18 Sentyabr 2023 20:37
308
İDMAN
A- A+

Azərbaycan taekvondoçuları Gürcüstanda 12 medal qazanıblar


Azərbaycan taekvondoçuları Gürcüstanda keçirilən Batumi açıq turnirində 12 medal qazanıblar. Respublika Taekvondo Federasiyasından  verilən məlumata görə, Masallı Regional Taekvondo Mərkəzinin komandasının hər bir üzvü fəxri kürsüyə yüksəlib.
Pünhan Heydərli (33 kq) uşaqların mübarizəsində qalib olub. Yeniyetmələrin yarışında yalnız finalda uduzan Hüseyn Sadıqlı (33 kq) ikinci, Murad Cahangirov (41 kq) üçüncü yeri tutub.
“Alpman” klubu ölkəyə 3 qızıl və 2 bürünc medalla qayıdıb. Uşaqlar arasında Sübhan Rzayev (30 kq), yeniyetmələrdə Əzizə Məmmədova və Səidə Həsənova (47 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Murad Həsənzadə (25 kq, uşaqlar) ilə Orxan Ağazadə (41 kq) bürünc medalla kifayətləniblər.
“Alov” Taekvondo Klubunun məşqçisi Asim Xudiyevin yetirmələrindən Günər Kərimli (27 kq, uşaqlar) ikinci, Mehdi Xudiyev (45 kq, yeniyetmə) üçüncü pillədə qərarlaşıb.
Digər medalları Gündüz Abdullayevin yetirməsi İbrahim Qədimov (54 kq, kişilər, "Azəri" TK) və Vüqar Kərimovun yetirməsi Ülvi Məmmədov (36 kq) əldə ediblər. Onlar müvafiq olaraq, qızıl və gümüş medala sahib olublar.
Beləliklə, klublar 3 yaş qrupu üzrə 5 qızıl, 3 gümüş və 4 bürünc medalla Vətənə dönüblər.


“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video