nail olurlar. "Erməni alimləri” xüsusilə regionun,
Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər,
təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim
tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü
Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində
çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün
ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin
adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80
faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında
çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər
faktlar, həqiqətlər üzərində yaradılır”.
Ölkə başçısı Tarix İnstitutunun fəaliyyətinə yüksək qiymət
verməklə yanaşı, həm də tarixçilər qarşısına uzun müddət üçün proqram xarakterli
vəzifələr qoymuşdur. Hazırda institut öz fəaliyyətində Prezidentin tövsiyə, çağırış
və tapşırıqlarını əsas tutaraq tariximizi xalqımıza olduğu kimi təqdim etmək üçün
geniş axtarışlar aparmaqda davam edir.
Yaqub MAHMUDOV,
AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı
laureatı